LRC
LRC (uzununa artıqlığa nəzarət) (ing. Longitudinal Redundancy Check) – maqnit lentində saxlanılan və ya rabitə xətti ilə ötürülən verilənlərin düzgünlüyünün yoxlanılması proseduru. Lentdə, müəyyən sayda mərtəbədən ibarət olan hər bir sətir üçün yardımçı bitdən (cütlük üzrə nəzarət biti) istifadə etməklə, lentin hər bir çığırı üzrə uzununa istiqamətdə yazılmış verilənlərin dəqiqliyinə nəzarət olunur. Cütlük üzrə nəzarət bitinin qiyməti uyğun sətrin düzgün yazılıb-yazılmamasını göstərir. Rabitədə bu nəzarət üsulunun yerinə yetirilməsi zamanı hesablanılan qiymət ötürülən məlumatı təmsil edən verilənlər blokuna artırılır, bu qiymət məlumatın verilənlərinə əsaslanır və həm verilişdən qabaq, həm də sonra hesablanır və beləliklə, əgər qiymətlər üst-üstə düşərsə, deməli, verilənlərin ötürülməsi dəqiq yerinə yetirilib, yox əgər qiymətlər fərqlənərsə, onda adətən, həmin blok təkrar göndərilir.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.