48°51′36″ şm. e. 2°19′47″ ş. u.HGYO

Kral körpüsü (Paris)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kral körpüsü
Xəritə
48°51′36″ şm. e. 2°19′47″ ş. u.HGYO
Keçid Sena[2]
Yeri I arondisman[1][2], VII arondisman[2]
Material daş[d][2]
Uzunluğu
Eni 17 m[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kral körpüsü (Pont Royal) — Parisdə yerləşən və Sena çayı uzərindən keçən fransız körpüsüdür. Pont Neuf və Pont Marie'dən sonra şəhərin ən qədim üçüncü körpüsüdür. Bu abidə 11 may 1939 tarixdən bəri tarixi abidə kimi təsnif edilmişdir .

Yerləşməsi və giriş

[redaktə | mənbəni redaktə et]

Körpü çayın sağ sahilini Pavillon de Flore adlanan yerdən sol sahilin Bac küçəsi və Beaune küçəsi arasındakı hissəsinə bağlayır. Ondan əvvəl Carrousel körpüsü və sonda Leopold-Sédar-Senghor piyada keçidi yerləşir.

Tuileries metro stansiyası bu ərazidə yerleşir.

2018-ci ildə Sena Daşqını.

Körpünün ən vacib texniki detallarını1685-ci ildə Jules Hardouin-Mansart tərəfindən tərtib etdilən plan müəyyən edir[3] :

  • arkalar və tağlar : uzunluğu 72 pieds (23,40 m) olan 5 arka, uzunluğu olan 69 pieds (22,42 m) olan aralıq arkalar və 64 pieds (20,80 m) uzunluqlu yan arkalar[4] ;
  • körpü dayaqlarının təməl səviyyəsi ;
  • dayaqların qalınlığı və arkaların açılış nisbəti : Kral körpüsü üçün memar bu nisbəti 5 olaraq təyin edib. Bu nisbət həm də arkaların ölçüsündən asılı olub dayaqların sabitliyini riskə atmadan, arkaların bir-birindən azad mövcud olmasını təmin etməlidir. Bütün dayaqların qalınlığı –14 pieds (4,55 m) ;
  • arkaların forması : Kral Körpüsündə, memar 3 mərkəzli səbət saplı tipli arkadan istifadə edib. Bu seçim sonra tikilən körpülərədə də istifadə olunacaq.
  • İstifadə edilən materiallar :
    • suyun altında Saint-Cloudun sərt daşları ;
    • Bagneuxdan gətirələn və arkaların başlanğıcına qədər olan bərk daşlar və səkilərin kənarlarına qədər sərt daşlar ;
    • Arkaların gövdəsi üçün qaya daşları ;
    • Arkalarınıvə dayaqları doldurmaq üçün Vaugirard və ya Faubourg Saint-Jacques daşları.

Hər sahilin son dayağında ən böyük Paris daşqınları zamanı suyun səviyyəsini göstərən hidrografik tərəzi var.

Pont Royal üçün olan hesablamalar Blois'dəki Jacques-Gabriel körpüsü üçün model olaraq istifadə edilib.

Körpünün inşasının müxtəlif mərhələləri Lieven Cruyl (1634–1720-ci ildən əvvəl) tərəfindən rəsmləri çəkilmiş və oymalara həkk olunmuşdur.

Kral körpüsünün özəlliyi onun bəzəyinin azlığı və möhkəmliyidir.

Körpünün hər iki tərəfi
À gauche, le pont vu de l'aval et à droite, de l'amont.
Körpünün digər mənzərələri

Adın mənşəyi

[redaktə | mənbəni redaktə et]

Körpü Tüilri Sarayında bitdiyi üçün "Kral körpüsü" adını daşıyır.

9 sentyabr 1550 Kral II Henry Senadan bərə ilə keçməyə icazə verir.

Gəzinti zamanı Bac küçəsi yaxınlığında Senadan keçən bərənin qəzaya uğramasının şahidi olan Louis XIII bu yerdə körpü tikdirmək qərarına gəlir.

