Ekumenik Kilsə Məclisləri

Vikipediya, azad ensiklopediya
(Kilsə məclisi səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Erkən xristianlıq
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian rahibliyi  • İsihazm

Ekumenik Kilsə Məclisləri - rasmi Xristian kilsəsi tərəfindən və onun adından adından çağrılan keşişlərin toplantılarıdır. Bu məclislərdə dini əqidə ilə bağlı yaranan problemlər həll olunurdu. Ekumenik kilsə məclislərindən yalnız ilk yeddisi həm Ortodoks (Pravoslav), həm də Katolik kilsələri tərəfindən qəbul olunmaqdadır.

I Ekumenik (I Nikeya) Kilsə Məclisi (325-ci il)

[redaktə | mənbəni redaktə et]

Roma imperatoru I Konstantin tərəfindən Nikeya şəhərində çağırılmışdır. Bu məclisdə xristian imanının simvolu [1]. tərtib edildi. Burada Roma, İsgəndəriyyə, AntakiyaQüds yepiskoplarının Kilsə üzərində xüsusi səlahiyyətləri təsdiq edildi. Daha sonra bu məclisdə presviter Ariusun təlimi pislənib, rədd edildi. Belə ki, Arius hesab edirdi ki, Tanrının oğlu (İsa) Atanın ən yüksək məxluqudur və Ondan fərqli mahiyyətə malikdir. Onun fikrincə, İsa mahiyyətinə görə deyil, yalnız oğulluğa götürüldüyünə görə Tanrının oğlu adlandırılmalıdır. Bu fikri rədd edən məclisə yığışmış 318 yepiskop isə, Atanın oğul ilə mahiyyətcə eyni olması fikrini dəstəklədilər və bundan sonra bu inanc rəsmi Xristian doktrinasına çevrildi. Ariusun ardıcıllarını arianlar adlandırırlar.

I Nikeya ekumenik məclisi. Roma. Sikstin kapellası

II Ekumenik (I Konstantinopolis) Kilsə Məclisi (381-ci il)

[redaktə | mənbəni redaktə et]

Burada Ata-Oğul cütlüyünə Müqəddəs Ruhu da əlavə etməklə, onların substansional[2] vahidliyini elan edərək, Trinitar (Üçlük) inancın formalaşması başa çatdırıldı. Burada imperiyanın şərqindən olan 150 yepiskop iman simvoluna da əlavələr etdilər. İmperator Feodosius tərəfindən çağrılan bu məclis əsasən arianlığı pisləmək üçün çağrılmışdı. Belə ki, bu məclisdə Müqəddəs Ruhun ilahililiyini inkar edən qrupların fikirləri də rədd edildi. Onların fikrincə Müqəddəs Ruh Oğul tərəfindən yaradılmışdır. Bu məclisdə həmçinin Konstantinopol yepiskopunun statusu Roma yepiskopundan sonra nüfuzuna görə ikinci dərəcəli hesab oluması haqqında qərar qəbul edildi.

III Ekumenik (I Efes) Kilsə Məclisi (431-ci il)

[redaktə | mənbəni redaktə et]

III Ekumenik (I Efes) Kilsə Məclisində (431-ci il) İsanın mahiyyəti haqqında mübahisələr (xristiologiya) tarixinə qədəm qoyuldu. Məsələ burasında idi ki, Konstantinopolis yepiskopu Nestorius hesab edirdi ki, Məryəm adlı bir qadın İsanı doğmuşdur. Sonra isə Tanrı onunla birləşib, onun içində yaşamışdır. Deməli, Nestoriusun təliminə görə, İsada olan İlahi və insani təbiət bir-birindən ayrıdır. Məclisə toplaşmış 200 yekiskop Nestoriusun təlimini rədd edərək, həm İlahi, həm də insani təbiətin bir şəxsdə (İsada) mövcud olması, başqa sözlə desək, İsada

İlahilik və insaniliyin vahid hipostasis təşkil etməsi qənaətinə gəldilər.

