Kiçik Britaniya (teleserial, 2003)
Kiçik Britaniya | |
---|---|
ing. Little Britain | |
Janr |
komediya Sitkom |
Prodüser | Adam Tendi |
Yaradıcısı |
Mett Lukas Devid Uollyams |
Rollarda |
Devid Uollyams Mett Lukas Entoni Hed Pol Patner Stiv Först Çaru Bala Çokşi Coann Kondon Rut Cons |
Yaş reytinqi | 16 |
Bəstəkar | |
İstehsalçı ölkə |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
İl | 16 sentyabr 2003-31 dekabr 2006 |
Studiya | BBC |
Dil | ingilis dili |
Növü | bədii serial |
Rəng | rəngli |
Seriya sayı | 25 |
Seriya vaxtı | 30 dəqiqə (təxminən) |
Davametmə müddəti | bitib |
Telekanal | BBC |
IMDb | ID0358856 |
bbc.co.uk/comedy/littleb… | |
Vikianbarda əlaqəli mediafayllar |
"Kiçik Britaniya" (ing. Little Britain) — BBC telekanalında yayımlanan satirik skeç-komediya janrında Böyük Britaniya teleserialı[1]. Mett Lukas və Devid Uillyams komiklərin birgə rolu üzərində çəkilmişdir. Şounun adı "Böyük Britaniya" sözünün allyuziyasıdır. Serialın skeçləri "Britaniyada yaşayan adamlar" haqqında rəvayət şəklində tərtib edilmişdi. Serialın davamı olan Little Britain USA 2008-ci ildə efirə buraxılmışdı. Serial ABŞ-nin HBO, Kanadanın HBO Canada, Böyük Britaniyanın BBC One və Avstraliyanın Network Ten telekanallarında nümayiş olunmuşdu.
Tarix
[redaktə | mənbəni redaktə et]Radio şou
[redaktə | mənbəni redaktə et]Kiçik Britaniya əvvəlcə BBC Radio 4-də radio şousu kimi nümayiş edilirdi və Edvard Flinn tərəfindən istehsal olunmuşdu. Radio 4 2004-cü ilin fevralında bütün 9 seriyanın təkrar nümayişinə başladı (lakin vaxt intervalına sığışmaq məqsədilə, seriallar bir az redaktə olunmuşdular).
Teleseriallar
[redaktə | mənbəni redaktə et]- Birinci mövsüm, 2003
Birinci teleserial 2003-cü ilin fevral ayında BBC rəqəmsal telekanalında nümayiş olunmuşdu. Şou izləyicilər arasında böyük marağa səbəb olmuşdu, məhz buna görə də serial həmçinin BBC Two telekanalında da nümayiş edilmişdi. Tənqidçilər seriala müsbət rəy vermişdi.
- İkinci mövsüm, 2004
Serialın 2-ci mövsümü yeni qəhrəmanlar ilə 19 oktyabr 2004-cü ildə BBC Three telekanalında nümayiş edilmişdi. Serial seyircilər arasında populyarlaşaraq 3 dekabr 2004-cü ildən BBC One kanalında göstərilmişdi. Auditoriyanın serialı daha rahat izləməsi məqsədilə, teleserialın bir sıra seriyaları redaktə edilmişdi.
- Üçüncü mövsüm, 2005
Serialın 3-cü mövsümü 17 noyabr 2005-ci ildə BBC One telekanalında göstərilmişdi. Serial altə həftə davam etmişdi. Lukas və Uillyamsın müsahibə zamanı verdiyi məlumatlara əsasən, onlar 4-cü mövsümdə çəkilişləri daha maraqlı etmək üçün, bir sıra qəhrəmanları "öldürməyə" məcbur oldular və bu səbəbdən də 4-cü mövsüm üçün yeni personajların daxil edilməsinə heç bir maneə qalmadı.
- Little Britain Abroad, 2006
2006-cı ildə, Milad adlı 2 hissədən ibarət serialın çəkilişlərinə start verilmişdi. Əvvəlki serialarda çəkilən qəhrəmanların bu şouda digər ölkələrə səyahət etmələri nümayiş olunmuşdu.
Little Britain USA
[redaktə | mənbəni redaktə et]2007-ci ildə, Mett Lukas və Devid Uillyams yeni Little Britain adlı serialın çəkilişi haqqda məlumat yaymışdılar, lakin şounun adını dəyişərək Little Britain USA qoymuşdular, bu da serialda həm britaniyalı, həm də amerikalı personajların iştirak etməsi səbəbdəndir[2] Devid Uillyamsın sözlərinə görə, Little Britain USA Kiçik Britaniyanın effektiv davamıdır.[3] Şou HBO telekanalında hər bazar günü saat 10:30-da nümayiş olunurdu. Serial həmçinin 2010-cu ilin yanvar ayından Kanadanın The Comedy Network kanalında göstərilməyə başlamışdı.
