Kriminal fantastika

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu şəkilə ilham mənbəyi olmuş, Şerlok Holms və Dr. Con H. Vatson obrazlarının olduğu Yunan tərcüməçinin macərası adlı əsər Artur Konan Doyl tərəfindən yazılmış Şerlok Holms macəralarından biridir. Kriminal fantastika janrının klassik nümunələrindən biridir.

Kriminal fantastikacinayət və cinayətkarlar haqqında olan ədəbiyyata verilən ümumi addır. Bu janrın birinci nümunəsi kimi, bəziləri Qaston Leroks tərəfindən yazılmış "Sarı otağın sirri" kitabını, digərləri isə Edqar Allan Po tərəfindən yazılmış Morq küçəsində qətl kitabını əsas hesab edirlər. Birinci kriminal fantastika janrında olan roman isə 1862–63-cü illərdə "Çarlz Feliks" təxəllüsü ilə nəşr olunmuş "Nottinq Hill sirri " adlı roman hesab olunur.[1][2] Artur Konan Doyl tərəfindən yazılmış və qəzetlərdə seriyalar halında buraxılmış Şerlok Holms ilə bu janr ictimaiyyət arasında populyarlıq qazanmışdır. Sənaye inqilabının və modernizmin ən təsirli şəkildə baş verdiyi İngiltərə bu doğuşun mənbəyi hesab edilsə də, bu janra Avropa qitəsindənAmerikadan yeni genişlənmələr gətirilmiş və tamamilə yeni alt janrlar əlavə edilmişdir.[3][4]

Xüsusilə Böyük böhran dövrləri kriminal fantastika ədəbiyyatında Qızıl dövr deyilən dövrlə kəsişir. Bu dövr, kriminal fantastika ədəbiyyatında, xüsusən "Kim etdi?" (Whodunit? və ya Whodonit?) və "Qapalı otaq sirri" üslubu ilə seçilir. Bu janrın ən tanınmış yazıçıları Aqata Kristi və Con Dikson Karr (aka Karter Dikson) olmuşdur. Əvvəlcə oxucuya bir qətl, yəni bir sirr və bu qətli törətmək ehtimalı olan şəxslər, müəllifin oxucunu özü ilə bərabər tutmaq üçün verdiyi ipucları ilə bərabər təqdim olunur. Hadisələr və onların axıcılığı həmişə personajların dərinliyinin qabağında gedir. Bu tip kriminal fantastika janrında yazılmış olan əsərlərdə cinayət ümumiyyətlə fərdi xarakter daşıyır və cinayət detektiv və ya həvəskar bir nəfər tərəfindən açıldıqdan sonra cinayətkar yaxalanaraq cəzalandırılar və bundan sonra bu işin üstünü açan şəxs ictimai həyatına qaldığı yerdən davam edir. Belə əsərlərdə cinayətin dərinliyi və ya onun sosial səbəbləri müzakirə edilmir. Başqa bir xüsusiyyət isə bundan ibarətdir ki, bu tipdə olan kriminal fantastika hekayələrində ümumiyyətlə yuxarı və orta təbəqənin həyatından bəhs edilir.

1950-ci illərdən sonra bu tipdə olan kriminal fantastika üslubu təkcə cinayətkarın hərəkətlərinə deyil, həm də cinayətə və onu üzə çıxaran səbəblərə diqqət yetirən yeni üslublarla əvəz olunmuşdur. Bu sahədə adı qeyd edilməli olan ən əhəmiyyətli yazıçı isə, şübhəsiz ki, belçikalı Jorj Simenondur.

Müasir dövrdə kriminal fantastikanın inanılmaz sayda alt janrları mövcuddur və o, bədii strukturu ilə digər janrlarda yazılmış olan romanlara da təsir göstərir və beləliklə, digər janrlarda yazılmış romanlara da bu romanları oxumağı asanlaşdıran kriminal fantastikanın cəlbedici elementlərini əlavə edir. Buna misal olaraq Umberto Ekonun "Qızılgülün adı" və ya Orxan Pamukun "Mənim adım qırmızı" adlı əsərlərini nümunə göstərmək mümkündür.

  1. Franks, Rachel. "May I Suggest Murder?: An Overview of Crime Fiction for Readers' Advisory Services Staff". Australian Library Journal. 60 (2). 2011: 133–143. doi:10.1080/00049670.2011.10722585. 19 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2016.
  2. Abrams, M. H. A Glossary of Literary Terms. Cengage Learning. 2015. 69. ISBN 9788131526354.
  3. Symons, Julian (1972), Bloody Murder: From the Detective Story to the Crime Novel. Faber and Faber (London). ISBN 9780571094653. sayfa 51
  4. Collins, Paul. "The Case of the First Mystery Novelist" Arxivləşdirilib 2012-03-08 at the Wayback Machine, "Before Hercule or Sherlock, There Was Ralph" adıyla yıyımlandı, The New York Times Book Review, 7 yanvar 2011.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • The Crown Crime Companion. The Top 100 Mystery Novels of All Time Selected by the Mystery Writers of America, annotated by Otto Penzler, compiled by Mickey Friedman (New York, 1995, ISBN 0-517-88115-2)
  • De Andrea, William L: Encyclopedia Mysteriosa. A Comprehensive Guide to the Art of Detection in Print, Film, Radio, and Television (New York, 1994, ISBN 0-02-861678-2)
  • Duncan, Paul: Film Noir. Films of Trust and Betrayal (Harpenden, 2000, ISBN 1-903047-08-0)
  • The Hatchards Crime Companion. 100 Top Crime Novels Selected by the Crime Writers' Association, ed. Susan Moody (London, 1990, ISBN 0-904030-02-4)
  • Hitt, Jim: Words and Shadows. Literature on the Screen (New York, 1992, ISBN 0-8065-1340-3)
  • Mann, Jessica: Deadlier Than the Male (David & Charles, 1981. Macmillan, N. Y, 1981)
  • McLeish, Kenneth and McLeish, Valerie: Bloomsbury Good Reading Guide to Murder. Crime Fiction and Thrillers (London, 1990, ISBN 0-13-359092-5)
  • Ousby, Ian: The Crime and Mystery Book. A Reader's Companion (London, 1997).
  • Symons, Julian: Bloody Murder. From the Detective Story to the Crime Novel: A History (Harmondsworth, 1974).
  • Waterstone's Guide to Crime Fiction, ed. Nick Rennison and Richard Shephard (Brentford, 1997).
  • Willett, Ralph: The Naked City. Urban Crime Fiction in the USA (Manchester, 1996).