Kentaro Miura
Kentaro Miura | |
---|---|
yap. 三浦建太郎 | |
Doğum tarixi | 11 iyul 1966[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 may 2021[3][4][…] (54 yaşında) |
Cinsi | kişi[d][6][7] |
Milliyyəti | yapon |
Komiks fəaliyyəti | |
Sahəsi | manqaka, komiks rəssamı, illüstrasiyaçı[d] |
Fəaliyyət illəri | 1976–2021 |
Əsas işləri | "Berserk" |
Partnyorları | Kouci Mori, Buronson, Corc Morikava |
Təsirlənib | Buronson, Tetsuo Hara |
Təsir edib | Hacime İsayama, Ryoqo Narita, Yana Toboso, Yuki Tabata və s. |
Mükafatları |
"Shōnen Magazine" Yeni Manqa mükafatı (1985) Tezuka Osamu Mədəniyyət Mükafatı (2002) |
Kentaro Miura (三浦 建太郎, Miura Kentarō?, 11 iyul 1966[1][2][…], Çiba[5] – 6 may 2021[3][4][…]) — Yaponiya manqakası. O, daha çox məşhur "Berserk" adlı qaranlıq fantaziya seriyası ilə tanınırdı. Bu, 1989-cu ildə seriallaşdırılmağa başlamış və onun ölümünə qədər davam etmişdir. 2021-ci ilə qədər "Berserk"in tirajı 50 milyon kopyadan çox idi və bu, onu bütün zamanların ən çox satılan manqa seriyalarından birinə çevirmişdir. Miura 2002-ci ildə 6-cı Tezuka Osamu Mədəniyyət Mükafatlarında Mükəmməllik üzrə mükafata layiq görülmüşdür.
Erkən illəri
[redaktə | mənbəni redaktə et]Kentaro Miura 11 iyul 1966-cı ildə Yaponiyanın Çiba prefekturasının Çiba şəhərində anadan olub.[8] O, 1976-cı ildə, 10 yaşında "Miuranger" adlı ilk manqasını yaratmışdır. Bu, Miuranın sinif yoldaşları üçün məktəb nəşrində dərc edilmişdir və nəticədə 40 cilddən ibarət olmuşdur.[9] 1977-ci ildə Miura Ken e no Miçi (剣への道, Ken e no Michi?, azərb. Qılıncın yolu) adında ikinci manqası yaratmışdır. Burada o, ilk dəfə tuşdan istifadə etmişdir. Miura 1979-cu ildə orta məktəbdə oxuyarkən peşəkar rəsm texnikalarından istifadə etməyə başlamış və onun rəsm texnikası xeyli təkmilləşmişdir.[10]
Miura 1982-ci ildə orta məktəbdə təhsil aldığı müddətdə bədii kurrikuluma yazılmışdır. Burada o, sinif yoldaşları ilə birlikdə öz əsərlərini məktəb kitabçalarında çap etməyə başlamışdır.[10] Bundan başqa, Miura bu dövrdə gələcək manqaka Kouci Mori ilə dostlaşmışdır. Onlar elmi fantastik docinşinin həmmüəllifi olmuşdular. Miura və Mori əsəri "Weekly Shōnen Sunday" jurnalına göndərmişdi, lakin bu, son seçim turunda rədd edilmişdir.[11] Miura 18 yaşında qısa müddətə "Hajime no Ippo fame" manqa seriyası üzərində işləyən Corc Morikavanın köməkçisi kimi çalışmışdır. Morikava Miuranın yüksək bədii səviyyəsini tez bir zamanda etiraf etmiş və onu işdən uzaqlaşdırmışdır. O, Miuranın "onsuz da bilmədiyi, ona öyrədə biləcəyi heç bir şey olmadığını" qeyd etmişdir.[12][13] O vaxta qədər Miuranın portfelində artıq təsviri tamamlanmış, nəhəng qılınc daşıyan qaranlıq döyüşçü personajı var idi.[14][15]
Karyerası
