Kots
Kots adası | |
---|---|
ing. Coats Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 5498 km² |
Uzunluğu |
|
Eni | 65 km |
Hündür nöqtəsi | 185 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
62°49′00″ şm. e. 92°55′00″ q. u.HGYO | |
Ölkə | Kanada |
Vilayət |
|
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kots (ing. Coats Island) — Hudzon körfəzinin şimalında, Nunavut vilayətinin Kivallik bölgəsinə daxildir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Adanın sahəsi 5498 km² olaraq, Adaların dünyada sahəsinə görə sıralamasında 107-ci, Kanadada isə 24-cü yeri tutur. Sahil xətdinin uzunluğu 385 km-dir[1]. Adanın uzunluğu 127 km, maksimal eni 72 km təşkil edir. Kots adası Sauthempton adasından 71 km cənubda yerləşir (Fişer və Evans boğazları).
Adanın səthi hamar və düzəndir. Ən hündür nöqtəsi 185 m yüksəkliyə malik olan təpə Pembrok burnu (Pembroke) ilə Prefontain bunu (Prefontaine) arasında yerləşir. Adanın cənubunda kiçik göllər vardır. Mərkəzdə isə göllər daha sıx şəbəkəyə malikdirlər[2]. Adada daimi yaşayış yoxdur.
Heyvanlar aləmi
[redaktə | mənbəni redaktə et]1920-ci ildən adada yaşayan Şimal maralı qorunur. qorunur. Sauthempton (ada)sında marallar tükənərkən Kotsdakı marallardan onların bərpasında istifadə edilirdi. Sahillərində dəniz quşları (30 mim. baş) yumurta qoyur. Üstəlik yaxınlığınakı kiçik adalarda Morjlara rast gəlinir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Ada Hudzon körfəzi kampaniyasının kapitanı Vilyam Kostun (William Coats) şərəfinə adlandırılıb. O, 1727–1751 ci illərdə ada yaxınlığından keçdiyi bildirilir[3]. 1860 illərdə Amerikan balina ovçuları ərazidə ov edərkən onu ada olduğunu təstiqləmişlər. 1920–1924-cü illərdə adada Hudzon körfəzi kampaniyasının faktoriyası mövcud olmuşdur. Bu dövrdə adada bir necə inuit ailəsi yaşayırdı. Onlar adaya Baffin Torpağı adasında qayıqlarda gəlmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Atlas of Canada. List of Islands". 2013-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-20.
- ↑ "Oceandots.com — The Islands Encyclopedia. Coats Island". 2011-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-20.
- ↑ Encyclopedia Canadiana, Grolier of Canada Limited, Toronto-Ottava-Montreal, Volume 2, page 420