39°53′42″ şm. e. 44°36′45″ ş. u.HGYO

Kiçik Vedi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Kiçik Vedi
39°53′42″ şm. e. 44°36′45″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Vedibasar mahalı
Rayon Vedi rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831
Sahəsi
  • 26,25 km²
Mərkəzin hündürlüyü 820 m
Saat qurşağı UTC 4
Əhalisi
Əhalisi
  • 3.091 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Kiçik Vedi xəritədə
Kiçik Vedi
Kiçik Vedi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kiçik Vediİrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[2]

Rayon mərkəzindən 15 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.

Toponim fərqləndirici əlamət bildirən "kiçik" sözü ilə ərəb dilində "çöl, səhra", "məkan, yer" mənasında işlənən "vadi" sözünün[5] birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Kəndin adı erməni dilinə kalka edilərək Pokr Vedi (Pokr kiçik deməkdir) formasında rəsmiləşdirilmişdir.

Kənddə 1831-ci ildə 166 nəfər, 1873-cü ildə 639 nəfər, 1886-cı ildə 599 nəfər, 1897-ci ildə 971 nəfər, 1904-cü ildə 960 nəfər, 1914-cü ildə 1056 nəfər, 1916-cı ildə 1034 nəfər azərbaycanlı yaşamışdır[6].

1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuş, 1918–1919-cu illərdə Türkiyənin Şadax, Bolu və Moks vilayətlərindən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 286 nəfər azərbaycanlı, 193 erməni, 1926-cı ildə 256 nəfər azərbaycanlı, 256 erməni, 15 kürd, 1931-ci ildə 373 nəfər azərbaycanlı, 295 nəfər erməni yaşamışdır[6].

Azərbaycanlılar mərhələ-mərhələ, 1948–1953-cü illərdə, 1988-ci ilin noyabr ayında tarixi-etnik vətənlərindən qovulmuşdur. İndi burada yalnız ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.51
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П. Казловского, 1913. s.50
  5. Ərəb və fars sözləri lüğəti, Bakı, Azərb. SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.83
  6. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.88–89, 156–157