Komandor adaları
Komandor adaları | |
---|---|
rus. Командорские острова | |
Ümumi məlumatlar | |
Ümumi sahəsi |
|
Hündür nöqtəsi | 751 m |
Əhalisi | 676 nəfər (2010-cu il) |
Yerləşməsi | |
54°40′00″ şm. e. 167°50′09″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Komandor adaları (rus. Командорские острова) — Rusiyanın şərqində Sakit okeanın Berinq dənizinin cənub-qərbində yerləşir. İnzibati cəhətdən Kamçatka diyarının Aleut rayonu ərazisində yerləşir. Arxipelaq onu ilk dəfə 1741-ci ildə kəşf etmiş Vitus Berinqin ekspedisiyasının gəmisi şərəfinə adlandırılmışdır. Arxipelaqın ən iri adası Berinq adasıdır. Adada Berinqin qəbri yerləşir. Şimal turizminin inkişafına geniş imkanlar vardır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Adalara ilk ayaq basanlar 1741-ci ildə İkinci Kamçatka ekspedisiyası zamanı olmuşlar. Hətta onların gəmisi Berinq adası yaxınlığında qəzaya uğramışdır. Mednı adası isə Yemelyan Basov tərəfinfən aşkarlanmışdır.
Ada haqqında məlumatlar artıq XVIII əsrdən məlumat verilmişdir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Komandor adaları Aleut adalarının davamı hesab edilir. Bu arxipelaqlar arasında olan məsafə 370 km təşkil edir. Arxipelaqln sahəsi 1848 km² təşkil edir. Kamçatka yarımadasından Kamçatka boğazı ilə ayrılır. Eni 200 km təşkil edir. Berinq və Mednı adaları arasında Admiral Kuzneçov boğazı yerləşir.
Tərkibi
[redaktə | mənbəni redaktə et]Arxipelaqın tərkibi:
İri adaları:
Kiçik adalar və qayalıqlar:
- Berinq adası ətrafında:
- Toporkov adası
- Ariy Kamen
- Kamen Aleut
- Kamen Nadvodnı (Yemelyanovski)
- Kamen Poloviçatı (Polovinka)
- Kamen Svuçi
- Mednı adası ətrafında:
Geologiya və relyefi
[redaktə | mənbəni redaktə et]Adalar əsasən Bazalt və Andezitdən ibarətdir. Güçlü seysmik aktiv bölgədə yerləşir. Relyefi dağlıqdır. Ən hündür nöqtəsi 751 metr təşkil edir. Sahilləri qayalıq və az girintili çıxıntılıdır.
İqlimi
[redaktə | mənbəni redaktə et]İqlimi qışda sərin və yayı isə yumşaqdır. Avqust ayının orta temperaturu 10°S, fevral ayının isə -4°S təşkil edir. Minimum temperatur -24, maksimal temperatur isə 23°S təşkil edir. Orta illik temperatur 2,1°S təşkil edir. İl ərzində 500 mm yağıntı düşür. Qışda sahil suları donur.
Flora
[redaktə | mənbəni redaktə et]Ərazidə əsasən dağ tundra bitkiləri yayılmışdır. Sıx meşələri demək olar ki, yoxdur. Bəzən Söyüd bitkiləri ilə böyük kolluqlar əmələ gətirir. Burada Ardıc, İtburnu, Quşarmudu, Tozağacı, Rododendron, Baldırğan, Akonit və başqa bitkilər yayılmışdır.
Fauna
[redaktə | mənbəni redaktə et]Fauna baxımından olduqca kasıbdır burada cəmi 6 növ məməli yaşayır. Mavi peseç endemik canlısıdır. Bu növ özü iki yarımnövə bölünür (Mednovski və Berinq peseçi). Digərləri boz sıçovul, ev sıçanı, Amerikan norkası və Şimal maralıdır. Adların marallarla məskunlaşılması dəfələrlə cəhdlər göstərilmişdir. 1200-1500 baş maralın yaşaması ehtimal edilir. Sularında Şimal dəniz pişiyi, Şimal dəniz şiri, Dəniz samuru, Steyneqer suitisi, Kaşalot, Osa, delfinlər, Dəniz donuzları, Seyval, Finval, Qozbel balina, Yapon balinası və başqaları yayılmışdır. Quş bazarlarını görmək olar.
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Əhalisi (Ruslar, Aleutlar və Kreollar) əsasən dəniz sahələrində çalışırdılar. Burada Balina və Qütb tülküsü ovu həyata keçirilir.
1993-ci ildə adalarda Komandor dövlət qoruğu yaradılmışdır.
İnzibati-ərazi bölgüsü
[redaktə | mənbəni redaktə et]İnzibati cəhətdən Aleut rayonu ərazisinə daxildir.
Yaşayış məntəqələri
[redaktə | mənbəni redaktə et]Nikolskoye kəndi Berinq adasında yerləşir və adalarda yeganə yaşayış məntəqəsidir. 2010-ci il məlumatına əsasən burada 676 nəfər yaşayır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- БСЭ[ölü keçid]
- Komandor adaları (Aleut rayonu) Arxivləşdirilib 2011-02-09 at the Wayback Machine
- Авторские фотографии Командор Arxivləşdirilib 2009-06-19 at the Wayback Machine
- Официальный сайт Администрации Алеутского муниципального района
- Aleut rayonunun ictimai qəzeti, «Aleut ulduzu» Arxivləşdirilib 2011-05-24 at the Wayback Machine