Leyli köçən

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Leyli köçən
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Paşalı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı UTC 4

Leyli köçən və ya Leyliqaçan— İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.[1][2][3]

Culçayın sağ qolu olan Köçbəkçayın yaxınlığında yerləşirdi. Kəndin adı erməni mənbələrində Leyliqaçan kimi də göstərilir[4]. Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir.

Toponim Leyli şəxs adı ilə köçən feli sifətin birləşməsindən əmələ gəlmişdir. "Leylinin köçünün düşdüyü yer" mənasını verir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Mənbədə Leylikaçan kimidir. Kənd XIX əsrin ortalarında qışlaq əsasında yaranmışdır. Qışlaq isə Leyli adlı qızın oğlana qoşulub qaçması ilə əlaqədar adlanmışdır[6].

Kənddə 1873-cü ildə 139 nəfər, 1886-cı ildə 153 nəfər, 1897-ci ildə 352 nəfər, 1904-cü ildə 384 nəfər, 1914-cü ildə 422 nəfər, 1916-cı ildə 420 nəfər yalnız azərbaycanlı yaşamışdır[7]. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir. Leyliköçəndə 1918-ci ildə 442 nəfər əhalisi olub. Kənd dagıdılıb, əhalisi məhv edilib. Xarabalıga çevrilmişdir. Ölü kənddir.[8]

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис. 1913.
  3. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб.,. 1852.
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.90
  5. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.159
  6. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Лејли көчән // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.Лејли көчән&rft.btitle='"`UNIQ--templatestyles-00000010-QINU`"'Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти&rft.place='"`UNIQ--templatestyles-00000011-QINU`"'Бакы&rft.pages=452 с&rft.pub='"`UNIQ--templatestyles-00000012-QINU`"'Оғуз ели&rft.date=1998&rft.aulast=Будагов&rft.aufirst=Б. Ә.&rft.au=Гејбуллајев, Г. Ә.&rfr_id=info:sid/az.wikipedia.org:Leyli köçən" class="Z3988">
  7. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.90–91, 158–159
  8. Eldar İsmayıl. "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.