[redaktə | mənbəni redaktə et]Miura 1985-ci ildə Nihon Universitetinin incəsənət kollecinə qəbul olmaq üçün ərizə vermişdir. O, Futatabi (再び?, azərb. Bir daha) adlı qısaməzmunlu layihəni imtahanda təqdim etmiş və qəbul edilmişdir. Layihə daha sonra ona "Weekly Shōnen Sunday" jurnalı tərəfindən 34-cü Yeni Manqa mükafatını qazandırmışdır.[9] Miuranın növbəti əsəri olan "NOA" həmin il "Fresh Magazine"də çap olunmuş,[16] lakin uğurlu olmamışdır.[17] 1988-ci ildə Buronson üçün Oro (王狼, Ōrō?, azərb. Canavarlar kralı) adlı layihədə işləyən Miura "Hakusensha" şirkətinin "Monthly ComiComi" jurnalında "Berserk"in prototipini nəşr etmişdir.[8][18] 48 səhifəlik prototip "ComiComi"nin 7-ci Manqa Məktəbi müsabiqəsində ikinci yerə layiq görülmüşdür.[19] Miuranın ən məşhur və uğurlu əsərinə çevriləcək "Berserk"in tam seriyalaşdırılmasına 1989-cu ildə "Hakusensha" şirkətinin "Monthly Animal House" jurnalında başlamışdır.[10] 1990-cı ildə eyni jurnalda Oro Den (王狼伝, Ōrō Den?, azərb. Canavarlar kralının əfsanəsi) adlı sikvel nəşr olunmuşdur.[20] 1992-ci ildə "Monthly Animal House" jurnalının adı dəyişdirilərək "Young Animal" olmuşdur. "Berserk" seriyalaşdırılmasına burada davam edilmişdir. Elə həmin il Miura Buronson ilə "Young Animal"da dərc olunan "Japan" manqasında əməkdaşlıq etmişdir.[21]
Miura 1997-ci ildə "Berserk"in "OLM, Inc." tərəfindən istehsal olunmuş və həmin ildə "NTV"də yayımlanmış 25 seriyalı anime adaptasiyasının istehsalına rəhbərlik etmişdir. O, həmçinin 1999-cu ildə "Dreamcast" üçün buraxılmış "Sword of the Berserk: Guts' Rage" videooyununun istehsalında da iştirak etmişdir. Miura 2002-ci ildə "Berserk" seriyasına görə 6-cı Tezuka Osamu Mədəniyyət Mükafatlarında Mükəmməllik üzrə mükafata layiq görülmüşdür.[19][22] "Berserk" 2006-cı ildən bəri tez-tez və tez-tez uzadılmış fasilələrə nəşrə davam etmiş, fərqli vaxtlarda aylıq və qeyri-müntəzəm olaraq seriyalaşdırılmışdır.[23] "Berserk" 2018-ci ildə Yaponiyada 40 tankobon cildində toplanmışdır və 2021-ci ilin may ayına olan məlumata görə, rəqəmsal versiyalar da daxil olmaqla, bütün dünyada 50 milyondan çox kopya tirajlanmışdır.[24]
Miura 2013-cü ildə müəllifi olduğu "Giganto Maxia" adlı qısaməzmunlu müstəqil manqasını buraxmışdır. 2016-cı ildə "Dark Horse" tərəfindən ingilisdilli ərazilərdə nəşr edilmişdir.[25] Miuranın şəxsi manqa studiyası olan "Studio Gaga" tərəfindən hazırlanan "Duranki" qısaməzmunlu manqası 2019-cu ildə "Young Animal Zero"da seriyalaşdırılmışdır.[26]
Təsiri
[redaktə | mənbəni redaktə et]Kentaro Miura öz əsərlərinə ən çox təsir edən əsərin Buronson və Tetsuo Haranın "Fist of the North Star" (1983-cü ildə debüt etmişdir) manqası olduğunu bildirmişdir.[27] Miura həmçinin, Qo Naqainin "Violence Jack" (1973-cü ildə debüt etmişdir) manqası, Yaponiya fantastik roman seriyası "Guin Saga" (1979-cu ildə debüt etmişdir), Pol Verhovenin filmləri, "Cəhənnəmdən qalxan" seriyası (1987-ci ildə etmişdir), şoco manqalar, "Disney" filmləri, həmçinin İeronim Bosx, Maurits Kornelis Eşer, Qüstav Dore və Böyük Piter Breygelin əsərlərindən təsirləndiyini qeyd etmişdir.[28]
Vəfatı
[redaktə | mənbəni redaktə et]Kentaro Miura 6 may 2021-ci ildə, 54 yaşında kəskin aorta disseksiyasından vəfat etmişdir. Onun ölümü 20 may 2021-ci ildə ictimaiyyətə açıqlanmışdır.[29][30] Ailəsi tərəfindən şəxsi dəfn mərasimi keçirilmişdir.[20]
