Kiyevə hücum (2022)
Rus-Ukrayna müharibəsi | |||
---|---|---|---|
Kiyev döyüşü (2022), Rusiyanın Ukraynanı istila etməsi | |||
| |||
Tarix | 24 fevral, 2022 - 4 aprel, 2022 | ||
Yeri | Kiyev şəhəri və Kiyev vilayəti | ||
Nəticəsi | Ukraynanın qələbəsi[1] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Kiyevə hücum - Rusiyanın Ukraynanı istila etməsi kampaniyası çərcivəsində Rusiya Silahlı Qüvvələrinin Belarus üzərindən Kiyev vilayətinin və Ukraynanın paytaxt şəhəri Kiyevə doğru irəliləməsi əməliyyatı.[2][3] Rusiyanın əsas məqsədi Kiyev şəhərinə tam nəzarəti ələ keçirməkdir.
Xronologiya
[redaktə | mənbəni redaktə et]24 fevral
[redaktə | mənbəni redaktə et]Fevralın 24-də səhər tezdən Rusiya Silahlı Qüvvələri Kiyev vilayətindəki hədəflərə, o cümlədən Kiyevin əsas hava limanı olan Borispol Beynəlxalq Hava Limanına artilleriya və raket zərbələri endirməyə başlayıb.[3][4][5] Ümumi hücum əməliyyatından bir necə saat əvvəl ölkənin şimalında, Belarusla sərhəddə cəmlənmiş rus qoşunları qəfildən sərhəddi keçərək Kiyev vilayətinə daxil olublar. Tərəflər arasındakı ilk böyük toqquşma Çernobıl Atom Elektrik Stansiyasının inzibati ərazisində baş verib və bir necə saatlıq döyüşdən sonra AES, rus tərəfinin nəzarətinə keçib.[6]
Axşama yaxın rus paraşütçüləri Qostomel hava limanına eniş edərək hava limanını ələ keçirməyə cəhd ediblər. İlk başlarda hava limanı ələ keçirilsə də, sonradan tərəflər arasında gərgin döyüşlər baş verib.[7] Ukrayna rəsmilərinin bildirdiyinə görə, rus paraşütçülərin növbəti hücumu dəf edilib.[8] Hava limanı üzərində döyüşlərin getdiyi bir vaxtda, bir digər paraşütçü dəstə Kiyev su anbarı və ətrafına eniş edərək su anbarı uğrunda gərgin döyüş əməliyyatlarına başlayıblar.[9]
24 fevralın gecəsi Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, təxribatçı qruplar Kiyevə doğru irəliləyir.[10][11] Həmin gecə Amerika Birləşmiş Ştatların Müdafiə Naziri Lloyd Ostin konqresmenlərlə söhbəti zamanı bildirib ki, bəzi rus mexanikləşdirilmiş piyada birlikləri Kiyevdən 20 mil (32 km) məsafədədirlər.[10]
25 fevral
[redaktə | mənbəni redaktə et]Fevralın 25-də səhər saatlarında Rusiya Hərbi Hava Qüvvələrinə aid qırıcılar Kiyevin mərkəzini bombardman etməyə başlayıblar.[12] Səhər saat 09:00-da Ukrayna qüvvələri ilk Rusiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcını vurmağa nail olublar və həmin qırıcı Kiyev şəhərində yerləşən yaşayış komplekslərindən birinə çırpılıb.[13] Saat 06:47-də (GMT 2) Ukrayna ordusunun bölməsi İvankov yaxınlığında Teteriv çayı üzərindəki körpünü partladıb, sözügedən partlayış Çernobıl istiqamətindən irəliləyən rus tank kalonunun hərəkətini dayandırıb.[14][15]
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı daha sonra bildirib ki, Ukrayna hava desant-hücum polkunun əsgərləri İvankov və Daymerdə ruslarla döyüşə giriblər.[13][16] Həmin günün səhər saatlarında Ukrayna ordusuna məxsus hərbi paltarlar geyinmiş rus diversantları Obolon rayonuna daxil olublar.[17][18] Rus diversantların görüldüyü ərazi Kiyevin şimal hissəsində, Ukrayna Ali Radasının binasından cəmi 9.7 km məsafədə yerləşməkdədir.[19] Ukrayna tərəfi Obolon rayonundan etibarən baş verən döyüşləri Kiyev şəhəri uğrunda aparılan döyüşlər kimi qəbul edir və Müdafiə Nazirliyinin verdiyi məlumata görə gün ərzində şəhər uğrunda rus qüvvələri ilə bir necə toqquşma qeydə alınıb.[18][19]
