Kim Ki Duk

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kim Ki-duk
Kim Ki-Duk
"Qızıl şir" mükafatını qazanarkən
"Qızıl şir" mükafatını qazanarkən
Doğum tarixi 20 dekabr 1960(1960-12-20)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 11 dekabr 2020(2020-12-11)[3][4] (59 yaşında)
Vəfat yeri
Vəfat səbəbi COVID-19[6]
Vətəndaşlığı
Fəaliyyəti Rejissor
Fəaliyyət illəri 1996-cı ildən
Mükafatları Order of Cultural Merit
Qızıl Şir
IMDb ID1104118
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kim Ki Duk (kor. 김기덕, Konseviç sistemində — Kim Qidok; 20 dekabr 1960[1][2][…], Ponxva[d], Könsan-Pukto[d]11 dekabr 2020[3][4], Riqa[5]) — Cənubi Koreya kinorejissoru, Venesiya kinofestivalının "Qızıl şir" mükafatı laureatı ("Pyeta" filminə görə).

Kim Ki Duk 1960-cı il dekabr ayının 20-də Cənubi Koreyanın Kyonsan-Pukto əyalətinin Ponxva uyezdindəki Sobyonni kəndində anadan olub. Maddi çətinliklər üzündən 9 yaşındaykən məktəbdən ayrılaraq fabriklərdə çalışmağa başlayıb. 20 yaşında hərbi dəniz qüvvələrinə qatılır və 5 il orduda çavuş olaraq xidmət edir.

1990-cı ildə Fransaya köçən Kim Ki Duk burada rəssamlıq edərək öz həyatını keçirir. Və həvəsi olduğu — filmlərə ssenarilər yazır. Bir neçə mükafatlara layiq görülür. 1993-cü ildə Cənubi Koreyaya qayıdan Kim, burada film ssenariləri yazmağa başladı və 1995-ci ildən Korean Film Council'da iki mükafat birdən qazanır.

Kim, 1996`cı ildən kiçik büdcəli Timsah adlı filmiylə ilk kino rejissor kimi fəaliyyətinə başladı. Heç bir Kino təhsili almayan Kim bu filmi ilə Koreyalı film tənqidçilər tərəfindən tənqid atəşinə tutuldu. 2004`cü ildə Samariyalı Qız film ilə Berlin Beynəlxalq Film Festivalı`nda, Boş Ev filmi ilə də Venesiya Kino Festivalı`nda Ən yaxşı rejissor mükafatını aldı. 2011`ci ildə Arirang filmi ilə Kann Film Festivalı`nın Un Certain mükafatları bölümündə ən yaxşı film mükafatını qazandı. Hal-hazırda isə filmsevərlər tərəfindən tanınan Art-Xaus janrını təmsil edən filmlər arasında ən çox izlənilən rejissorlardan biridir.

Yıl Azərbaycanca Adı Orijinal Adı Koreyaca Oxunuşu
1996 Timsah 악어 Ag-o
Vəhşi Heyvanlar 야생동물 보호구역 Yasaeng dongmul bohoguyeog
1998 Quşyuvası oteli 파란 대문 Paran daemun
2000 Real Fiction 실제 상황 Shilje sanghwang
Ada Seom
2001 Naməlum Ünvan 수취인불명 Suchwiin bulmyeong
Pis Oğlan 나쁜 남자 Nabbeun namja
2002 Sahil Keşikçisi 해안선 Haeanseon
2003 Yaz, Yay, Payız, Qış... və Yaz 봄, 여름, 가을, 겨울 그리고 봄 Bom yeoreum gaeul gyeoul geurigo bom
2004 Samariyalı Qız 사마리아 Samaria
Boş Ev 빈집 Bin-jip
2005 Yay Hwal
2006 Zaman 시간 Shi gan
2007 Nəfəs Soom
2008 Röya 비몽 Bimong
2011 Arirang 아리랑 Arirang
Amin 아멘 Amen
2012 Piyeta 통증 Pieta

Rejissorluq xaricində çalışmaları

[redaktə | mənbəni redaktə et]