Kouci Mori[31] və Corc Morikava[15] da daxil olmaqla, müxtəlif manqakalar Miuranın ölümü ilə bağlı başsağlığı vermişdir. "Berserk"in anime adaptasiyaları üzərində işləyənlər, o cümlədən 1997-ci il seriyasının bəstəkarı Susumu Hirasava,[15] 1997-ci il seriyasında müvafiq olaraq Qats və Kaskanı səsləndirən Nobutşi Kanna və Yuko Miyamura,[32] 2012–2013-cü illərdə buraxılmış film trilogiyasından bəri Qatsın səs aktyoru olmuş Hiroaki İvanaqa,[32] Soniyanı səsləndirmiş və Naqi Yanaqi ilə 2016-cı il seriyasının ikinci mövsümünün sonluq musiqisini ifa edən müğənni Yoşino Nanco[15] Miuranın ailəsinə başsağlığı vermişdir.
İrsi
[redaktə | mənbəni redaktə et]Bütün zamanların ən çox satılan manqalarından biri kimi tanınan[24] Miuranın "Berserk" seriyası manqa mühitinə və ondan kənara təsir göstərmişdir. Jurnalist Ceyd Kinq qeyd etmişdir ki, "onun əsərinin oyun, manqa, film, anime və hətta ədəbiyyat dünyasına verdiyi böyük təsiri mübaliğə etmək çətindir". Qats obrazı və onun nəhəng qılıncı "Final Fantasy VII"nin Klaud Strayf və "Devil May Cry" seriyasından Dante kimi personajların yaradılmasında ilham mənbəyi hesab edilir, "Dark Souls" seriyasının canavarları və dünyası isə "Berserk"in ümumi estetikasından ilhamlanmışdır.[33][34] Videooyun rejissoru Hideaki İtsuno və prodüser Hiroyuki Kobayaşi "Berserk"in pərəstişkarlarıdır. "Dragon's Dogma" hek-end-sleş rol videooyununa Qats və Qriffit zirehlərinə əsaslanan zirehlər daxil edilmişdir.[35][36] 2019-cu ildə "GDC"-dəki çıxışı zamanı İtsuno "Devil May Cry 5"in ton və üslubunun "Berserk"dən ilhamlandığını bildirmişdir.[37]
Bir çox müəllif Miura və "Berserk"i öz fəaliyyətlərinə təsir göstərən amillər kimi qeyd etmişdilər. Buraya "Blue Exorcist"in müəllifi Kazue Kato,[38] "Baccano!" və "Durarara!!"nın müəllifi Ryoko Narita,[39] "Black Butler"ın müəllifi Yana Toboso,[31] "Black Clover"in müəllifi Yuki Tabata[40] və "Attack on Titan"ın müəllifi Hacime İsayama daxildir. İsayama seriyanı "möhtəşəm, sadəcə möhtəşəm" adlandırmışdır. O, demişdir: "Məndə belə bir təəssürat yaranmışdı ki, bu, bir film kimi çox yaxşı təşkil olunub".[41] Yoko Taro bildirmişdir ki, "Drakengard"ın baş protaqanisti Kaym "Berserk"in protaqanisti Qatsdan ilhamlanmışdır.[42]
"Young Animal" jurnalının Miuraya həsr olunmuş "memorial" nömrəsi 10 sentyabr 2021-ci ildə işıq üzü görmüşdür. Buraya "Berserk"in Miuranın ölümündən sonra buraxılmış 364-cü fəsli ilə yanaşı, buraxılışda xüsusi "Kentaru Miuraya məktublar" kitabçası və manqadan "məşhur səhnələr"in afişası daxil edilmişdir.[43][44] Nömrədə Miuranın köhnə dostu olan manqaka Kouci Mori ikisinin dostluğundan bəhs edən "Mori-chan Ken-chan" adlı vanşot dərc edilmişdir.[45]
7 iyun 2022-ci ildə "Hakusensha" və Kouci Mori elan etmişdir ki, "Berserk" manqasının nəşri Miuranın özü tərəfindən Moriyə ötürülən planlar və ideyalar, həmçinin Miuranın geridə qoyduğu memorandumlar və personaj dizaynları ilə davam etdiriləcək. Miuranın ağlında olan sonluğu bilən yeganə adam kimi Mori seriyanı davam etdirməyə razılaşmışdır və söz vermişdir ki, yalnız Miuranın onunla danışdığı epizodları yazacaq, "detallarına getməyəcək", sadəcə Miuranın ona "təsvir etdiyi sətirləri və hekayələri" yazacaq. Titrlarda "Kentaro Miuranın orijinal işi, Kouci Mori tərəfindən idarə olunan "Studio Gaga"nın əsəri" yazılır.[46][47][48]
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Futatabi (再び?, azərb. Bir daha) (1985) — Vanşot. "Kodansha"nın "Weekly Shōnen Magazine" jurnalında dərc olunmuşdur.[49]
- NOA (1985) — Vanşot. "Kodansha"nın "Fresh Magazine" jurnalında dərc olunmuşdur.[16]
- Berserk: The Prototype (ベルセルク, Beruseruku?, azərb. Berserk. Prototip) (1988) — Vanşot. "Hakusensha"nın "Monthly ComiComi" jurnalında dərc olunmuşdur.[20]
- King of Wolves (王狼, Ōrō?, azərb. Canavarlar kralı) (1989) — Buronson tərəfindən yazılmış, Miura tərəfindən illüstrasiya edilmişdir. "Hakusensha"nın "Monthly Animal House" jurnalında seriyalaşdırılmışdır.[50]
- Berserk (ベルセルク, Beruseruku?) (1989–2021) — "Hakusensha"nın "Monthly Animal House" (1989–1992) və "Young Animal" (1992–2021) jurnallarında seriyalaşdırılmışdır.[20]
- Ōrō Den (王狼伝, azərb. Canavarlar kralının əfsanəsi?) (1990) — Buronson tərəfindən yazılmış, Miura tərəfindən illüstrasiya edilmişdir. "Hakusensha"nın "Monthly Animal House" jurnalında seriyalaşdırılmışdır.[50]
- Japan (ジャパン?, azərb. Yaponiya) (1992) — Buronson tərəfindən yazılmış, Miura tərəfindən illüstrasiya edilmişdir. "Hakusensha"nın "Young Animal" jurnalında seriyalaşdırılmışdır.[50]
- Giganto Maxia (ギガントマキア, Gigantomakia?) (2013–2014) — "Hakusensha"nın "Young Animal" jurnalında seriyalaşdırılmışdır.[20]
- Duranki (ドゥルアンキ?) (2019–2020) — "Hakusensha"nın "Young Animal Zero" jurnalında seriyalaşdırılmışdır.[20]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 http://www.comicvine.com/kentaro-miura/4040-46154/news/.
- ↑ 1 2 Kentaro Miura // Lambiek Comiclopedia (ing.). Lambiek, 1999.
- ↑ 1 2 https://www.cnet.com/news/kentaro-miura-the-creator-of-berserk-has-passed-away/.
- ↑ 1 2 https://twitter.com/berserk_project/status/1395212918040391680.
- ↑ 1 2 http://www.animevice.com/kentarou-miura/20-61565/.
- ↑ Record #117044505 // VIAF (çd.). [Dublin, Ohio]: OCLC, 2003.
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 三浦建太郎 [Kentaro Miura]. Natalie (yapon). October 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 29, 2020.
- ↑ 1 2 三浦建太郎先生年譜&作品リスト [Kentaro Miura's Chronology & Work List] (yapon). Hakusensha. November 5, 1999 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 29, 2021.
- ↑ 1 2 3 Miura, Kentarō. Berserk. DeAngelis, Jason,, Johnson, Duane, 1976-, Nakrosis, Dan,, Studio Cutie (Deluxe edition. First). Milwaukie OR. 2019. ISBN 978-1-5067-1198-0. OCLC 1050142713.
- ↑ Luster, Joseph. "FEATURE: "Berserk" Discussion Explores Kentarō Miura's Roots". Crunchyroll. August 12, 2016. May 6, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 22, 2021.