Mənimlə birgə uç
[redaktə | mənbəni redaktə et]Mett Lukas və Devid Uillyams komiklərin birgə rolu üzərində 25 dekabr 2010-cu ildə yeni "Mənimlə birgə uç" (ing. Come Fly with me) adlı skeç-komediya janrında teleserialın çəkilişlərinə başlamışdılar[4]. Serialın premyerası 25 dekabr 2010-cu ildə baş tutmuşdu.
Əsas personajlar
[redaktə | mənbəni redaktə et]Lu Todd və Endi Pipkin
[redaktə | mənbəni redaktə et]1-ci mövsümdən 3-cü mövsümə kimi
Sitat: "Hə, mən bilirəm!", "Mən bunu istəyirəm!"
Endryu yalandan özünü xəstə göstərərək, ayaqlarının paraliçə və ağıl kəmliyinə tutulduğunu simulyasiya edir və utanmazcasına ona xeyirxahlıqla qulluq edən dostu Lui Toddu istifadə edir. Geglərin bir çoxunu, Lui çevrilərkən həyata keçirir (ağaca dırmanma, akvariumda üzmə). Endryu həmçinin tez-tez öz mövqeyini və istəklərini dəyişir (məsələn epizodların birində, o Luinin Floridaya istirahətə getmək təklifini rədd edərək, Helsinki şəhərinə getmək istədiyini deyir. Lakin təyyarə artıq havaya qalxan kimi, o artıq Floridaya getmək arzusunda olduğunu bildirir.) (Endi: Mett Lukas, Lu: Devid Uollyams)
Kerol Bir
[redaktə | mənbəni redaktə et]2-ci mövsümdən 3-cü mövsümə kimi
Sitat: "Kompüter deyir yox"
Kerol adında olan bu personaj, müştəriyə sonsuz laqeydliyi və nifrətini bildirən klerk qadını simvolizə edir. Bu qız harada işləsə - bankda, xəstəxanada və ya turoperator qismidə - o həmişə kompüterin "yox" dediyinə əsaslanaraq, müştərilərin xahişlərini rədd edir. Kerolda söhbətdən sonra, klientə olan nifrət hissi ilə əlaqədar olaraq rəfedilməz üzünə öskürmək arzusu yaradır. (Kerol: Devid Uollyams)
Ting Tong Makadangdang və Dadli Pant
[redaktə | mənbəni redaktə et]Auftreten: Staffel 3
Sitat: "Nə olaaar, Mistel Dadli!" (Ting Tong)
Dadli, tipik İngiltərədən olan, ortagəliri subay kişidir. Onun arzusu Tailanddan olan bir qadınla evlənməkdir. O özünə bir tai qızını sifariş edir, lakin ona gələn qız heçdə şəkildəki gözəl qız deyil, tai qızının adı Ting Tongdur, o Tailandın kiçik kəndi Tanangda anadan olub (əslində o Tong Ting adlı, əməliyyat yolu ilə cinsini dəyişmiş oğlandır). Ting Tong bütün gücü ilə mister Dadlinin evində qalmaq istəyir, buna görə o hər şeyə hazırdı. (Ting Tong: Mett Lukas, Dadli: Devid Uollyams)
Marcori Doues
[redaktə | mənbəni redaktə et]Marcori Doues (ing. Marjorie Dawes; Mett Lukas) - arıqlamaq istəyənlər üçün yaradılmış «Piy ilə mübarizə aparanlar» (ing. Fat Fighters) qrupunun lideridir. Marcorinin əsas mübarizə üsulu - qrupa gələn insanları lağa qoymaq, alçaldıcı hərəkətlərlə təhqir etməkdir. Marcori onları elə nifrət edir ki, öz hisslərini cilovlaya bilməyərək, onları "piyli donuz" adlandırır. Marcori həmçinin ingilis olmayan hamını lağa qoyur (xüsusən də qrupda iştirak edən hindli qadını, Marcori onun ingilis dilində cavablarını "heç cür anlamadığını", buna görə də xüsusi tərcüməçinin gərək olduğunu açıqlayır.) Başqalarını piyli adlandırmasına baxmayaraq, Marcori özü artıq çəkidən əziyyət çəkir. O həmçinin sevmədiyi insanları lesbiyan adlandırır; o ümumiyyətlə lesbiyanları sevmir. Serialın əsas antaqonistidir. (Marcori Doues: Mett Lukas)
Eddi (Emili) Hovard
[redaktə | mənbəni redaktə et]1-ci mövsümdən 3-cü mövsümə kimi
Sitat: "Mən Leeeeediyəm!", "Mən bir sıra qadın işləri ilə məşğul oluram ... mənim burada qadın olduğumu kimsə təsdiqləyə bilər?"
