Kunqu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bir Kunqu şousu- Taipei

Kunqu (Çin: 崑曲; pinyin: Kūnqǔ; Wade-Giles: k'un-ch'ü) Kunju, Kun operası və ya Kunqu Operası adı ilə də tanınır. Çin operasının günümüzə qədər gələn ən qədim formasıdır. Kunshan melodiyasından götürülmüşdür. XVI-XVIII əsrlərdə Çin teatrında üstünlük təşkil etmişdir.

Təxminən 600 illik tarixi olan Kunqu yüzlərlə operanın “müəllimi” və ya “anası” sayılır; Buraya Pekin operası da daxildir.

Kunqu, 2001-ci ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi İrsinin Şah əsərlərindən biri elan edilmişdir.