- ↑ Pinon, Matthieu. "Personnalité de la semaine : Kentarô Miura" [Personality of the week: Kentaro Miura]. Animeland (fransız). April 16, 2019. April 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 29, 2020.
- ↑ 【11限目】 特別インタビュー「僕が“森川ジョージ”になるためにやってきたこと」(4/4). moae.jp (yapon). Kodansha. October 11, 2016. October 12, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 21, 2021.
- ↑ Paquot, Valentin. "George Morikawa : «En trente ans de manga je n'ai jamais eu le syndrome de la page blanche !»" [George Morikawa: "In thirty years of manga I have never had the blank page syndrome!"]. Le Figaro (fransız). March 19, 2020. May 27, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 27, 2021.
- ↑ 1 2 3 4 Pineda, Rafael Antonio; Morrissy, Kim. "Creators Offer Condolences for Berserk Creator Kentarou Miura's Passing". Anime News Network. May 20, 2021. May 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2021.
- ↑ 1 2 Miura, Kentaro. Berserk Illustration Book (alman). Panini Comics. January 1, 2002. səh. 121. ISBN 978-3-89921-224-2.
- ↑ C, Ben. "REEL ANIME: Kentaro Miura and how a manga epic went Berserk". Madman Entertainment. September 21, 2012. August 10, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2019.
- ↑ 「ベルセルク」三浦建太郎氏、24年ぶりの完全オリジナル新作―その間ベルセルクは連載お休み [Kentaro Miura, known for Berserk, releases first new original work in 24 years, while Berserk is on break]. Livedoor (yapon). November 8, 2013. May 23, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2019.
- ↑ 1 2 第6回 マンガ優秀賞 三浦建太郎 『ベルセルク』 [Sixth award for excellence in manga, Kentaro Miura's "Berserk"] (yapon). Asahi Shimbun. October 16, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 18, 2010.
- ↑ 1 2 3 4 5 6 Loo, Egan. "Berserk Manga Creator Kentarou Miura Passes Away at 54". Anime News Network. May 19, 2021. May 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2021.
- ↑ "JAPAN TPB". Dark Horse Comics. May 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2021.
- ↑ "2002 (6th) Osamu Tezuka Cultural Prizes". The Hahn Library. 2007-12-30 tarixində arxivləşdirilib.
- ↑ Sherman, Jennifer. "Berserk Creator Reveals He Based Band of the Hawk on High School Friendship". Anime News Network. September 19, 2017. November 30, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2019.
- ↑ 1 2 漫画「ベルセルク」を長期連載中 三浦建太郎さん死去 [Author of long-running series "Berserk", Kentaro Miura, passes]. The Asahi Shimbun (yapon). May 20, 2021. May 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2021.
- ↑ Hodgkins, Crystalyn. "Dark Horse Adds Giganto Maxia, RG Veda, Danganronpa, I Am a Hero Manga". Anime News Network. May 16, 2015. February 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2021.
- ↑ Sherman, Jennifer. "Berserk's Kentarou Miura Produces New Duranki Manga". Anime News Network (ingilis). 22 August 2019. May 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2021.
- ↑ ""Berserk" Discussion Explores Kentarō Miura's Roots". Crunchyroll. 2016-08-12. December 13, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-11.
- ↑ Bullington, Jesse. Kentaro Miura, Grandmaster of Grimdark // Boskovich, Desirina (redaktor). Lost Transmissions: The Secret History of Science Fiction and Fantasy. Abrams Books. 2019. səh. 628. ISBN 978-1-68335-498-7. May 21, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 17, 2020.
- ↑ 訃報 三浦建太郎先生が逝去されました [Obituary: Kentaro Miura has passed away] (yapon). Hakusensha. May 20, 2021. May 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2021.
- ↑ 漫画家・三浦建太郎さんが死去 54歳 『ベルセルク』『ドゥルアンキ』など [Manga artist Kentaro Miura, known for "Berserk", "Duranki", Etc. passes away at age 54]. Oricon News (yapon). May 20, 2021. May 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2021.
- ↑ 1 2 『ベルセルク』などで知られる漫画家・三浦建太郎先生の訃報に際し、SNS上で反応を見せた同業者の声. animate Times (yapon). May 21, 2021. May 23, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 23, 2021.
