Kukesi FK
Kukesi FK | ||||
---|---|---|---|---|
Ölkə | Albaniya | |||
Rəng(lər) | göy, ağ | |||
Yaranma tarixi | 4 mart 1930 ) | |||
Stadionu | "Zekir Emeri" stadionu | |||
Tutumu | 5000 | |||
Prezidenti | Safet Gyici | |||
Baş məşqçisi | İskender Geqa | |||
Liqa | Albaniya Super Liqası | |||
2022/23 | 7. | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
"Kukesi" – Albaniyanın Kukes şəhərini təmsil edən futbol klubu.
Tarixi
[redaktə | mənbəni redaktə et]1930-cu il martın 4-də yaradılmışdır[1].
Klubun adı
[redaktə | mənbəni redaktə et]Klubun ilk adı "Şöqeriya" olub[1]. İkinci Dünya müharibəsinin ardından ilk dəfə Albaniyanın III liqasında mübarizə aparan komanda 1958-ci ildən "Perperami" adını daşımağa başlayıb. 2010-cu ildə yenidən ad dəyişikliyinə gedən rəhbərlik bu dəfə kluba "Kukesi" adını verib[1].
Elitada
[redaktə | mənbəni redaktə et]"Kukesi" II liqa çempionu kimi ilk dəfə 2012/2013 mövsümündə elitaya vəsiqə qazanmışdır. Klub yüksək liqadakı ilk mövsümündəcə gümüş medala yiyələnərək, UEFA Avropa Liqasında iştirak hüququ qazanmışdır. Bundan sonra da ardıcıl 2 dəfə – 2013/2014, 2014/2015 mövsümlərində çempionatı 2-ci yerdə tamamlayan, 2015/2016 mövsümündə isə üçüncülüklə kifayətlənən klub, nəhayət ki, 2016/2017 mövsümündə tarixinin ilk çempionluğunu qazanmışdır[1].
"Kukesi" həmçinin 1 dəfə – 2015/2016 mövsümündə Albaniya kubokunu, 1 dəfə də – 2016-cı ildə Albaniya Superkubokunun sahibi olmuşdur[1].
Avropa kuboklarında
[redaktə | mənbəni redaktə et]Klub 2013/2014 mövsümündə avrokuboklarda debüt etməsinə baxmayaraq, kifayət qədər təhlükəli rəqib olduğunu qısa müddətdə göstərməyi bacarmışdır[1]. İlk mövsümündəcə UEFA Avropa Liqasında 3 mərhələ keçən albanlar yalnız pley-offda "Trabzonspor"a yenilmişlər[1]. 2014/2015 mövsümündə Avropa Liqası ilə erkən vidalaşan klub, 2015/2016 mövsümündə 2, 2016/2017 mövsümündə isə 1 mərhələ adlaya bilmişdir[1]. 2017/2018 mövsümündə isə tarixində ilk dəfə UEFA Çempionlar Liqasında mübarizə aparmışdır[1].
Stadionu
[redaktə | mənbəni redaktə et]Komanda ev oyunlarını Kukes şəhərində yerləşən "Zekir Emeri" stadionunda keçirir[1]. Lakin 5000 tamaşaçı tutumuna malik stadion beynəlxalq standartlara cavab vermədiyindən, "Kukesi" avrokubokda rəqiblərini Albaniya yığmasının stadionu olan Elbasan şəhərinin 12800 tamaşaçı tutumuna malik eyniadlı arenasında qəbul edir[1].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 87 yaşlı yeni çempion – “Kukesi” Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine. apasport.az, 14.07.2017 (az.)
Futbol klubu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |