Lesoto gerbi
Lesoto gerbi | |
---|---|
Detallar | |
Armiger | Lesoto |
Təsis edilib | 4 oktyabr 1966 |
Vikianbarda əlaqəli mediafayllar |
Lesoto gerbi Afrika ölkəsi olan Lesoto tərəfindən rəsmi olaraq istifadə edilən gerbdir.
Gerbin mərkəzi hissəsində qəhvəyi rəngdə olan basoto qalxanının üstündə mavi rəngli timsah təsvir edilmişdir. Qalxanın arxa tərəfində isə diaqonal olaraq yerləşdirilmiş olan nizə və yerli döyüş dəyənəkləri vardır və onların rəngi də yenə qəhvəyidir. Qalxan hər iki tərəfindən isə şaxə qalxmış olan qəhvəyi rəngli poni atları ilə tutulmuş və atlar mavi zolaqları olan yaşıl sahədədirlər. Yaşıl yerin üstündə isə səpələnmiş olan çınqıllar vardır. Gerbin aşağı hissəsində, yaşıl fonun aşağı uc hissəsində qəhvəyi rəngli şüar zolağında sesoto dilində KHOTSO PULA NALA (Azərbaycan dilində: Sülh, Yağış, Rifah) sözləri yazılmışdır.
Gerbdəki simvolların çoxu ölkədə hakim olan sülaləni və onun ən mühüm qəbiləsini, yaşıl fon isə ölkənin milli dağı hesab edilən Thaba Bosiu yaxınlığında yerləşən Qiloane qayalığını simvollaşdırır.
1966-cı ildən istifadə edilən gerbdə 2006-cı ildə edilmiş olan dəyişikliklərə əsasən sarı rəngdə olan qalxan, şüar lenti, çınqıllar, nizə və döyüş dəyənəyi qəhvəyi rəngə, qəhvəyi rəngdə olan timsah ilə bərabər sarı rəngdə olan atların üstündə dayandığı zolaq isə mavi rəngə çevrilmişdir.
Tarixi gerblər
[redaktə | mənbəni redaktə et]-
Lesoto gerbi
(1966-2006)