Bəzi rus əsgərləri İvankovda Ukrayna müdafiəsini yarmağa müvəffəq olublar, ancaq şiddətli döyüşlər gün boyu davam edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, xüsusi əməliyyatla Qostomel Hava Limanını ələ keçirə biliblər və beləliklə də, Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri üçün Kiyevdən cəmi 10 kiloemtr məsafədə xüsusi əhəmiyyətli eniş-qalxış zolağı yaranıb.[20] Günün irəliləyən saatlarında Qostomel Hava Limanından cənubda yerləşən İrpin şəhərindəki bir körpü üzərində baş verən döyüş zamanı rus qüvvələrinə məxsus hərbi kolon məhv edilib.[21]
Ukrayna prezidenti Vladimir Zelenski vətəndaşları Molotov kokteyli ilə mübarizə aparmağa çağırıb.[22][23] Paytaxtın müdafiəsi üçün ehtiyatda olan Ərazi Müdafiə Qoşunları hazır vəziyyətə gətirilib. Döyüşmək qabilyyətində olan 18.000 nəfərə yaxın Kiyev sakininə silah paylanılıb.[24]
26 fevral
[redaktə | mənbəni redaktə et]Fevralın 26-da səhər tezdən rus paraşütçüləri Vasilkov aviabazasını ələ keçirmək üçün Kiyevdən bir qədər cənubda yerləşən Vasilkov şəhərinə eniş etməyə başlayıblar. Enişdən az sonra şəhərə nəzarət uğrunda şiddətli döyüşlər başlayıb.[25] Ukrayna Silahlı Qüvvələrinin iddiasına görə Ukrayna HHQ-yə məxsus Su-27 qırıcıları Vasilkov səmasında paraşütçüləri daşıyan Rusiyaya məxsus İlyuşin İL-76 təyyarəsini zərərsizləşdiriblər.[26][27]
Təxminən saat 03:20 radələrində Ukrayna Dövlət Xüsusi Rabitə Agentliyi Bila Tserkva üzərində ikinci İlyuşin İL-76 təyyarəsinin vurulduğunu elan edib.[28]
Ukraynanın hava hücumundan müdafiə sistemlərinin cəhdlərinə baxmayaraq, rus paraşütçüləri Kiyevin cənubunda yerləşən Vasilkova eniş etməyi bacardılar və şəhər istiqamətində hərəkət edən Rus ordusu ilə təmasa keçdilər. Səhər 7:30-da Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə düşmənin növbəti paraşütçü dəstələrinin eniş cəhdlərinin qarşısı uğurla dəf edilib.[29]
Rus ordusu səhər saatlarından etibarən şəhər mərkəzini ələ keçirmək məqsədilə hücuma başlayıb. Şəhər ağır artilleriya atəşi ilə bombalandıqdan sonra mərkəzi elektrik stansiyasının və şəhər daxilindəki ordu bazasının ələ keçirilməsinə cəhd edilib. Ukrayna Silahlı Qüvvələri hər iki əməliyyatın qarşısını ala biliblər.[30][31]
Vasilkivin meri Natalya Balasinoviç bildirib ki, meri olduğu şəhər Ukrayna qüvvələri tərəfindən uğurla müdafiə olunub və döyüşlər başa çatıb.[32] Günortaya yaxın Kiyev vilayətinə daxil olan Vışqorod şəhərin şimalında yerləşən Kiyev Su Elektrik Stansiyası rus qoşunları tərəfindən ələ keçirilib.[33][34] Su Elektrik Stansiyası uğrunda davam edən bir necə saatlıq gərgin döyüşdən sonra stansiya Ukrayna qüvvələri tərəfində geri alınıb.[35] İddialara görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri də Kiyev Su Elektrik Stansiyasına doğru atılmış bir roketi havada zərərsizləşdirib.
