Koreya Fondu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Koreya Fondu
Yaranma tarixi 1991
kf.or.kr

Koreya Fondu (Korean: 한국국제교류재단, Hanja: 韓國國際交流財團) — 1991-ci ildə Koreyanın daha yaxşı anlaşılmasına kömək etmək və beynəlxalq ictimaiyyətdə dostluğu gücləndirmək üçün yaradılmış qeyri-kommersiya ictimai diplomatiya təşkilatıdır. Fond qarşılıqlı anlayışın inkişafı üçün Cənubi Koreya ilə xarici ölkələr arasında mübadilə üzrə müxtəlif layihələr həyata keçirir.

Koreya Respublikasının 70-ci illərin sonlarından 80-ci illərə qədər sürətli iqtisadi inkişafı, həmçinin ölkənin demokratikləşməsi və soyuq müharibədən sonra beynəlxalq ictimaiyyətdə sarsıntılar şəraitində Koreyanın xarici siyasət strategiyasına yenidən baxılması qaçılmazdır. 1986-cı ildə 10-cu Asiya Oyunlarını və 1988-ci ildə Seulda 24-cü Yay Olimpiya Oyunlarını müvəffəqiyyətlə keçirərək genişləndirilmiş imkanlarını nümayiş etdirərək dünyanın Koreyaya baxışına uzunmüddətli təsir göstərmişdir. Sonralar vahid əlaqə nöqtəsi kimi xidmət edəcək və müxtəlif sahələrdə mübadilə layihələrini dəstəkləyəcək beynəlxalq mübadilə təşkilatının yaradılması ideyası doğuldu. 1989-cu ilin sentyabrında Koreya parlamenti Koreya fondunun təsis edilməsi ilə bağlı rəsmi debatlara başladı.

Koreya fondu Koreya Xarici Işlər Nazirliyi ilə bağlıdır, bu təşkilata Koreya fondu, Xarici Koreya fondu (OKF), və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) rəhbərlik edir. Üçü də Koreyanın dünyanın qalan hissəsi ilə diplomatik münasibətlərinin irəliləməsinə həsr olunmuşdur. Hazırda Koreya Fondunun 13 departamentdə 130 əməkdaşı olan 4 bürosu var. Onun qərargahları və KF Qlobal Mərkəzi Seulda yerləşir. Bundan əlavə, fondun 3 qitədə, o cümlədən Vaşinqton, Los-Angeles, Berlin, Moskva, Pekin, Tokio, Hanoy və Cakartada 8 xarici ofisi var.

Koreya-Orta Asiya Əməkdaşlıq Forumu Katibliyinin yaradılması

[redaktə | mənbəni redaktə et]

2017-ci ildə Koreya Fondu iki yeni təşəbbüs başlatdı. 2017-ci ilin iyul ayında Koreya-Orta Asiya Əməkdaşlıq Forumu Katibliyi öz işinə başladı. Bu Qazaxıstan, Koreya, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan xalqları üçün praktik və gələcəyə yönələn qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək üçün bir platforma rolunu oynayır. Bu, 2007-ci ildə başladılan çoxtərəfli konsultativ qrup olan Koreya-Orta Asiya Əməkdaşlıq Forumu tərəfindən həyata keçirilən təşəbbüslərin həyata keçirilməsinə və şaxələndirilməsinə kömək etmək məqsədi daşıyır. Katiblik, tibb, turizm, sənət və mədəniyyət, gənclərin liderlik forumları və su idarəsi daxil olmaqla müxtəlif sahələrdəki layihələrə nəzarət edən Koreya Fondu tərəfindən koordinasiya olunur.

