69°33′00″ şm. e. 90°15′00″ ş. u.HGYO

Lama gölü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lama gölü
rus. Лама
Ümumi məlumatlar
Mütləq hündürlüyü 45 m
Eni 8 km
Uzunluğu 80 km
Sahil uzunluğu 200 km
Sahəsi 318000 km²
Dərin yeri 300-600 m
Yerləşməsi
69°33′00″ şm. e. 90°15′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Lama gölü xəritədə
Lama gölü
Lama gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lama gölüKrasnoyarsk diyarının ən böyük sirinsulu göllərindən biridir. Tektonik məşəlli göl Norilskdən 120 km şərqdə yerləşir.

Əsas məlumatlar

[redaktə | vikimətni redaktə et]

Gölün uzunluğu 80 kilometr, maksimal eni 8 km, sahəsi isə 318 min km² təşkil edir. Gölün dərinliyi 300 metrdən yüksək olması düşünülür. Bəziləri isə dərinliyin hətta 600 metr təşkil etəsi ehtimal edilir. Suyu olduqca soyuqdur. Lama gölü Melkoye gölü ilə Lama çayı vastəsi ilə birləşir.

Gölün səviyəsinin qalxması hələ göl buzla örtülü olarkən müşahidə edilir. Buzların ilk hərəkəti iyunda müşahidə edilir. İyulun ortalarında gölün səviyyəsi maksimuma çatır. Artıq noyabrın əvvələri göl yenidən donur. Göl üszərində əmələ gələn buzların qalınlığı 80 sm-dən bir metrə qədər ola bilir[1].

Buzla örtülü olması 200-220 gün müddətində olur.

«Lama» adının mənası

[redaktə | vikimətni redaktə et]

Adının mənası Tunqus-mancur dillərində «Laamu» sözündən əmələ gələrək — dəniz və ya okean mənasını verir. Digər versiyaya görə Evenk dilində «Lamu» sözündən əmələ gəlmiş və masası dəniz və ya böyük su anlamını verir.

1911-ci ildə mərkəzi qərargah tərəfindən tərtib edilən xəritələrdə göl təsvir edilir. Göl yerləşdiyi ərazidən kifayyət qədər aralıda göstərilmişdir. Onun adı isə Davıdov olaraq keçir. Bununla belə yeli xalq arasında bu isim heç vaxt işlədilməmişdir[2].

Əsrarəngiz təbiət, təmiz hava, ayaq dəyməyın ərazilər insanları göl ətrafına cəlb edir. Bura turizm və dincəlmək üçün əlveişlidir.

Burada turlar əsasən qayıqlarla Norilsk çayı ilə Melkoye gölünə oradan isə Lama çayı vastəsi ilə gölə təşkil edilir. Bu səyahət 5 saat davam edir.

Gölə axan Kapçuk çayı vastəsi ilə Kapçuk gölünə getmək olar.

  • Lama gölündə Tonkiy burnu yaxınlığında 19751977 illərdə güçü 7,6 və 15 kiloton güçündə olan atom partlayışları həyata keçirilmişdir[3].
  • Lama gölü sahilində vaxtı ilə Baltika sahili ölkələrinin hərbi zabitlərinin saxlandığı yerdə hazırda abidə ucaldılmışdır[4].

Göl ilk dəfə Nikolay Nikolayeviç Urvansev və onun həmkarı Bazanov tərəfindən tərtib edilən xəritədə göstərilmişdir. Onlar 1921-ci ildə norilsk ekspedisiyası zamanı gölü xəritəyə salmışdılar.

  1. "Родное Красноярье: Озеро Лама". 2009-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25.
  2. "Nikolay Nikolayeviç Urvansev". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25.
  3. "Bomba sınaqları". 2019-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25.
  4. "Памятники и памятные места, посвящённые жертвам политических репрессий, в Красноярском крае и республике Хакасия". 2012-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25.