Kod səhifəsi
Kod səhifəsi (ing. codepage) – MS-DOS əməliyyat sisteminin 3.3 və sonrakı versiyalarında: çeşidli ölkələr üçün simvollar yığınını və klaviatura düzümünü dəstəkləmə vasitəsi. Kod səhifəsi proqramda istifadə olunan simvolların ikilik kodlarına klaviaturanın klavişlərinin və ya həmin simvolların ekran görüntülərinin uyğun qoyulduğu cədvəldir. Bundan başqa, kod səhifəsi müvafiq milli əlifbanın simvollarının sıralanma ardıcıllığını müəyyənləşdirir. İstənilən kod səhifəsinin ilk 128 simvolu standart ASCII yığınına, sonrakı 128 simvol isə genişləndirilmiş ASCII yığınına uyğun olur və hər bir kod səhifəsi üçün unikal olur. Displey və klaviatura kimi qurğuların konfiqurasiyasını konkret kod səhifəsinin tətbiqinə, eləcə də istifadəçinin istəyinə uyğun olaraq bir kod səhifəsindən başqasına və əksinə keçmək imkanına kökləmək olar.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İnformatika haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |