Kilsə
Erkən Dövr
Tarix və Ənənələr
Məzhəblər və Hərəkatlar
Əsas mövzular
|
Kilsə — Xristianlığın ibadətlərinin və digər bəzi dini vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ictimai bina, məbəd.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Din ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
•Xristian kilsəsinin parçalanması.
Avropa xristianlarının şərq-müsəlmanölkələrinə qarşı apardıqları Səlib yürüşləri dünya tarixində böyük təsir gücünə,mühüm nəticələrəsəbəb olmuşdur. Xristian-katolik kilsəsinin başçılığı altında aparılan bu yürüşlər amansızlıq və qəddarlığı ilə yadda qalmışdı. IV əsrdə Roma imperiyasının parçalanması ilə xristian kilsəsi də bölündü. Qərbi Avropada xristian kilsəsinin başçısı Roma papası, Şərq (Bizans) kilsəsində isə Patriarx sayılırdı.Qərbi Roma imperiyasının xarabalıqları üzərində öz dövlətlərini quran Avropanın "barbar" başçılığı xristianlığı qəbul edərək bu hakimiyyətin İsa Peyğambər tərəfindən onlara verildiyini iddia etməyə başladılar. Bütün bunlar Qərbi Avropada xristian dinini möhkəmləndirdi. Papa və Patriarx arasında xristianların vahid lideri olmaq üstündə mübarizə 1054-cü ildə xristian dini və kilsəsinin rəsmi olaraq bölünməsi ilə nəticələndi. Qərb kilsəsi katolik (ümumdünya), Şərq isə pravoslav (həqiqi din) kilsəsi adlandı. 1091-ci ildə peçeneqlər Konstantinopola hücum edəndə Bizans imperatoru kömək üçün Roma papasına müraciət etdi. Papa bu yardım tələbindən xristian dünyasını səfərbər etmək üçün bəhanə kimi istifadə etdi.
Katolik kilsəsinin sərvəti.
Qərbi Avropada feodal dağınıqlığı dövründə vahid, mərkəzləşmiş qaydada idarə olunan yeganə təşkilat katolik kilsəsi idi. Roma şəhəri və ətrafındakı ərazilər Papa vilayəti adlanırdı. Bu ərazini papa öz mülkiyyəti kimi idarə edirdi. Katolik kilsəsi həmçinin ən iri torpaq sahibinə çevrilmişdi. Avropada becərilən torpaqların 1/3 hissəsi kilsəyə məxsus idi. Bütün Qərbi Avropa əhalisi kilsəyə onda bir vergisi ödəyirdi. Hər bir xristian dini mərasimlər üçün (xaç suyuna salınma, kəbin və s.) kiləsəyə pul ödəməli, saysız-hesabsız xristian müqəddəslərinin şərəfinə keçirilən bayramlara öz gəlirindən pay ayırmalı idi. Papalar özlərini tanrının yer üzərində canişini elan edib istənilən şəxsi bağışlamaq hüququna malik sayaraq indulgensiya-"cənnət qəbzləri" satışını həyata keçirirdilər. Toplanan sərvətlərin çoxu Romaya göndərilirdi. Papa Avropada ən varlı şəxs idi. Bir sıra dövlətlərin kralları papadan borc alırdılar. Katolik kilsəsinin sərvət yoplamaqda, israfçılıqda, xalqı aldatmaqda tənqid edənlər kilsə tərəfindən təqib olunurdu. Onlar bidətçi, yəni dinindən dönən adlandırılırdı. Bidətçilər inkvizisiyaya-kilsə məhkəməsinə verilir, əmlakları kilsənin xeyrinə müsadirə edilirdi. Papalar Qədim Avropa üzərində siyasi hakimiyətə sahib olmaq uğrunda Almaniya imperatorları ilə nübərizə aparırdılar. Papaların nüfuzu o qədər artmışdı ki, İngiltərə, Polşa və Danimarka kralları özlərini papanın vassalı hesab edirdilər.