Kuno fon Klebelsberq
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Kuno fon Klebelsberq | |
---|---|
alm. Kuno von Klebelsberg | |
Şəxsi məlumatlar | |
Doğum adı | Klebelsberg Kuno Imre Aurél Ferenc |
Doğum tarixi | 13 noyabr 1875[1] |
Vəfat tarixi | 12 oktyabr 1932[1] (56 yaşında) |
Vəfat yeri |
|
Partiya |
Milli İş Partiyası (1913–1918) Xristian Milli Partiyası (1919–1920) Birtərəf (1920–1922) Birlik Partiyası (1922–1932) |
İxtisası |
siyasətçi hüquqşünas |
Fəaliyyəti | siyasətçi, hüquqşünas |
Həyat yoldaşı | Sarolta Botka |
Vikianbarda əlaqəli mediafayllar |
Kuno fon Klebelsberq (alm. Kuno von Klebelsberg; 13 noyabr 1875[1] – 12 oktyabr 1932[1], Budapeşt) ― Macarıstan hüquqşünası və siyasətçisi, qraf, müharibə illərində Macarıstan krallığının daxili işlər naziri (1921-1922) və mədəniyyət naziri (1922-1931). 1917-1932-ci illərdə Macarıstan Tarix Cəmiyyətinə rəhbərlik etmişdir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Klebelsberq, Avstriya-Macarıstanın Madyarpeçika şəhərində (indiki Peçika, Arad judetsi, Rumıniya) anadan olmuşdur. Birinci Dünya Müharibəsi, Trianon müqaviləsinin imzalanması və vətəndaş müharibəsinin dağıdıcı nəticələrindən sonra Macarıstan böhran içində idi. Klebelsberq 1921-ci ildə növbəti ilə qədər daxili işlər naziri vəzifəsinə təyin olunur. Daha sonra o, mədəniyyət naziri olur (1922-1931) və Macarıstanda təhsil sahəsində bir çox islahatlar həyata keçirir. Klebelsberq kənd yerlərində ibtidai məktəblərin yaradılmasında iştirak edir, bir çox universitetin müasirləşdirilməsinin təşəbbüskarı olur və "Kollegium Unqarikum"u" təşkilatını yaradır. Bu təşkilat xaricdə mədəniyyət sahəsində fəaliyyət göstərirdi və məqsədi digər ölkələrdə Macarıstan mədəniyyəti haqqında məlumatlılığı inkişaf etdirmək idi.
Klebelsberq tələbələrə təqaüd verən mütərəqqi siyasəti tətbiq etməklə də məşhur idi.
Ancaq Klebelsberq mübahisəli bir şəxs sayılır: o, keçmiş Avstriya-Macar monarxiyasının milli azlıqlarına (serblər, slovaklar, rumınlar, yəhudilər, ruslar və s.) qarşı macar hökmranlığı ideologiyası və macar etnik mədəniyyətinin müstəsna əhəmiyyətini təbliğ edirdi. Trianon müqaviləsindən sonra Klebelsberqin ideyaları və onun təhsil islahatları Mikloş Hortinin hakimiyyəti dövrünün revanşist abu-havası və ərazi iddialarına xidmət edirdi. Klebelsberq yəhudi əleyhdarı idi, macar yəhudilərini müvafiq olaraq 1918 və 1919-cu illərdəki burjua-liberal və kommunist inqilablarında iştirak etmək və Trianon müqaviləsinə görə ərazilərini itirməkdə günahlandırırdı. Belə ki 1924-cü ildə o, yəhudilərdən "Böyük Macarıstan"ı" geri qaytarmağı tələb etdi, bunun müqabilində 1920-ci illərin əvvəllərində Avropada ilk dəfə tətbiq olunan universitet təhsili kvotasını (Numerus clausus sistemi) yəhudilərdən istəməyəcəyini təklif etmişdir.[2]
1939-cu ildə, nazirin vəfatından bir neçə il sonra Budapeştdə onun şərəfinə abidə ucaldıldı. İkinci Dünya Müharibəsi zamanı heykəl dağıdıldı, lakin 2000-ci ildə bərpa edildi.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France Kunó Klebelsberg // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Kovács M. Mária. 2012. Törvénytől sújtva. A numerus clausus Magyarországon, 1920-1945. Budapest: Napvilág
- ↑ "Памятник Куно фон Клебельсбергу: описание, фото, контакты, гиды, экскурсии" (rus). www.rutraveller.ru. 2017-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.