İnterfaks xəbər verir ki, Kiyev Su Elektrik Stansiyasının mərkəzi bəndi sıradan çıxsa, baş verə biləcək daşqınlar Kiyevin bütün sol sahilini su altında qoya bilər.[36]
27 fevral
[redaktə | mənbəni redaktə et]27 fevralın ilk saatlarında Rusiya Qüvvələri tərəfindən atılan raket Vasilkovda yerləşən neft tankerini partladıb. Eyni zamanda, Kiyevin şimal-şərqindəki Kalynivka ətrafında şiddətli gecə döyüşləri baş verib.[37] Kiyev yaxınlığındakı radioaktiv tullantıların utilizasiyası sahəsi də hava hücumlarına məruz qalıb, lakin anbar sahəsinin özü zərbədən xilas olub.[38]
Kalynivkada döyüşlərin baş verdiyi barədə məlumatlar var; lakin hər ikisinin eyni adı daşıdığı üçün bunun Kiyevə, yoxsa Vasilkivana aid olduğu məlum deyil.[37] Günün səhər saatlarında Ukrayna Silahlı Qüvvələri, Qostomel yaxınlığında 56 tankdan ibarət Kadırovtsı karvanını məhv etdiyini və çeçen generalı Maqomed Tuşayevi öldürdüyünü açıqlayıb.[39][40]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Dickinson, Peter. "Russia in retreat: Putin appears to admit defeat in the Battle for Kyiv". Atlantic Council. 29 March 2022. 29 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2022."Russia forced into humiliating retreat from Ukraine airport key to their battle plans". The Telegraph. 31 March 2022. 31 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2022."Russia 'failed to take Kyiv', Ukraine's capital was 'key objective', Pentagon says". The Independent. 30 March 2022. 29 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2022."Russia has effectively admitted defeat In Ukraine". Al Jazeera. 30 March 2022. 30 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2022."Russia in Broad Retreat From Kyiv, Seeking to Regroup From Battering". New York Times. 2 March 2022. 2 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2022."In villages near Kyiv, how Ukraine has kept Russia's army at bay". Reuters. 30 March 2022. 29 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2022.
- ↑ "Battle underway for airbase on Kyiv outskirts". France 24. Agence France-Presse. 24 February 2022. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 February 2022.
- ↑ 1 2 Vanderklippe, Nathan; MacKinnon, Mark. "Russian troops advancing toward Kyiv as war rages throughout Ukraine". The Globe and Mail. 24 February 2022. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 February 2022.
- ↑ Saunders, Thomas; Wood, Poppy. "Ukraine invasion map: Where Russia's troops have attacked in the war so far and how Putin will target Kyiv". i. 24 February 2022. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 February 2022.
- ↑ "Fresh pre-dawn explosions heard in Ukraine's capital, Kyiv, with reports Russian plane downed". ABC News. 25 February 2022. 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
- ↑ "Ukraine loses control of Chernobyl nuclear site, amid battles in Kyiv outskirts". The Times of Israel. 24 February 2022. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 February 2022.
- ↑ "Battle Underway for Airbase on Kyiv Outskirts". The Moscow Times. Agence France-Presse. 24 February 2022. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 February 2022.
- ↑ Adcox, Abigail. "Ukraine says forces regained control of airport taken by Russians". The Washington Examiner. 24 February 2022. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 February 2022.
- ↑ Hyde, Lily. "Russians tighten noose around Kyiv as Putin pushes for Ukraine to disarm". Politico. 24 February 2022. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 February 2022.
- ↑ 1 2 Karmanau, Yuras; Heintz, Jim; Isachenkov, Vladimir; Litvinova, Dasha. "Explosions heard in Kyiv as Russia presses Ukraine assault". Associated Press. 24 February 2022. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 February 2022.
- ↑ Talmazan, Yuliya; Smith, Alexander; Shabbad, Rebecca; Elbaum, Rachel. "Ukraine president warns of Russian saboteurs in Kyiv as U.S., allies pile on new sanctions". NBC News. 24 February 2022. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 February 2022.
- ↑ Trofimov, Yaroslav; Cullison, Alan; Forrest, Brett; Simmons, Ann M. "Russia Bombs Ukranian Capital, Kyiv". Wall Street jurnalı. 25 February 2022. 24 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2022.
- ↑ 1 2 "Ukraine crisis: Russia plans to break into Kyiv with tanks - gov't adviser". The Jerusalem Post. 25 February 2022. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2022.