Eddi tipik britaniyalıdır. O transvestitdir və kişi olduğunu bütün gücü ilə təkzib edir. Bir az ekssentrik düşüncəyə malik olduğundan, o viktorian dövrünə aid qadın paltarları geyinərək küçə ilə gəzişməyi sevir. Seriaların çoxunda özünü «Florens» deyə çağıran, əsl adı isə Fred olan bığlı transvestit-dostu ilə görünür. Florens özünün bığları olduğunu inkar edir, Emili isə tez-tez absurd halla üzləşərək «Mən — lediyəm» ifadəsini təkrarlayır, bu da seyircilərdə yumor hissi yaradır. (Emili (Edvard): Devid Uollyams, Florens (Freddi): Mett Lukas)
Meggi Blekemoor və Cudi Payk
[redaktə | mənbəni redaktə et]2-ci mövsümdən 3-cü mövsümə kimi
Meggi və Cudi iki yaşlı və konservativ düşüncəli qadındır. Onlar əhalinin rifahı üçün çalışırlar. Meggi, Cudidən fərqli olaraq homoseksuallara, qaradərilərə, xaricilərə, yetimlərə, qısası: onun fikrincə standartlara cavab verməyən hər bir kəsə nifrəti var. Əsasən özünün bu nifrətinə görə də o tez-tez pis vəziyyətə düşür. Məsələn seriaların birində, Meggi təsadüfən qaradərilinin bişirdiyi şirniyyatı yeyir; bu şirniyyatın ağdərili tərəfindən edilmədiyini bilən Meggi konvulsiya içində ətrafdakıların hamısının üstünə qusur. Hətta onun "əsl ingilis" köpəyi də açıq-açığına digər ölkədən olan itlərə nifrət edir və onların üstünə qusur. (Meggi: Devid Uollyams, Cudi: Mett Lukas)
Doktor Lourens və Enn
[redaktə | mənbəni redaktə et]1-ci mövsümdən 3-cü mövsümə kimi
Sitat: "Eh-Eh-Eehhh!", "Olar mən Sizlə bir azdan zəngləşərəm, çünki bir az utancverici hal yaranır, ok? "Eh-Eh-Eehhh!"
Enn Stiven Spilberq adına Hospitalın pasienti və Dr. Lourensin klientidir. Dr. Lourens hospitala tez-tez təşrif buyuran inspektor Biqriyə, xəstəxananın "əsl demokratiya ocağı" olduğunu və Enn qismində xəstələrin çox yüksək səviyyədə müalicə olunduğunu sübut etməyə çalışır. Lakin Ennin dəli hərəkətləri Dr. Lourensin bütün planlarını alt-üst edir. (Enn: Devid Uollyams, Dr. Lourens: Mett Lukas, Dr. Biqri: Steve Furst)
Sebastian Lav və Baş nazir
[redaktə | mənbəni redaktə et]1-ci mövsümdən 3-cü mövsümə kimi
Sitat: "Baş naaazir!" (Sebastian)
Sebastian cavan homoseksual və yüksək təsir qüvvəsinə malik, Baş nazir Maykl Stivensin katibidir. O ilk gündən cənab Baş nazirə aşiq olub (baxmayaraq ki, Baş nazirin həyat yoldaşı var) və digər ölkələrdən gələn nümayəndələri və Parlament işçilərini ona qısqanaraq, onların hamısına "ləçər" deyir. Baş nazir homoseksual olmasa da, Sebastianın ona açıq sevgisini də rədd etmir. (Sebastian: Devid Uollyams, Michael: Entoni Hid)
Kenni Kreyq
[redaktə | mənbəni redaktə et]1-ci mövsümdən 2-ci mövsümə kimi
Sitat: "Bax mənim gözlərimə, gözlərimin içinə bax, dayanmadan bax gözlərimə, barmaqlarını tərpətmə! Sən transdasan...", "3-2-1 sən yenə Yerdəsən!"
Kenni hipnozla məşğul olur. Ümumiyyətlə o hansı bir vəziyyətdə olmasından asılı olmayaraq, tez-tez öz peşəsi ilə - yəni insanları hipnoz etməklə məşğuldur. Lakin onun hipnozu yalnız onun maraqlarını güdmək üçündür. Məsələn, hospitalda anasına baş çəkərkən, o "söz tapmaq" oyununu oynamağa məcbur olur. Çox söz ehtiyatına malik olmadığından, Kenni yeni sözlər fikirləşir. Bu sözün "real" olduğunu təsbit etmək üçün isə o anasını hipnoz edir. Başqa bir epizodda, Kenni yeni tanış olduğu rəfiqəsi ilə restorana şam yeməyi yeməyə gedir. Rəfiqəsinin həddindən artıq bahalı sifarişlər verəcəyindən qorxan Kenni onu hipnoz edərək, fiksasiya edilmiş menyu sifariş etməsini təlqin edir. (Kenni Kreyq: Mett Lukas)
Rey Makkuni
[redaktə | mənbəni redaktə et]1-ci mövsüm
Sitat: "Həəəəə", "Olabilər hə, Olabilər yox!"
Şotlandiyada yerləşən kiçik özəl bir otelin sahibi Rey, klientlərlə səhərdən axşama kimi danışmağı və pikkolo-fleytasında çalaraq müxtəlif bulmacalar verməyi çox sevir. (Rey Makkuni: Devid Uollyams)
Daffid Tomas
[redaktə | mənbəni redaktə et]1-ci mövsümdən 3-cü mövsümə kimi
Sitat: "Mən kənddə yeganə mavi oğlanam!", "Bir Bacardi Cola, Myfanwy"
Uelsin kiçik mədənçilər şəhəri Llanddewi Brefi'də yaşayan 25 yaşlı gənc oğlan Daffid başqalarının diqqətini cəlb etməyə çalışır. O özünü kənddə yeganə homoseksual olduğunu elan edir (əslində kəndə geylər onun düşündüyündən daha çoxdur). Daffid Gay Times jurnalını oxumağı, inanılmaz dərəcədə dar paltarlar qeyinməyi çox sevir. (Daffid: Mett Lukas, Myfanwy: Rut Cons) Əslində Daffid açıq homofobdur və özünü mavi olaraq ətrafdakılara göstərməsi, sadəcə bir reklamdır. Kənddə yaşayan insanların onu dəstəkləməyəcəyini görən Daffid, İspaniyadan olan bir qızla evlənməyi qərara alır, kənd kişilərini isə homofob adlandırır[5].
Viki "Viktoria" Pollard
[redaktə | mənbəni redaktə et]1-ci mövsümdən 3-cü mövsümə kimi
Sitat: "Amma hə, amma yox, amma hə, amma yox", "Ay allaaah, mən inana bilmirəm ki, sən bunu mənə indi deyirsən! Kəs səsini!" Mən məgər yenə gunahkaram ki?.
Viki Britaniyalı yeniyetmə qopnik qızdır. O 1989-cu ildə Bristol şəhərində anadan olub[6]. Vikinin tam adı mövsüm boyunca fərqli idi. Belə ki, ilk mövsümdə onun tam adı Viktoria Titania Pollard, sonraki mövsümlərdə isə, artıq Viktoria Henrietta Pollard kimi səslənirdi. O ətrafdaki sahələri patrul edir, onun yaxınlıqda yaşayan bütün oğlanlardan uşağı var (yəni ümumilikdə onun 12-ə yaxın uşağı var), o heç özünün nə vaxt və kimdən hamilə olduğunu belə bilmir və ona bir sual verdikdə, yüksək sürətlə təmamilə başqa bir şeyi, ağlına qələn bütün qeybətləri danışır. Məktəbdə digər qızlarla tez-tez dava edərək, onları lesbiyan adlandırır. (Viki: Mett Lukas)
Yen və Yen
[redaktə | mənbəni redaktə et]1-ci mövsüm
Birinci mövsüm boyu, hər serialın sonunda peyda olan 2 personaj. Onlar dünyada mövcud bütün rekordları vurub keçmək arzusundadırlar. Lakin bu arzunu yerinə yetirmək heç cür alınmır, bina bəzi səbəblər mane olur. Məsələn:
- "Noxud içərisində üzmək", lakin onların yalnız bir noxud bankası var.
- "Soyutma yumurta", Yen qabda olan bütün yumurtaları yeyərək dünya rekordu vurmağa hazırlaşır. Amma digər Yen saniyəölçəni səhv qoşduğundan, bu nəticə nəzərə alınmır.
- "Kütləvi siqaret çəkmə", Yan ağzını siqaretlə doldurur, buna baxmayaraq onun alışqanı yoxdur.
- "Dünyanın ən kiçik qarışqası" - lakin o elə kiçik idi ki, Yen onu itirdi.
- "Dünyanın ən böyük adamı", əslində bu normal boylu bir insandır, sadəcə olaraq başında həddindən böyük papaq geyinib.
- "Dünyanın ən böyük paşteti", bu paştet həqiqətən də çox böyükdür, elə bu ölçülərinə görə də o standart sobaya yerləşmir.
- "Ən böyük kart evi", Dünyanın ən böyük kart evi sadəcə olaraq yapışqanla bərkidilmişdi.
Yen: Mett Lukas, Yen: Devid Uollyams
Rollar
[redaktə | mənbəni redaktə et]Kiçik Britaniya sketç serialında müxtəlif dərəcəli fərqli obraz, kostyum və makiyaj istifadə olunan çox sayda personajı Mett Lukas və Devid Uollyams şounun demək olar ki bütün rollarını birgə oynayırlar. Tom Beyker, Pol Patner, Steve Furst, Salli Rocers, David Foxxe, Samanta Pauer, Yuki Kuşida, və Stirling Gallacher-də müntəzəm olaraq bir sıra rollarda çıxış edirlər.
Beynəlxalq yayım
[redaktə | mənbəni redaktə et]Ölkə / Bölgə | Telekanal | Efir | Qeydlər | Mənbələr | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}} |
Orjinal telekanallar: BBC Three BBC One Təkrar: Dave Gold Watch |
4 Dekabr 2003 – bu günə kimi 7 May 2009 – bu günə kimi 17 Noyabr 2005 – 30 Dekabr 2006 |
[7][8] | |
ABŞ | BBC America | ||||||||||||||||||
Argentina | I-Sat | ||||||||||||||||||
Kanada | BBC Canada | 3 Mart 2005 – bu günə kimi | Kiçik Britaniya hər Cümə günü, saat 8-dən & 8:30-a kimi BBC Canada telekanalında yayımlanır. | [9][10] | |||||||||||||||
Bermud adaları | BBC America | BBC America Bermud adalarında yayımlana bilir | |||||||||||||||||
Avstraliya | UKTV | Kiçik Britaniya hər Bazar ertəsi saat 10:35 UKTV telekanalında yayımlanır. | [11] | ||||||||||||||||
Avstraliya | I-Sat | ||||||||||||||||||
Almaniya | Comedy Central Germany | 2008-ci ildən bu günə kimi | |||||||||||||||||
Hindistan | Comedy Central India | 2012 | |||||||||||||||||
Meksika | I-sat | ||||||||||||||||||
Yeni Zelandiya | UKTV | Kiçik Britaniya hər Bazar, saat 3:45 və Cümə günləri saat 8:30-da UKTV telekanalında yayımlanır. | [11] | ||||||||||||||||
Rusiya | MTV Russia 21 Весёлое ТВ Настоящее смешное телевидение Комедия ТВ |
Sentyabr–Oktyabr 2009 2012 |
"Литтл Британ" "Маленькая Британия" |
[12] [13] | |||||||||||||||
İspaniya | 3XL | Canal 1 | Kiçik Britaniya hər Bazar ertəsi və Çərşənbə axşamı, saat 12:05-da 3XL telekanalında yayımlanır. | [14] | ||||||||||||||||
Fransa | Canal Plus | Kiçik Britaniya Canal Plus-da, həftəiçi hər gün. | |||||||||||||||||
Niderland | VPRO | Kiçik Britaniya VPRO və Humor TV-də 2007ci ildən bu günə kimi, həftəiçi hər gün yayımlanır. | [15] | ||||||||||||||||
Belçika | Canvas | Kiçik Britaniya Canvas-da həftəiçi hər gün nümayiş olunur. | [16] | ||||||||||||||||
Portuqaliya | RTP 2 | Kiçik Britaniya hər bazar günü gecə saatlarında nümayiş olunur. | |||||||||||||||||
Serbiya | IQS Life | 2012 | Kiçik Britaniya IQS.Life-da həftəiçi hər gün nümayiş olunur. |
Epizodlar
[redaktə | mənbəni redaktə et]Seriallar/Xüsusi seriallar | Epizodlar | Orjinal yayım | CD reliz tarixi | ||
---|---|---|---|---|---|
Premyera | Final | ||||
Radio Pilot | 1 | 3 avqust 2000 | n/a | 6 sentyabr 2004 [17] | |
Radio Series 1 | 4 | 6 mart 2001 | 27 mart 2001 | 6 sentyabr 2004 [17] | |
Radio Series 2 | 4 | 12 fevral 2002 | 5 mart 2002 | 4 oktyabr 2004 [18] |
Seriallar/Xüsusi seriallar | Epizodlar | Orjinal yayım | DVD reliz tarixi | ||||
---|---|---|---|---|---|---|---|
Premyera | Final | Region 1 | Region 2 | Region 4 | |||
TV Pilot | 1 | 9 fevral 2003 | n/a | 16 avqust 2005 [19] | Oktyabr 2004 [20] | 10 oktyabr 2004[21] | |
TV Series 1 | 8 | 16 sentyabr 2003 | 4 noyabr 2003 | 16 avqust 2005 [19] | 11 oktyabr 2004 [20] | 10 oktyabr 2004[21] | |
TV Series 2 | 6 | 19 oktyabr 2004 | 23 noyabr 2004 | 23 may 2006 [22] | 10 Oktyabr 2005 [20] | 3 Noyabr 2005 [23] | |
Special (2005) | 1 | 11 mart 2005 | n/a | n/a | 12 mart 2005 | n/a | |
TV Series 3 | 6 | 17 noyabr 2005 | 24 dekabr 2005 | 14 noyabr 2006[24] | 11 sentyabr 2006 [20] | 5 oktyabr 2006 [25] | |
Little Britain Abroad | 2 | 25 dekabr 2006 | 1 yanvar 2007 | 20 noyabr 2007[26] | Noyabr 2007 [20] | 7 noyabr 2007 [27] | |
Special (2007) | 1 | 11 mart 2007 | n/a | n/a | 13 mart 2007 | n/a | |
Little Britain USA | 6 | 28 sentyabr 2008 | 2 noyabr 2008 | 13 yanvar 2009 [28] | 24 noyabr 2008 [20] | Unknown | |
Special (2009) | 1 | 11 mart 2009 | n/a | n/a | n/a | n/a |
Tənqidçilərin mövqeyi
[redaktə | mənbəni redaktə et]Ümumilikdə Kiçik Britaniya Şousuna kinotənqidçilər yalnız əsasən 2-ci və 3-cü mövsümlərdə nümayiş edilən və azlıqlara ünvanlanan isteza dolu sketçlərə mənfi rəy verdilər. Məsələn, Yohann Hari yazırdı:
Kiçik Britaniya 2 varlı balaca uşağın Böyük Britaniyada yaşayan kasıb təbəqə insanları lağ etməklə daha da varlanmağa imkan yaratdı. Onlar qabağına bir məqsəd qoyaraq, ələ salmağa daha rahat olan insanları - əlil, yoxsul, yaşlı, gey və kökləri lağ edirdilər. Onlar bir nəfəsə illərlə sataşma əleyhinə yaradılan bir qanunu heçə endirdilər.
Orijinal mətn (ing.)Little Britain has been a vehicle for two rich kids to make themselves into multi-millionaires by mocking the weakest people in Britain. Their targets are almost invariably the easiest, cheapest groups to mock: the disabled, poor, elderly, gay or fat. In one fell swoop, they have demolished protections against mocking the weak that took decades to build up.[29]
Daha ətraflı həmçinin Förqus Şeppard (ing. Fergus Sheppard) The Scotsman'da yazmışdı:
BBC telekanalında yayımlanan və artıq hitə çevrilmiş «Little Britain» komediya serialı rekord sayda seyircini birləşdirə bilər, lakin o eyni zamanda da inanılmaz tənqidlə də üzləşərək, şounun artıq itirildiyini görmək olar. Bunu da seyircidə ucuz gülüş yaratmaq məqsədilə "tualet" yumorun daha da təhqiredici formasının istifadəsi ilə anlatmaq olar
Orijinal mətn (ing.)The latest series of the hit BBC comedy Little Britain may be hauling in record viewing figures, but it has also sparked a previously unthinkable chorus of criticism, with claims that the show has lost its way, trading early ingenuity for swelling amounts of toilet humour in the search for cheap laughs, and becoming increasingly offensive.[30]
Proqram gecə saatlarında verilməsinə baxmayaraq, azyaşlı uşaqlar arasında çox populyarlaşmışdı. Elə bu səbəbdən serial həm də müəllimlər tərəfindən tənqid edilərək, onun uşaq meydançalarından başlayaraq məktəblilərin öz davranışlarını dəyişməyə məcbur etdiyini söyləmişdilər[31]. Sketçlərin bir çoxu bir-birinə bənzədiyindən və faktiki olaraq eyni süjet altında getdiyindən, seyircilər Little Britain USA serialını da tənqid etmişdirlər.
Little Britain Productions
[redaktə | mənbəni redaktə et]Little Britain Productions 2006-cı ildən təsis olunmuş televiziya istehsal şirkətidir.[32] Little Britain Productions əsasən komediya və sənədli film istehsal edir.
Little Britain Productions | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | özəl şirkət |
Məhsulu | Serial |
Təsis tarixi | 13 sentyabr 2006-cı il[32] |
Baş qərargahın yeri |
London, {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | ▼ UK £36,885 (2011)[32][33] |
Xalis mənfəəti | ▼ UK £38,986 (2011) |
Little Britain Productions | |
Vikianbarda əlaqəli mediafayllar |
Little Britain Productions şirkətinin proqram siyahısı
[redaktə | mənbəni redaktə et]Teleseriallar
[redaktə | mənbəni redaktə et]- Little Britain (2003 - 2006)
- Little Britain Live (2006)
- Little Britain Down Under (2007)
- Comic Relief Does Little Britain Live (2007)
- Little Britain USA (2008 -)
- Come Fly with Me (2010) (BBC telekanalı ilə birgə)
- The One Ronnie (2010)
- The One... (2010 - 2012)
Spin-off və merçandayzinq
[redaktə | mənbəni redaktə et]- Mett Lukasın oynadığı Daffid Tomas personajın "Kiçik Britaniya" teleşousunun finalında oxuduğu "I'm Gay" adlı mahnı seyircilər tərəfindən elə sevilmişdir ki, o ayrıca CD formatda Avstraliyada satışa buraxılmışdı[34].