1632-ci ildə Qırmızı Körpü

[redaktə | mənbəni redaktə et]
Qırmızı Körpü.

1632-ci ildə Kral Palatasının katibi Pierre Pidou, bu ərazidə taxta körpünün inşasını öz üzərinə götürdü. Bu keçid Sainte-Anne körpüsü "(Avstriyalı Anne ilə əlaqədar olaraq)", Qırmızı körpü "(Rənginə görə) və ya " Le Barbier körpüsü " adlandırılır və hazırlanmasına 21 noyabr 1631 tarixində 50.000 livres tournois məbləği qarşılığında dülgər Robert Chuppin başlayır. Yeni körpü 1550-ci ildən bu bəri mövcud olan və adını yaxınlıqdakı küçəyə verən (rue du Bac — fransısca bac bərə deməkdir) köhnə Tüiliri bərəsini əvəz edir.

Nisbətən kövrək olan on beş tağlı körpü ilk dəfə 1649-cu ildə təmir edilmişdir və iki il sonra tamamilə yenidən qurulmuşdur. Bu körpü 1654-cü ildə yandırılmış və onu 1656-cı ildə su aparmışdır.

Körpü 1660-cı ildə yenidən taxtadan qurulub, 1673-cü ildə möhkəmləndirilib və nəhayət çayın üzərindəki buzun parçalanması nəticəsində 1684-cü il fevralın 28-dən 29-na keçən gecə uçmuşdur. Madam de Sévigné bu haqda məlumat verərkən yazır : "Qırmızı körpü Saint-Clouda yola düşdü. Körpü yolda səkkiz arkasını itirdi."

1689-cu ildə Kral Körpüsü

[redaktə | mənbəni redaktə et]
Lieven Cruyl
1686-cı ildə tikinti işləri.
Lieven Cruyl
1687-ci ildə Pont Royal binasının görünüşü.
Döşəmə tağları çəkmək üçün askılar.

25 oktyabr 1685 və 13 iyun 1689 tarixləri arasında könhə körpü bütövlükdə Kral XIV Louis tərəfindən maliyyələşdirilən daş körpü ilə əvəz olunur və "Kral Körpüsü" adlandırılır.

Kralın Baş Memarı Louvois bu tikintini Jak Gabriel, Jules Hardouin-Mansart və François Romainə tapşırır.

Xronologiya[5] :

  • 5 yanvar 1685 : işlərin qiymətləndirilməsi ;
  • 10 mart 1685 : Kralın memara və podratçı Jacques IV Gabrielə 675.000 livres məbləğinin verilməsi. Podratçının zəmanəti kralın memarı Pierre Delisle[6], baldızı və kral binalarının dülgərləri Pierre Cliquin-dir. ;
  • 1 aprel 1685 : Tuileries körpüsünün baş müfəttişi olan François Romainə edilən ilk ödəniş.
  • 26 oktyabr 1685 : tacirlərinParis şəhərinin sahibləri tərəfindən sağ sahildə ilk daşın qoyulması ;
  • 18 iyul 1686 : Jacques IV Gabrielin ölümü. İşi dul həyat yoldaşı Marie Delisle və qardaşı Pierre Delisle davam etdirir.
  • 1687-ci ilin sonu : Körpünün tikinti işləri demək olar ki, başa çatmışdı, Fransanın rəmzləri körpünün mərkəzi tağında oyulur ;
  • 13 və14 iyun 1689 : Kral memarı Liberal Bruant tərəfindən körpünün baxışı və qəbulu ;
  • 20 sentyabr 1689 : Dövlət Şurası əsərlərin qəbul edilməsini təsdiq edir. İşlərin qəbulu ilə əlaqədar son xərclər :
  • təklif qiyməti : 675.000 livres ;
  • podratçıya ödənilən tələblər : 67.171,11 livres ;
  • Romain qardaşa və iş müfəttişlərinə ödənilən ödənişlər daxil olmaqla müxtəlif xərclər : 22.328,18 livres ;
  • son ümumi xərc : 764.500,90 livres .

