Kloto zülalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Klotho
Tanımlayıcılar
Digər adlarıKLklothouniprot:Q9UEF7
Xarici ID-lərGeneCards: [1]
Ortoloqlar
SpeciesHumanMouse
Entrez
Ensembl
UniProt
RefSeq (mRNA)

n/a

n/a

RefSeq (protein)

n/a

n/a

Yeri (UCSC)n/an/a
PubMed axtarışın/an/a
Wikidata
İnsanı göstər/redaktə et

Kloto zülalı — β-qlukuronidaza (К. Ф.3.2.1.31 [ölü keçid]) bir sıra reseptorlarla qarşılıqlı təsirdə olan, orqanizmin insulunə qarşı həssaslığını tənzim edən transmembran zülaldır.

Kloto geni ilk dəfə 1997-ci ildə yapon alimləri tərəfindən kəşf edilmiş və yunan mifologiyasında ömrün ipini əyirən mələyin şərəfinə Kloto adlandırılmışdır.[1] Yaşlandıqca orqanizmdə Klotonun miqdarı azalır. Təcrübə heyvanlarında Klotonun miqdarı yüksəldikcə ömrün uzunluğu artır, əksinə nokaut siçanlarda zülalın olmaması qocalmanı sürətləndirir. Aparılan tədqiqatlar göstərir ki, siçan və insanların Klotho zülalında 1014 amin turşusu var. İnsanla siçanın Klotho geni 86% oxşardır. İnsanda bu gen 13-cü xromosomda yerləşir: 5 eqzonu, 4 intronu var. Klotho proteini I tip transmembran zülallara aid edilir. Quruluşuna görə Klotho zülalının N və C terminalı (ucları) var. C terminalı transmembrana bitişikdir. Digər hissə hüceyrəarası mayedə yerləşir. Bu hissə üç cür olur: SS, Kl1, Kl2. Klotho zülalı iki formada olur: 1) membran formasında; 2) sekresiya formasında.[2][3]

Hormon və ya gənclik eleksiri

[redaktə | vikimətni redaktə et]

Klotho zülalının qocalıqla bağlı rolu 2 baxışla izah olunur: 1-cisi orqanizm səviyyəsində, 2-cisi hüceyrə səviyyəsində. Orqanizm səviyyəsindəki qocalığı genetika təyin edir. Bu zaman orqanizmə xarici faktorlar təsir edir: qidalanma, stres, həyat tərzi və s. Hüceyrə səviyyəsindəki qocalığı hüceyrənin bölünmə mexanizmi ilə əlaqələndirirlər. Hüceyrənin bölünməsi zamanı telomerazanın ölçüsünün azalması mühüm rol oynayır. Belə ki, xətti xromosomlarda, məs. eukariotlarda xromosomun 2 başında telomer vardır, hüceyrə bölündükcə telomer qısalır və sonda bölünmə dayanır. Telomerlərin qısalmasının müqabilində elə mexanizmlər tapılıb ki, bu yolla ömrü uzatmaq mümkündür. Son 10 ildə müəyyən olunub ki, orqanizmdə bu işi Klotho zülalı yerinə yetirir. Həmin zülal toxuma və müxtəlif orqanların ömrünün çoxalmasını mümkün edir. Ona görə bu zülala "hormon və ya gənclik eleksiri" ləğəbi verilib. Klothonun sekresiyalı forması insulinin işini azaltmaqla qocalmanın qarşısını alır.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. Kuro-o M, Matsumura Y, Aizawa H, Kawaguchi H, Suga T, Utsugi T, Ohyama Y, Kurabayashi M, Kaname T, Kume E, Iwasaki H, Iida A, Shiraki-Iida T, Nishikawa S, Nagai R, Nabeshima YI. "Mutation of the mouse klotho gene leads to a syndrome resembling ageing". Nature. 390 (6655). 1997: 45–51. doi:10.1038/36285. PMID 9363890.
  2. "Takahashi Y, et al. (2000) Yeast Ulp1, an Smt3-specific protease, associates with nucleoporins. J Biochem 128(5):723–5". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-07.
  3. "Structure of the mouse klotho gene and its two transcripts encoding membrane and secreted protein". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-07.