- ↑ 1 2 『ベルセルク』主人公ガッツ役・岩永洋昭、作者の一言に感謝「一生忘れません」. Oricon News (yapon). May 20, 2021. May 23, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 23, 2021.
- ↑ Park, Gene. "Remembering Kentaro Miura, legendary creator of 'Berserk', which inspired countless fantasy stories". The Washington Post. May 20, 2021. May 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2021.
- ↑ King, Jade. "Remembering The Life, Work, And Influence Of Kentaro Miura". The Gamer. May 20, 2021. May 20, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2021.
- ↑ Loo, Egan. "Berserk Film to Collaborate with Capcom's Dragon's Dogma". Anime News Network. September 15, 2011. May 23, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 23, 2021.
- ↑ Ming, Nate. ""Dragon's Dogma" gets "Berserk" Armor and Weapons, and Limited Edition Goods!". Crunchyroll. February 16, 2012. November 20, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 23, 2021.
- ↑ Behan, Daire. "Berserk's Influence on Video Games". Game Rant. May 22, 2021. December 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 22, 2021.
- ↑ 映画「ベルセルク 黄金時代篇II ドルドレイ攻略」-ストーリーガイド、加藤和恵インタビュー [Movie "Berserk: Golden Age Arc II - The Battle for Doldrey" Story Guide, Kazue Kato interview]. Natalie (yapon). Natasha, Inc. June 18, 2012. January 19, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 21, 2021.
- ↑ ryohgo_narita. "ベルセルク本編はもちろんの事、ベルセルクに影響を受けた作品にも数多く触れてきて今も触れ続けているのだなとしみじみと感じる。" (Tweet) (yapon). May 20, 2021.
- ↑ Chéry, Lloyd. "Black Clover, le meilleur manga de fantasy expliqué par son auteur" [Black Clover, the best fantasy manga explained by its author]. Le Point (fransız). July 7, 2018. May 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 27, 2021.
- ↑ 映画「ベルセルク 黄金時代篇III 降臨」-諫山創インタビュー、窪岡俊之監督インタビュー [Movie "Berserk: Golden Age Arc III - The Advent" - Hajime Isayama interview, Toshiyuki Kubooka interview]. Natalie (yapon). Natasha, Inc. January 28, 2013. November 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 21, 2021.
- ↑ Yoko, Taro. 【仕事】ドラゴン3座談会とかイロイロ。. Taro Yoko Blog. May 4, 2013. 2013-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 23, 2021.
- ↑ 「ベルセルク」最新364話が次号ヤングアニマルに掲載、メモリアル企画も. Natalie (yapon). Natasha, Inc. August 12, 2021. August 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 11, 2021.
- ↑ Hazra, Adriana. "Kentarou Miura's Berserk Manga Gets New Chapter". Anime News Network. August 11, 2021. August 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 11, 2021.
- ↑ Pineda, Rafael Antonio. "Kouji Mori Draws 1-Shot Manga About Lifelong Friendship With Kentarou Miura". Anime News Network. September 11, 2021. February 5, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 11, 2021.
- ↑ 『ベルセルク』再開のお知らせ (yapon). Hakusensha. June 7, 2022. June 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 7, 2022.
- ↑ Pineda, Rafael Antonio. "Berserk Manga Continues Under Kentarou Miura's Assistants, Kouji Mori's Supervision". Anime News Network. June 7, 2022. June 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 7, 2022.
- ↑ 「ベルセルク」連載再開、「自分たちの中に根付いた『三浦建太郎』を真摯に紡ぎたい」. Natalie (yapon). Natasha, Inc. June 7, 2022. June 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 8, 2022.
- ↑ 週刊少年マガジン1985年36 [Weekly Shōnen Magazine 1985, 36]. Media Arts Database (yapon). Mədəniyyət İşləri Agentliyi. May 21, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 21, 2021.
- ↑ 1 2 3 『原作者・武論尊、もしくは史村翔』 [Original creator, Buronson, also Fumimura Sho]. manga-gai.net (yapon). Ginnansha Co.,Ltd. March 13, 2004. October 31, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2021.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Kentaro Miura Anime News Network Ensiklopediyasında
- Kentaro Miura — IMDb səhifəsi