XVIII əsrdə bu körpü Parisdə hər cür yığışma və tədbirlər üçün ən sevimli yer idi.

Fransız İnqilabından sonra, 1792–1804-cü illər arasında körpünün adı dəyişdirilib "Milli körpü" edilmiş, 1814-cü ilə qədər isə " Tuiliri Körpüsü " adlandırılmışdır.

Napoleon Bonapart Milli KonvensiyanınMaximilien de Robespierre başçılıq etdiyi İctimai Təhlükəsizlik Komitəsinin oturduğu Tuileries Sarayını müdafiə etmək üçün topları bu körpüdə yerləşdirmişdir.

1852-ci ildə, keçidi rahatlaşdırmaq üçün mərkəzi arkanın divarının qalınlığı azaldıldı.

1939-cu ildə, Pont Neuf və Pont Marie ilə birgə tarixi abidə olaraq təsnif edildi.

2005-ci ildə Parisin 2012 Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyi münasibətilə işıqlandırıldı.

Körpünün tarixi rəssamların gözü ilə

[redaktə | mənbəni redaktə et]
Camille Pissaro, Le Pont Royal et le Pavillon de Flore (1903), kətan üzərində yağlı boya, Petit-Palais .

Qeydlər və istinadlar

[redaktə | mənbəni redaktə et]
  1. base Mérimée (fr.). ministère de la Culture, 1978.
  2. 1 2 3 4 5 6 Structurae (ing.). Ratingen: 1998.
  3. Voir Fernand de Dartein et Jean Mesqui.
  4. Les mesures faites sur l'ouvrage réalisé montre qu'il y a des différences qui peuvent atteindre 0,27 m, ce qui n'est pas exceptionnel pour cette époque.
  5. Voir Fernand de Dartein.
  6. Pierre Delisle est le neveu de François Mansart, le cousin de Jules Hardouin. Tous les deux ont été élevés par leur oncle et ont ajouté son nom aux leurs pour être connus sous le nom de Pierre Delisle-Mansart et Jules Hardouin-Mansart.
  • Françoise Courbage " Pont Royal ", Les Ponts de Parisdə, Paris şəhərinin bədii hərəkəti, 1999 ISBN 2-913246-05-2, p. 213–214 .
  • Fernand de Dartein, Parisdəki Le Pont-Royal sur la Seine XIX əsrdən əvvəl naxışları ilə diqqət çəkən daş körpülər üzərində II cilddən nəşr olunmuşdur. Paris, Librairie polytechnique Ch. Béranger, 1907. [1] Onlayn oxuyun.
  • Henry-Louis Dubly, Əsrlər boyu Paris Körpüləri, Paris, Henry Veyrier, 1973 ISBN 2-85199-102-7, p. 152–159 .
  • Jean Mesqui, Le Pont en France mühəndislər dövründən əvvəl, Paris, Picard, 1986 ISBN 2-7084-0322-2, p. 143, 146, 154–156, 182, 184, 210, 215 .
  • Marcel Prade, Les Ponts, tarixi abidələr, Poitiers, Brissaud köhnə kitab mağazası, 1988 ISBN 2-902170-54-8, p. 335–336 .

Rəsmlər və oymalar

[redaktə | mənbəni redaktə et]
  • Thuileries körpüsünün tikiləcəyi yerdə Seine çayının dərinliyi, 1685, bax .
  • Livinus Cruyl, Kral Körpüsünün İnşası, 1686, bax .
  • Livinus Cruyl, Kral körpüsünün inşası, 1687, bax .
  • Luvr və Tuileries Sarayı, Pont Royal, 17 .., bax.
  • Pont Royal, 17 .. altında Sein sahillərinin görünüşü
  • Volterin külünün gətirilməsi, 1791, bax .

Əlaqəli məqalə

[redaktə | mənbəni redaktə et]
  • Hörgü körpüsü

xarici linklər

[redaktə | mənbəni redaktə et]