43°55′44″ şm. e. 16°03′43″ ş. u.HGYO

Krka Milli Parkı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Krka Milli Parkı
xorv. Nacionalni park Krka
Krka şəlalələri
Krka şəlalələri
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 109 km2 ha
Yaradılma tarixi 1985
Yerləşməsi
43°55′44″ şm. e. 16°03′43″ ş. u.HGYO
Ölkə  Xorvatiya
Vilayət Şibenik-Knin
npkrka.hr
Krka Milli Parkı xəritədə
Krka Milli Parkı
Krka Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Krka Milli Parkı (xorv. Nacionalni park Krka) — adını onu əhatə edən Krka çayından alan Xorvatiya milli parkı. Milli park Krka çayını aşağı axacağında, mərkəzi Dalmatiyada, Şibenik-Knin qraflığında, Milyevki bölgəsində yerləşir. Şibenik şəhərinin sadəcə bir neçə kilometr şimal-şərqindədir.[1] Milli park Krka çayını qorumaq üçün qurulmuş və elmi, mədəni, təhsil, turizm fəaliyyətləri üçün nəzərdə tutulmuşdur. Xorvatiyanın 7-ci milli parkıdır və 1985-ci ildə milli park elan edilmişdir.

Milli park tamamilə Şibenik-Knin qraflığında yerləşir və Krka çayı boyunca 109 km2 sahəni əhatə edir: Knindən Skradinə qədər 2 km çay axını boyunca və Çikola çayının aşağı hissəsi. Krka Milli Parkı təbiətin dəyişdirilməyən geniş regionlarından biridir və bir çox cüzi dəyişdirilmiş ekosistemlərə sahibdir.

Krka çayı

Krka Milli Parkı Cənubi Avropa regionuna daxildir. (Aralıq dənizi iqlimi) Yerləşmə mövqeyinə və müxtəlif tip ekosistemlərin yayılmasına görə ərazi zəngin flora və faunaya sahibdir.

Milli park ərazisində 860 bitki növü və yarımnövü müəyyən olunmuşdur. Bu növlərə endemik sayılan İllirian-Adriatik növləri də daxildir.

Milli parkdakı Krka çayında aralarında 10 endemik olmaq üzərə 18 növ balıq yaşayır. Kumja və Dalmatiya çəkisi də milli park sakinləri arasındadır.

Bataqlaşmış çəmənliklərdə quşlar və amfibilər, cəngəlliklərdə sürünənlər yaşamaqdadır.

Milli parkın emblemi

Milli park ərazisində 222 quş növü müşahidə olunmuşdur. Yaz və payız aylarında buraya bir çox quş növü miqrasiya etdiyindən Avropa üçün ən əhəmiyyətli regionlardan biridir. Milli parkda bir çox yırtıcı quş növü məskunlaşmışdır: çay qaraquşu, ilanyeyən, qırğı qartal, bığlı qızılquş, şahin, və s. Qızılı qızlarquşu, adi yapalaq, ağbaş kərkəs digər əhəmiyyətli quş növləridir.

Məməlilərə gəldikdə burada çox nadir və nəsilləri kəsilmək üzrə olan 18 yarasa növü yaşayır: uzun barmaqlı yarasa, Daubenton yarasası və s. Bayağı su samuru milli parkdda nəsli təhlükədə olan məməli növüdür.

Krka çayının dənizə töküldüyü yerdə Dördüncü dövr buzlaşmasından sonra Adriatik dənizinin 135 m qalxması və çay yatağının subasması nəticəsində ria əmələ gəlmişdir.

Görməli yerlər

[redaktə | mənbəni redaktə et]
Visovaç adası

Visovaç adası

[redaktə | mənbəni redaktə et]
Milli parkın xəritəsi

Milli parkın daxilində yerləşən Visovaç adası Macarıstan kralı I Luiz dövründə kəşf olunmuşdur. Adada fransiskanlara məxsus qədim katolik Visovaç monastırı yerləşir və 1445-ci ildə tikilmişdir.[2] Bununla yanaşı milli park ərazisində Şərq Ortodoks Kilsəsinə məxsus və 1345-ci ildə inşa olunmuş Krka monastırı da yerləşir. Adanı qayıqla ziyarət etmək mümkündür.

Krka monastırı Ortodoks Dalmatiya Yeparxiyasının mərkəzidir. Haqqında ilk məlumatı 1402-ci ildə Serbiya imperatoru Duşanın bacısı Yelena Şubiç tərəfindən verilmişdir. Monastır daha sonra XVIII əsrdə yenidən təmir olunmuşdur.

Skradinski[3]
  1. Carter, Francis W. and David Turnock (2002). Environmental problems of East Central Europe Arxivləşdirilib 2019-07-27 at the Wayback Machine, Routledge 2nd ed. p. 345. ISBN 0-415-17403-1
  2. Oliver, Jeanne Croatia Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine, Lonely Planet 4th ed. p. 187. ISBN 1-74104-475-8
  3. Naklada Naprijed, The Croatian Adriatic Tourist Guide, pg. 103, Zagreb (1999), ISBN 953-178-097-8

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]