Kobaninin mühasirəsi

Vikipediya, azad ensiklopediya
(Kobani blokadası səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Kobani blokadası
Tərəflərin hərbi vəziyyəti göstərilir. Müxtəlif rənglərdə olan xəttlər İŞİD birliklərinin hansı arealda irəliləməsinə işarədir.
Tarix 16 sentyabr 2014 — 26 yanvar 2015
Yeri Eyn-əl-Ərəb, Suriya
Səbəbi İraq Şam İslam Dövlətinin ərazini işğal etmək istəyi
Nəticəsi

Şiddətli döyüşlər davam edir:

  • İŞİD tərəfindən Eyn əl-Ərəb əyalətində 350-dən çox kürd kəndi işğal edilib və silahlı yaraqlıqlar şəhər mərkəzini bir necə kilometrlik məsafəsində dayanıblar.[1][2][3]
  • Bölgədə yaşayan insanların 90% yaxınıTürkiyə ərazisinə qaçıb.[4][5]
  • YPG silahlıları əsasən Türkiyə ilə sərhəd bölgələrə nəzarət edirlər[6]
  • İŞİD Şərqi Eyn əl-Ərəb bölgəsində möhkəmlənməyə davam edir[7]
Münaqişə tərəfləri

YPG
PKK
ASO
Peşmərgə

İŞİD

Komandan(lar)

İsmət Şeyx Həsən

Əbu Ömər əl-Şişani

Tərəflərin qüvvəsi

1.500 kürd silahlısı[8]
300 ASO döyüşçüsü[9]

4.000 döyüşçü[10]
35-50 arası tank[11]

İtkilər

550 YPG silahlısı[12]
71 ASO silahlısı [13]
17 nəfər könüllü

1.696 İŞİD silahlısı[13]

Ümumi itkilər
Dəqiq itkilər barədə konkret rəqəm açıqlanmır. 20 sentyabr tarixinə olan məlumata görə 34 nəfər dinc əhali həlak olub[14]
160.000[15]-200.000[16] arası insan döyüşlərdən qaçaraq Türkiyə ərazisinə sığınıb.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kobaninin mühasirəsi — Suriyanın Kobani şəhəri uğrunda 2014-cü ilin 16 sentyabr tarixindən başlayan və 2015-ci il 26 yanvar tarixində İŞİD-in məğlubiyyəti ilə başa çatan qanlı döyüşlər. Şəhər yenidən YPG güclərinin nəzarəti altına keçmişdir.

Eyn-əl-Ərəb şəhərində əsasən etnik kürdlər yaşayır və şəhər kürdlər tərəfindən (kürd. Kobanê) adlandırılır. Suriyanın əsasən mərkəzi hissələrində aparılan hərbi əməliyyatlarda iştirak edən İŞİD silahlıları sentyabr ayının ortalarından etibarən ölkənin şimal bölgələrinə doğru həmlələr etməyə başlamış və həmin ərazilərə gözlənilməz hücumlar təşkil etmişdir. Kürd birliklərini hazırlıqsız yaxalamağı bacaran İŞİD döyüşçüləri Eyn-əl-Ərəb əyalətində 2014-cü il 2 oktyabr tarixinə olan məlumata əsasən 350-dən çox kürd kəndini işğal etmişdir.[17] Eyn-əl-Ərəbdə yaşayan 200 minə yaxın etnik kürd davam etməkdə olan qanlı döyüşlərdən xilas olmaq üçün Suriya-Türkiyə sərhədinə cəmləşmişdir.

Türkiyə hökumətinin icazəsindən sonra Eyn-əl-Ərəbdən gələn qaçqınların ölkəyə buraxılmasına başlanıb və onların təhlüksəziliyi təmin edilib. 5 oktyabr tarixinə olan məlumatlara əsasən Eyn-əl-Ərəb şəhərinin ətraf əraziləri və kəndləri tamamilə İraq Şam İslam Dövlətinin nəzarəti altındadır. YPGPKK silahlıları isə Eyn-əl-Ərəb şəhər mərkəzinin müdafiəsini təmin edirlər. İŞİD ən qısa zamanda şəhəri tamamilə ələ keçirməyi hədəfləsə də ciddi müqavimətlə rastlaşmışdır.

134 gün davam edən silahlı toqquşma 2015-ci ilin 26 yanvar tarixində rəsmən yekunlaşmışdır. ABŞ və NATO birliklərinin hava dəstəyi ilə irəliləyən YPG gücləri şəhərin mühüm nöqtələrini ələ keçirməyi bacarıb. 24 yanvar tarixində şiddətlənən və 2 gün davam edən həlledici döyüşlərin ardından İŞİD silahlıları şəhərdən və ətraf ərazilərdən geri çəkilmək məcburiyyətində qalmışdılar.

  1. "Clashes continue around Kobane - http://live.aljazeera.com". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
  2. "Kurd Leader Warns Turkish Peace Hinges on Besieged Town". 2014-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
  3. ""Organization "Islamic state" on the outskirts of the eye Arabs "Kobanî" East"". 2014-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
  4. "Besieged Syrian Town near Turkish Border under Heavy Fire". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
  5. "Kurdish forces continue fight in Syria, regain control of some Iraqi towns". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
  6. "lashes continue around Kobane - http://live.aljazeera.com II". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
  7. "ISIS set to capture Kobani, finish major land grab". 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
  8. "1,500 Kurdish Fighters Join Forces Against IS in Syria". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
  9. "Kurdish fighter: ISIS has entered Syrian city of Kobani". 2015-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
  10. "ISIS is now only 2.5km away from #Kobane, with 4,000 fighters closing in on Kobane itself with 420,000 civilians inside the city". 2022-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
  11. "Fears of massacre as Isis tanks lead assault on Kurdish bastion". 2020-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
  12. "More than 1,000 killed in battle for Kobani: Syrian Observatory for Human Rights". 2014-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-15.
  13. 1 2 "More than 800 people killed since the beginning of clashes in Kobani". 2015-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-15.
  14. "About 60,000 Syrian Kurds flee to Turkey from Islamic State advance". 2015-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
  15. "Over 160,000 Syrian refugees flood Turkey". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
  16. "SOHR appeals urgently to rescue more than 200,000 displaced". 2015-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.
  17. "Turkey's Parliament Approves Military Action Against ISIS In Syria, Iraq". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.