- Endi Pipkin və Brayan Potter personajlarını oynayan Mett Lukas və Piter Key xeyriyyə məqsədilə birgə olaraq "I'm Gonna Be (500 Miles)" adlı mahnını satışa buraxmışdılar.
- Rusiyada uzun müddət nümayiş olunan Nasha Russia komediya teleseriyalı məhz Kiçik Britaniyadan ilham almışdı[35][36].
- 2010-cu ildə serialın çəkilişlərinə Lu və Endi, Viki Pollard, Emili Hovard və Babl DeVir kimi personajları yenidən qaytarmağa qərara alındı.[37]
Videooyunlar
[redaktə | mənbəni redaktə et]Little Britain: The Video Game oyunu PC, PS2 və PSP platformaları üçün mövcuddur. PC versiyası üçün oyunun variasiya variantı mövcuddur, oyunun adı isə Little Britain: The Computer Game adlanır. PSP versiya PC & PS2 platformalarından çox fərqlənir; yeni versiyada multipleer və WLAN PSP funksiyaları mövcuddur.
- Little Britain: The Video Game: PC, PSP və PlayStation 2
- Little Britain: Top Trumps: Winning Moves, 2005
- Little Britain: 500 Piece Jigsaw: Ravensburger, 2007
- Little Britain: The Game: DVD oyun
Danışan oyuncaqlar / Breloklar
[redaktə | mənbəni redaktə et]Personaj | Danışan kukla | Brelok | Səs & İşıqverən brelok |
---|---|---|---|
Marcori Dous | |||
Bubble DeVere & Desiree DeVere | |||
Emili Hovard | |||
Sebastian Lav | |||
Viki Pollard | |||
Daffid Tomas | |||
Lou Todd və Endi Pipkin |
Əlavə məlumatlar
[redaktə | mənbəni redaktə et]- Mett Lukas və Devid Uollyams britaniyalı Pet Shop Boys pop-qrupunun I’m with Stupid sinqlı üçün çəkilmiş videoda baş qəhrəmanlar idilər. Mahnı 2006-cı ildə efirə buraxılmışdı və keçmiş ABŞ Prezidenti Corc Buşun mübahisəli intellektual qabiliyyətindən və onun Britaniyalı Baş nazir Toni Blerə olan dostluq əlaqələrindən bəhs edirdi.
Kitablar
[redaktə | mənbəni redaktə et]- Little Britain: The Complete Scripts and Stuff: Series One: 2004: HarperCollins: ISBN 0-00-719302-5
- Little Britain: The Complete Scripts and Stuff: Series Two: 2005: HarperCollins: ISBN 0-00-719872-8
- Little Britain: The Complete Scripts and Stuff: Series Three: 2006: HarperCollins: ISBN 0-00-721365-4
- Inside Little Britain [Hardback]: Ebury: 2006: ISBN 0-09-191231-8
- Reading Little Britain: IB Taurus: 2006: ISBN 978-1-84511-939-3
- Little Britain: The Official Diary: Danilo: 2006: ISBN 978-1-84335-771-1
- Little Britain: Yeah, But, No, But: The Biography: John Blake: 2006: ISBN 1-84454-258-0
- Inside Little Britain [Paperback]: Ebury: 2007: ISBN 0-09-765423-8
Audio kitablar
[redaktə | mənbəni redaktə et]- Little Britain: Radio Collection, 3 noyabr 2003, ISBN 978-0563523406*
- Little Britain: Radio Series 1, 6 sentyabr 2004, ISBN 978-0563526421*
- Little Britain: Radio Series 2, 4 oktyabr 2004, ISBN 978-0563526056*
- Little Britain: On Radio, 7 noyabr 2005, ISBN 0-563-50414-5
- Little Britain: Best Of TV Series 1, 3 oktyabr 2005, ISBN 0-563-50495-1
- Little Britain: Best Of TV Series 2, 3 oktyabr 2005, ISBN 0-563-50495-1
- Little Britain: Best Of TV Series 3, 1 may 2006, ISBN 0-563-50428-5
- Inside Little Britain, 5 noyabr 2007, ISBN 978-1-84657-042-1
Musiqi
[redaktə | mənbəni redaktə et]- (I'm Gonna Be) 500 Miles [CD Single], 19 mart 2007, ASIN B000NJLQRE
- (I'm Gonna Be) 500 Miles [DVD Single], 19 mart 2007, ASIN B000NJLQRO
- Little Britain Presents: I'm Gay, 1 noyabr 2007, ASIN B000NQR7HU
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Kiçik Britaniya — Internet Movie Database saytında
- Little Britain official website
- Little Britain USA official website
- Little Britain Wiki Arxivləşdirilib 2013-12-29 at the Wayback Machine
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Julia Snell. "Schema theory and the humour of Little Britain". English Today. Cambridge University Press. 22. 2006: 59–64. doi:10.1017/S0266078406001118.
