Kopiapit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kopiapit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Fe²⁺Fe³⁺₄(SO₄)₆(OH)₂·20H₂O
Strunz təsnifatı VI/D.04b[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kopiapit — triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir.

Rəng – kopiapitin rəngi müxtəlif çalarlı sarıdan zeytunu-yaşıladək, kalsiokopiapitinki – bozumtul-sarıdan sarıyadək; Mineralın cizgisinin rəngi – açıq-sarı; Parıltı – sədəfi (kopiapit), şüşə (kalsiokopiapit); Şəffaflıq – kristalları şəffafdır; Sıxlıq – 2,1–2,2; Sərtlik – 2,5–3,0; Ayrılma – {010} üzrə mükəmməl; {101} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: lövhəvari; Mineral aqreqatları: dənəvər, qabıqlar, pulcuqlu, torpaqvari kütlələr, çox nazik təbəqələr, qaysaqlar.

Mənşəyi və yayılması

[redaktə | vikimətni redaktə et]

Filiz yataqlarının oksidləşmə zonasında piritin oksidləşməsi zamanı əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: pirit, dəmir hidroksidləri və b. Mineralın tapıldığı yerlər: Kopiapo (Çili); Rammelsberq (Almaniya) və b. Azərbaycanda Çıraqdərə — Toğanalı filiz sahəsinin kolçedan obyektlərinin oksidləşmə zonalarında, kalsiokopiapit isə Daşkəsən dəmir filizi yatağında aşkar edilmişdir. İlk dəfə 1960-cı ildə M.Ə.Qaşqay və R.M.Əliyev tərəfindən tapılmış və təsviri verilmiş kalsiokopiapit yeni mineral növü kimi təsdiq edilmişdir.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]