Likeion

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Likeion (Yunanca: Λύκειον, Lykeion; Latınca: Lyceum) — Aristotelin öz məktəbini qurduğu qədim Yunanıstanın Afina şəhəri yaxınlığındakı meşəlik stadionun adı idi.

Aristoteldən əvvəl

[redaktə | mənbəni redaktə et]

Adı çəkilən stadion Apolloseus məbədinin (qurd formasında Apollon) yaxınlığında yerləşdiyindən Aristotel məktəbinin adı da buradan götürülüb. Qədim yazılarda bu yerə istinadlar mövcuddur. Məsələn, Platonun Lucius dialoqunun əvvəlində oxuyuruq ki, Sokrat Akademiyadan Likeiona gedir və hekayənin qalan hissəsi bu yolun ortasında baş verir. Likeion həm də fəlsəfi müzakirələr, mübahisələr yeri idi. İsokrat və bir çox sofistlər bu yerdə ritorika öyrədirdilər.

Aristotel dövrü və sonra

[redaktə | mənbəni redaktə et]

Aristotel e. ə. 367-ci ildə Afinaya köçmüş, Platonun Akademiyasında fəaliyyət göstərmişdir. Doğulduğu şəhərdən — Stagiradan Afinaya qayıtdıqdan sonra Aristotel, təqribən eramızdan əvvəl 334/335-ci ildə elə həmin yerdə məktəb açır. O həyatının qalan hissəsini Likeionda dərs deməyə və fəlsəfi traktatlar yazmağa həsr etdi. Məhz burada Aristotel kitabları toplayıb sistematik şəkildə təsnif etməklə ilk Avropa tarix kitabxanasını yaratdı. Daha çox riyaziyyat və nəzəri müzakirələrlə maraqlanan Akademiyadan fərqli olaraq, Likeion eksperimental elmlərə və bioloji tədqiqatlara daha çox meyilli idi. Ömrünün son aylarında Aristotel Afinadan qaçdıqdan sonra Likeion Teofrasta tapşırdı. 322-dən 287-ci ildə ölümünə qədər o bu tapşırığı məsuliyyətlə yerinə yetirirdi.

E.ə. 343-cü ildə Makedoniya kralı Filippin dəvəti ilə Makedoniyaya köçmüş, onun sarayında gənc şahzadə Aleksandrın (Makedonlu İskəndərin) müəllimi olmuşdur. M. ö. 335-ci ildə Afinaya qayıtmış, orada Likeion (yun. Λύκειον) adlanan öz fəlsəfi məktəbini açmışdır. Onu "Peripatetik" (ərəbcə "məşşai") məktəb də adlandırırlar. Yaxınlığında yerləşən yunan tanrısı Likeionlu Apollonun adı ilə adlanmışdır. Latınca "lyceum" (liseum) kimi səslənir. Günümüzdə "liseylər" adlanan məktəblər Aristotelin likeionunun adını daşıyır. Aleksandrın ölümündən sonra Afinada makedoniyalıların tərəfdarlarını təqib etməyə başlamışdırlar. Ona görə Aristotel m. ö. 322-ci Euboia adasında yerləşən Xalkida şəhərinə köçmüş və orada dünyasını dəyişmişdir.

  • Adil Əsədov. Yunan fəlsəfəsiindən etüdlər: yunan fəlsəfəsiində idealin və realliğin münasibətlərinə dair. Ön sözün müəllifi — fəlsəfə elmləri doktioru Tahirə Allahyarova. Bakı: Təknur, 2008.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]