- Carol Szabolcs (2008). Little Britain in America. Minorities under subverted scrutiny. Grin Verlag. ISBN 978-3-640-30153-9.
- Matt Lucas, David Walliams, Boyd Hilton: Inside little Britain, Ebury Press, London [u.a.] 2006, ISBN 0-09-191231-8.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "'Victorian London - Districts - Little Britain'". Victorianlondon.org. 2016-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-16.
- ↑ TheSun.co.uk: Matt Lucas: I would like kids Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine URL accessed 24 June 2008
- ↑ "Little Britain USA". littlebritainfans.com. 2008-09-28. 2012-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-16.
- ↑ "'Come Fly With Me - Episode guide'". bbc.co.uk. 2018-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-08.
- ↑ "Daffyd Thomas". http://littlebritain.wikia.com. 2016-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-16.
- ↑ "Vicky Pollard". http://littlebritain.wikia.com. 2018-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-16.
- ↑ "BBC One - Little Britain". Bbc.co.uk. 2012-07-28. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-16.
- ↑ "Little Britain". Uktv.co.uk. 2011-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-16.
- ↑ "Little Britain comes to BBC Canada". Channel Canada. 2005-02-16. 2012-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-16.
- ↑ "Schedule". BBC Canada. 2020-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-16.
- ↑ 1 2 Series 1. "Little Britain - UKTV Australia". Uktv.com.au. 2012-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-16.
- ↑ "15 Октября 2009 г., MTV - Программа телевидения - Информация". CHEL74.RU. İstifadə tarixi: 2012-08-16.[ölü keçid]
- ↑ "Телеканал «21 » - общероссийский круглосуточный развлекательный телеканал". 21ch.ru. 2012-06-26. 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-16.
- ↑ "Little Britain - Canal 3XL". 3xl.cat. 2012-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-16.
- ↑ "Nieuwe sketches van absurdistisch Little Britain". Zappen. 2006-04-13. 2012-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-16.
- ↑ "humor | Canvas". Canvas.be. 2012-06-25. 2012-12-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-16.
- ↑ 1 2 "The Complete Little Britain Radio Series 1 (Radio Collection)". Amazon UK. 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2012.
- ↑ ""Little Britain" - The Complete Radio Series 2". Amazon UK. 19 August 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2012.
- ↑ 1 2 "Little Britain: The Complete First Series (2005)". Amazon. 7 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2012.
- ↑ 1 2 3 4 5 6 "BBC - Little Britain - Commercial Availability". BBC. 22 February 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 September 2012.
- ↑ 1 2 "Little Britain - Series 1 DVD ABC Shop". ABC Shop. 19 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 September 2012.
- ↑ "Little Britain - The Complete Second Series (2006)". Amazon. 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2012.
- ↑ "Little Britain Series 2". ABC Shop. 6 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2012.
- ↑ "Little Britain - The Complete Third Series (2006)". Amazon. 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2012.
- ↑ "Little Britain Series 3". ABC Shop. 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2012.
- ↑ "Little Britain - Abroad (2007)". Amazon. 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2012.
- ↑ "Little Britain Abroad". ABC Shop. 6 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2012.
- ↑ "Little Britain USA (2009)". Amazon. 24 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2012.
- ↑ Johann Hari: Why I hate 'Little Britain' Arxivləşdirilib 2012-10-09 at the Wayback Machine Tuesday 22 November 2005
- ↑ Little Britain's in trouble... no buts about it Arxivləşdirilib 2010-06-09 at the Wayback Machine URL accessed 3 July 2006
- ↑ "Head calls for Little Britain ban" (ingilis). 2012-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-10-12.
- ↑ 1 2 3 company check ltd. "Free company financial check on LITTLE BRITAIN PRODUCTIONS LIMITED. Free company accounts. Companies House information". Company Check. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-15.
- ↑ "Little Britain Productions Ltd - in St John's Wood NW8 0DL". 192.com. İstifadə tarixi: 2012-08-15.[ölü keçid]
- ↑ "Daffyd Thomas - I'm Gay (Little Britain) - text". 2018-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-07.
- ↑ Walker, Shaun. "Russia buys the right to have a laugh at Moscow's David Brentski". The Independent. London. 28 July 2008. 16 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2010.
- ↑ "Moscow News - Columnists - 'Nasha Russia' must go on". Mnweekly.ru. 2009-02-12. 2009-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-16.
- ↑ "Arxivlənmiş surət". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-08.