- ↑ "Українські військові під Києвом зупинили колону російських танків". Gazeta (Ukrainian). 25 February 2022. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2022.
- ↑ "Ukraine capital under missile fire as Russian troops advance". Euronews. 25 February 2022. 24 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2022.
- ↑ "ЗСУ ведуть бій в районах Димера та Іванкова на Київщині - Генштаб". Ukrinform. 25 February 2022. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2022.
- ↑ Bengali, Shashank; Santora, Marc. "Russian troops enter the outskirts of Kyiv". The New York Times. 25 February 2022. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2022.
- ↑ 1 2 Trifonov, Yaroslav; Forrest, Brett. "Russian Forces Close In on Ukraine's Capital, Bombing Intensifies". The Wall Street Journal. 25 February 2022. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2022.
- ↑ 1 2 Cecil, Nicholas; Burford, Rachel; Bond, David; Stewart, Will. "Vladimir Putin's bloody invasion brings terror to Ukraine capital Kyiv". London Evening Standard. 25 February 2022. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2022.
- ↑ AP. "Russia claims to take control of Hostomel airport just outside Kyiv". www.timesofisrael.com (ingilis). 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
- ↑ "Ukrainian military destroyed a column of Russian soldiers in Irpin". ProtectUkraine.org. 2022-02-25. 26 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2022.
- ↑ "Putin tells Ukrainian military to overthrow Zelensky – follow live". The Independent (ingilis). 25 February 2022. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2022.
- ↑ "Ukraine-Russia news live: Troops enter Kyiv as Putin makes offer of Minsk peace talks". Sky News (ingilis). 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2022.
- ↑ "Kyiv residents take up arms as Russia advances". BBC News (ingilis). 25 February 2022. 26 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2022.
- ↑ Tsvetkova, Maria. "Kyiv braces for assault as Russia, Ukraine signal possibility of talks". Financial Post (ingilis). 2022-02-26. 2022-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
- ↑ "Помста за Луганськ 2014: біля Василькова збили ІЛ-76 із ворожими десантниками". www.unian.ua (ukrayna). 26 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
- ↑ "На Донбасі збили російський вертоліт і штурмовик". portal.lviv.ua (ukrayna). 2022-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
- ↑ "Ukraine's air defense near Bila Tserkva killed the second aircraft that could carry over 100 paratroopers for landing to the south of Kyiv". 2022-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
- ↑ "Держспецзв'язку". Telegram. 26 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
- ↑ Stern, David L.; Dixon, Robyn; Harlan, Chico; Cheng, Amy; Lamothe, Dan; Beachum, Lateshia; Meryl, Kornfield; Paúl, María Luisa; Francis, Ellen. "U.S. will sanction Putin as Russian forces close in on Kyiv". Washington Post. 26 February 2022. 26 February 2022 tarixində arxivləşdirilib.
- ↑ Reuters. "Ukraine military says it repels Russian troops' attack on Kyiv base". Reuters (ingilis). 2022-02-26. 26 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
- ↑ "Fight for Vasylkiv ends with victory of Ukrainian Armed Forces - official". Trend.Az (ingilis). 2022-02-26. 26 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
- ↑ "Kyiv hydroelectric power plant controlled by Russian troops - Ifax". Reuters (ingilis). 2022-02-26. 26 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
- ↑ "Kyiv hydroelectric power plant controlled by Russian troops - Ifax". National Post (ingilis). 2022-02-26. 2022-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
- ↑ "Київська ГЕС повністю під контролем України – міністр енергетики". Інтерфакс-Україна (ukrayna). 26 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
- ↑ "Українські ППО збили націлену в дамбу Київського водосховища ракету - "Укрводшлях"". Інтерфакс-Україна (ukrayna). 26 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-26.
- ↑ 1 2 "Russia hits Kyiv Region's Vasylkiv with cruise or ballistic missiles". www.ukrinform.net (ingilis). 2022-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.
- ↑ News, B. N. O. "Radioactive waste disposal site near Kyiv hit by airstrike". 27 February 2022. 27 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2022.
- ↑ "Dónde están los combates ahora (Actualizaciones en vivo del 27 de febrero)". 27 February 2022. 27 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2022.
- ↑ "Ukraine vows to keep fighting as Russian forces close on Kyiv". The Jerusalem Post | JPost.com (ingilis). 2022-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-27.