ASEAN Mədəniyyət Evinin yaradılması (ACH)

[redaktə | mənbəni redaktə et]

Koreya Fondu 2017-ci ilin sentyabr ayından bəri Busanda yeni qurulmuş ASEAN Mədəniyyət Evinin (ACH) fəaliyyətindən məsuldur. Bu məkanın vizionu, Koreyalıların ASEAN ölkələrinin mədəniyyətləri və cəmiyyətləri haqqında anlayışını artırmaq üçün canlı bir platforma təmin etməkdir. ACH, Koreyalılar və Koreyada ASEAN sakinləri arasında mədəni mübadilə və şəbəkə qurmaq üçün məkandır, və ASEAN mədəniyyətini tanıtmaq üçün Koreyanın yerli və regional hökumətləri arasındakı əməkdaşlığı asanlaşdırır. ACH-nin qurulması planı, 2014-cü ildə ASEAN-ROK Dialoq Münasibətlərinin 25-ci ildönümünü qeyd etmək üçün Busanda təşkil olunmuş ASEAN-ROK Xatirə Sammitinin nəticələrindən biri idi.

Koreya Vəqfi qərargahının köçürülməsi

[redaktə | mənbəni redaktə et]

2018-ci ilin iyul ayında Koreya Vəqfi, Dövlət Agentliklərinin köçürülməsindən sonra innovasiya şəhərlərinin inşası və dəstəyi haqqında xüsusi qanuna əsasən, əsas ofisini Cecu(Jeju) əyalətinin Sokuipo(Seogwipo) şəhərinə köçürdü.

Fəaliyyətlər

[redaktə | mənbəni redaktə et]

Koreya təhsili üçün dəstək

[redaktə | mənbəni redaktə et]

Koreya Fondu, koreyaşünaslıq professorluqlarının yaradılması, müqaviləli müəllim heyətinin işə qəbulu və Koreya ilə əlaqəli təhsil və təqaüd səviyyəsini yüksəltmək üçün müddətlik professorların təyin edilməsi üçün beynəlxalq universitetlərə dəstək verir. Məzun və doktorantura təhsili üçün təqaüdlər, eləcə də sahə tədqiqatları və Koreya dili təhsili üçün təqaüdlər daxil olmaqla bir sıra proqramlara əsasən, fond aspirantlara və alimlərə tədqiqat işlərində kömək edir. Fond eyni zamanda, Koreyalı olmayan müəllimlər üçün Koreya ilə əlaqəli sinif təlimlərinə kömək etmək və kooperativ şəbəkələri inkişaf etdirmək üçün Koreya tədqiqatları seminarları təşkil edir. Bundan əlavə, fond Koreya tədqiqatlarının təşviqi və gələcək nəsil Koreyaçıların yetişməsi üçün müxtəlif xüsusi layihələr həyata keçirir. Fond Massaçusettsdəki, Cambridgedəki, Harvard Universitetindəki Koreya İnstitutuna, ABŞ-nin Los Anceles, Kaliforniya Universitetində, Koreya Araşdırmaları Mərkəzi; İngiltərədəki London Universiteti, Şərq və Afrika Araşdırmaları Məktəbi; Almaniyadakı Azad Berlin Universitetinə dəstək verib. Əlavə olaraq, 120-yə yaxın beynəlxalq universitetdə Koreyşünaslıq professorluqlarının qurulmasına və fondun təqaüd proqramları çərçivəsində Koreya ilə bağlı araşdırma aparan 6000-dən çox alim və tələbəyə dəstək verdi.

Qlobal şəbəkə

[redaktə | mənbəni redaktə et]

Koreya Fondu seçmə şəxsləri Koreya haqqında birbaşa bilik və təcrübə əldə etmələrini təmin etmək üçün dəvət edir. Gələcəyə yönəlmiş insanlar arasında münasibətləri asanlaşdırmaq üçün gələcək nəsil liderləri və gənclər üçün mübadilə proqramları da həyata keçirir. Bundan əlavə, fond qeyri-hökumət səviyyəsində müntəzəm dialoq kanalı rolunu oynayan beynəlxalq forumları təşkil edir və dəstəkləyir. Brookings İnstitutu, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS), Woodrow Wilson Beynəlxalq Alimlər Mərkəzi daxil olmaqla, eyni zamanda Washington, DC-də olduğu kimi Koreya ilə əlaqəli siyasət araşdırmaları aparan mühüm düşüncə mərkəzlərinə və tədqiqat institutlarına qrantlar təqdim edir. Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) və digərləri də bunlar arasındadır.

