Kurort

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bavariya Dövlət kurortu- Bad Kissinqen

Kurort (alm. Kurort‎: kur — müalicə və ort — yer, məkan) — müalicə, tibbi reabilitasiya, xəstəliyin profilaktikası və sağlamlıq məqsədilə qurulmuş və istifadə edilən sahədir. Kurort adətən təbii müalicəvi qaynaqlarla əhatə olunaraq istismar üçün lazım olan tiklilərə və infrastrukturaya malikdir.

Latın dilində lat. balneum – vanna, lat. therapia – müalicə deməkdir. Bu tipli kurortlarda müalicə faktoru kimi təbii mineral sulardan istifadə olunur. Su xaricdən (vannada, duşda, qapalı çimərlikdə və s.) qəbul edilməklə, daxildən içməklə müalicə, inhalysaiya və digər proseduralar üçün istifadə olunur. Balneoterapiya kurortları xəstəxanalarla təmin olunur, orada içki qalereyaları, basseynlər mövcuddur.

Əsas və ya müalicə üsullarından biri kimi iqlimlə, təbbi mineral sularla bərabər müalicəvi palçıqlardan da istifadə olunur.

Bu cür kurortlarda üstünlük iqlimə verilir. Burada aeroterapiya, helioterapiya, talassoterapiya aparma mümkündür.

Kumis müalicəvi kurortlarında müalicə keyfiyyətli hazırlanmış kumısa əsaslanır.