Kermit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Kermit(protokol)-faylların ötürülməsi üçün asinxron rabitədə istifadə olunan protokol. 1981-ci ildə Kolumbiya Universitetində (ABŞ) Frank da Kruzo tərəfindən işlənib hazırlanıb. Başlıca olaraq informasiyanın mikrokompüterlər arasında ötürülməsi vasitəsi kimi nəzərdə tutulub. Kermit protokolundan telefon xətləri ilə rabitə üçün nəzərdə tutulmuş bir çox proqram paketlərində istifadə olunur. İnformasiya dəyişən uzunluqlu (adətən, 96 bayta kimi) bloklarla (paketlərlə) ötürülür və hər bir paket veriliş xətasına görə yoxlanılır. İdarəedici simvollar ASCII’nin standart çap simvollarına (32-dən 126-dək onluq kodlar) çevrilir və bu şəkildə adresat tərəfindən düzgün oxunacaq riski olmadan göndərilə bilər.

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı,465s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]