39°48′59″ şm. e. 45°31′50″ ş. u.HGYO

Kotanlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Kotanlı
39°48′59″ şm. e. 45°31′50″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Paşalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.065 m
Saat qurşağı UTC 4
Əhalisi
Əhalisi
  • 252 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Kotanlı xəritədə
Kotanlı
Kotanlı

Kotanlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.[2][3]

Rayon mərkəzindən 20 km şimal-şərqdə, Arpaçayın sağ qolu olan Kotanlıçayın sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Kotanı kimi[4], Qafqazın 5 verstlik xəritəsində Kotanlı[5], erməni dilində Kyotanlu formasında[6] qeyd edilmişdir. Kotanlı kəndi kənddən 1 km aralıda tarixən mövcud olmuş və Kuteni (Kotanlı) adlandırılmış [7] kəndin yaxınlığında salınmışdır.

Toponim qıpçaq türk tayfasından olan kotan etnoniminə[8] mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə əmələ gəlib "kotan tayfasına mənsub yaşayış yeri" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Qarmraşen (Qırmızıkənd) qoyulmuşdur. 1949-cu ildə kəndin əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. Azərbaycanda və Ermənistanda türkmənşəli bir sıra toponimlərdə "Kotan" sözü əsas е’tibarilə iki mə’nadadır:

  1. Qıpçaqların mənbələrdə qeyd olunmuş Kotyan tayfasının[9] adını əks etdirir.
  2. Bə’zi toponimlərdə isə türk dillərində kutan "qışlaqda maldarların düşərgə yeri", "tövlə" Bax:[10] Koş-Kutan, "gecələr heyvan salınan yеr", "qoyun üçün ağıl"[11]sözündəndir.Bu kənd еrkən orta əsrlərdə Anadoluda yaşamış Kotan (Kotyan) tayfasının[12]məskunlaşması nəticəsində yaranmışdır.

Kənddə 1873-cü ildə 256 nəfər, 1886-cü ildə 392 nəfər, 1897-ci ildə 456 nəfər, 1904-cü ildə 611 nəfər, 1914-cü ildə 672 nəfər, 1916-cı ildə 532 nəfər yalnız azərbaycanlı yaşamışdır[13]. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 61 nəfər, 1926-cı ildə 193 nəfər, 1931-ci ildə 351 nəfər azərbaycanlı yaşamışdır[13]. Ermənistan dövləti 1988-ci il noyabrın 28-də kənddə yaşayan azərbaycanlılar zorla tarixi-etnik torpaqlarından qovmuşdur. İndi ermənilər yaşayır.[14]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.59
  5. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.142
  6. 422, s.101
  7. Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, (erməni dilində). İrəvan, "Haypetrat", 1955. s.101
  8. Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.50
  9. V.Q.Tizеnqauzеn. Сборник материалов, относэрихса к истории золотой орды. Том I, Спб, 1894, с. 540–541
  10. Мурзаев Э.М. Словарь народных географических терминов. М., 1984.
  11. Budaqov L.Z. lüğəti, II, 70
  12. Hüsеynzadə Ə. Şəki coğrafi adının mənşəyi. S.M.Kirov adına ADU-nun "Еlmi əsərləri", 1974, № 8.
  13. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.90–91, 158–159
  14. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Котанлы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.Котанлы&rft.btitle='"`UNIQ--templatestyles-0000001A-QINU`"'Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти&rft.place='"`UNIQ--templatestyles-0000001B-QINU`"'Бакы&rft.pages=452 с&rft.pub='"`UNIQ--templatestyles-0000001C-QINU`"'Оғуз ели&rft.date=1998&rft.aulast=Будагов&rft.aufirst=Б. Ә.&rft.au=Гејбуллајев, Г. Ә.&rfr_id=info:sid/az.wikipedia.org:Kotanlı" class="Z3988">