Mədəniyyət və sənət mübadiləsi

[redaktə | mənbəni redaktə et]

Koreya Fondu Koreya mədəniyyəti və incəsənətini təqdim edən müxtəlif çeşidli tamaşalar, sərgilər təşkil edir və dəstəkləyir. Koreya mədəniyyətinin qlobal auditoriya üçün daha əlçatan olması üçün nüfuzlu beynəlxalq muzeylərinin Koreya bölmələrində təşkil olunan mədəni proqramlara da dəstək verir. Koreyadakı xarici sakinlərin Koreyanı daha yaxşı başa düşmələrinə və Koreya ictimaiyyətində xarici mədəniyyətlər haqqında daha çox məlumat əldə etmələrinə kömək etmək üçün fond KF Qlobal Mərkəzi və KF Qalereyası vasitəsi ilə müxtəlif sənət və mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Fond yarandığı gündən bəri 1000-dən çox sərgi, tamaşa, festival təşkil etmişdir və Londondakı İngilis Muzeyi də daxil olmaqla, görkəmli xarici muzeylərdə 28 Koreya qalereyasının yaradılmasına kömək etmişdir. Bura Nyu-Yorkdakı Böyükşəhər İncəsənət Muzeyi, Parisdəki Guimet Muzeyi və digərləri də daxildir.

Geun Lee (2019 sentyabr — indiki)

• Beynəlxalq münasibətlər professoru, Beynəlxalq Tədqiqatlar İnstitutu, Seul Milli Universiteti.

• Koreya Gələcək Strategiyaları İnstitutu-nun keçmiş prezidenti.

• Xarici İşlər və Milli Təhlükəsizlik İnstitutu-nun (IFANS) keçmiş prezidenti.

Keçmiş prezidentlər

[redaktə | mənbəni redaktə et]

• Hyeok-in Yu (3 Yanvar – 1992-ci il 9 Oktyabr)

• Chu-whan Son (1992-ci il 26 Oktyabr — 1994-cü il 29 Dekabr)

• Chang-yoon Choi (1994-cü il 31 Dekabr — 1996-cı il 30 Mart)

• Jung-won Kim (1996-cı il 29 Aprel — 1998-ci il 24 Fevral)

• Joung-binn Lee (1998-ci il 10 Aprel — 2000-ci il 14 Yanvar)

• In-ho Lee (2000-ci il 21 Fevral — 2003-cü il 29 Dekabr)

• In-hyuk Kwon (2004-cü il 6 Yanvar — 2007-ci il 5 Yanvar)

• Sung-joon Yim (2007-ci il 27 Fevral — 2010-cu il 26 Fevral)

• Byung-Kook Kim (2010-cu il 14 Yanvar — 2012-ci il 1 Mart)

• Woosang Kim (2012-ci il 1 Mart — 2013-cü il 10 May)

• Hyun-seok Yu (2013-cü il 13 May — 2016-cı il 11 May)

• Sihyung Lee (2016-cı il 12 May — 2019-cu il 15 Sentyabr)

Ədəbiyyat siyahısı

[redaktə | mənbəni redaktə et]

1. "Korea Foundation Act". 2. ^ "Overseas Korean Foundation".

3. ^ "Korea, Central Asia further strength partnership". Korea.net.

4. ^ "Joint Statement of the 2014 ASEAN-ROK Commemorative Summit". Association of Southeast Asian Nations (ASEAN).

5. ^ "ASEAN-Republic of Korea Dialogue Relations". Association of Southeast Asian Nations (ASEAN).

6. ^ "Special Act on the Construction and Support of Innovation Cities Following Relocation of Public Agencies". Ministry of Government Legislation, Korean Laws in English. 2009. Retrieved July 24, 2018.

7. ^ "KF Global Center".

8. ^ "KF Gallery".

9. ^ "Korea Foundation's Mission and Vision". Korea Foundation. Retrieved 2017–08–29.

10. ^ "KOREANA Magazine Marks Its 30th Anniversary". Korea Foundation. 2017–06–22. Retrieved 2017–08–29.

11. ^ "Koreana Archive".

12. ^ "Koreana Subscription". Korea Foundation. 2017–06–22. Retrieved 2017–08–29.

13. ^ "Winner of the 6th Korea Foundation Award". Korea Foundation. 2017–10–27. Retrieved 2017–10–27.