IV Ekumenik (Kalkedon) Kilsə Məclisi (451-ci il)

[redaktə | mənbəni redaktə et]

451-ci ildə IV Ekumenik (Kalkedon) Kilsə Məclisi Konstantinopolis arximandriti Evtixiosun təlimini rədd etmək üçün yığışdı. Belə ki, Evtixios Nestoriusun təlimini inkar edərək, onun əksi olan başqa bir ifrat fikir irəli sürürdü. Evtixiosa görə, İlahi və insani təbiət İsada tam olaraq bir-birinə qovuşmuşdur. Amma bu zaman İsadakı İlahi təbiət insani təbiəti üstələyir. Evtixiosun təlimi monofizitlik adlandırıldı. Məclisə yığışan 630 yepiskop monofizitliyi rədd edərək qərara gəldilər ki, İsada olan iki təbiət bir-biri ilə “qovuşmayaraq və mahiyyəti dəyişməyərək” (Evtixiosun əleyhinə), “bir-birindən ayrılmaq şərti ilə” (Nestoriusa qarşı) birləşmişdirlər

V Ekumenik Kilsə (II Konstantinopolis) Məclisi

[redaktə | mənbəni redaktə et]

553-cü ildə isə imperator I Yustian tərəfindən V Ekumenik Kilsə (II Konstantinopolis) Məclisi çağırıldı. Buna səbəb elə monofizitlərin üsyanı oldu. Belə ki, monofizitlər Kalkedon məclisinin tərəfdarlarını nestorianlığa gizli meyllərdə ittiham edirdilər. Bunu sübut etmək üçün onlar üç Suriya yepiskonun TeodorusunTeodoretin əsərlərinə istinad edirdilər. Məclis iştirakçıları monofizitlərin ortodoksal kilsəyə birləşmələri prosesini gücləndirmək üçün bu yekiskopların fikirlərini rəsmi olaraq rədd etdilər. Bundan əlavə burada Origenusun təlimi də rədd edildi.

I Konstantinopol ekumenik kilsə məclisi

VI Ekumenik (III Konstantinopolis) Kilsə Məclisləri (680-681; 692-ci illər)

[redaktə | mənbəni redaktə et]

Növbəti VI Ekumenik (III Konstantinopolis) Kilsə Məclisləri (680-681; 692-ci illərdə) yenə də monofizitlərin təlimini rədd etmək üçün yığıldı. Monofizitlərin İsada iki təbiətin olduğunu qəbul etmələrinə baxmayaraq, onların vahid İlahi iradədə birləşməsini iddia edirdilər. Bu fikrə qarşı çıxan 170 yekiskop İsanın Tanrı kimi və insan kimi iki iradəsinin olduğunu iddia etdilər. Onların fikrincə, İsanın insani təbiəti İlahi iradə ilə ziddiyyət təşkil etmir, əksinə, insani təbiət İlahi iradəyə tabedir. Beləliklə də İsa haqqında olan ortodoksal baxış tamamlanmış oldu. Bu tamamlanmış təlimi isə, on bir ildən sonra bu məclisin davamı olan Trull Kilsə Məclisi təsdiq etmiş oldu.

VII Ekumenik (II Nikeya) Kilsə Məclisi

[redaktə | mənbəni redaktə et]

VII Ekumenik (II Nikeya) Kilsə Məclisi 787-ci ildə imperatriça İrena (Eirene) tərəfindən ikonalara qarşı çıxış edənlərə cavab vermək üçün çağırıldı. Belə ki, bu məclisdə ikonaların mahiyyəti açıqlanmış və onlara qarşı çıxış etmək küfr elan edilmişdir.

Katoliklər bu kilsə məclislərindən sonra da kilsə məclisləri çağırmışdırlar. Belə məclislərin sayı 21-ə çatmışdır. Şərq kilsələri (məs. erməni, kopt, efiop kilsələri) birinci üç məclisin qərarını qəbul edir IV (Kalkedon) məclisinin qərarlarını rədd edirlər. Protestantlar isə kilsələri məclislərinin qərarlarını qəbul etmir.

  1. Dini təlimin əsasını təşkil edən qısa ehkamlar toplusudur
  2. Substansiya (latınca “substantia”) – hər bir şeyin əsası və mahiyyətidir.