Kulot

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Eliya Bordman. Rəsm əsəri, Ralf Erl, 1789
Kulot - dizlikli şalvar və ya bric

Kulot (fr. cul sözündən götürülmüşdür = sağrı deməkdir) XIIV-XVIII əsrlərdə fransız zadəgan və əsilzadələrinə məxsus geyim - dizlikli şalvar və ya bric. Kulot geyim dizdən bir qədər aşağıya qədər olan dar bir tuman ya şalvar olub, məxmər, ipək (zadəgan və aristokratlar üçün) və ya adi kətan və yun parçadan (sənətkarlar üçün) eləcə də dəridən (süvarilər, əsgərlər üçün) tikilir.