Konstantin Mixayloviç
Konstantin Mixayloviç | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi | təq. 1500[1] |
Milliyyəti | serb |
Fəaliyyəti | tarixçi, avtobioqraf[d], yazıçı, hərbi qulluqçu, əsgər |
Konstantin Mixayloviç (serb. Константин Михаиловић; XV əsrin ikinci yarısı) —
Həyatı
[redaktə | mənbəni redaktə et]Konstantin Mixayloviç 1435-ci ildə anadan olmuş və Novoe Brdo şəhərinin alınmasında türklərə əsir düşmüşdür. Konstantinin Adjam Orxan tərəfindən idarə olunan yanıçar məktəbində olması haqqında məlumat verilmir. Konstantinin islam dininin qaydalarını mənimsəməsi, ancaq xristian dininin qəti tərəfdarı olması xüsusi qeyd edilir.[2]
Konstantin 1460-cı ildə Belqrad şəhərinin mühasirəyə alınmasında və 1461-ci ildə Sinopun Osmanlılar tərəfindən tutulmasında iştirak etdiyini yazmışdır.
“Yanıçarın qeydləri” kitabını Konstantin 1497-1501-ci illər arasında yazdığı göstərilir. Həmin dövrdə o birləşmiş Polşa-Litva dövlətinin şərq hissəsində məskunlaşmışdır. Polşa-Litva ərazisində yaşamağının əsas səbəbi isə onun provoslav dininə inandığı göstərilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Identifiants et Référentiels (fr.). ABES, 2011.
- ↑ Məhəmməd HÜSEYNOV (Qarakilsəli). "Yanıçarın qeydləri" (az.). karabakhmedia.az. 18 avqust 2016. 2016-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-19.