Katsuaki Vatanabe
Naviqasiyaya keç
Axtarışa keç
Katsuaki Vatanabe | |
---|---|
yap. 渡辺 捷昭 | |
Doğum tarixi | |
Doğum yeri | Mie prefekturası, Yaponiya |
Təhsili |
|
Fəaliyyəti | icraçı direktor, iş adamı |
Katsuaki Vatanabe (13 fevral 1942 Mie prefekturası, Yaponiya) — Toyota şirkətinin İdarə Heyətinin sədri.
Katsuaki Vatanabe 1964-cü ildə Tokiodakı Keio Universitetin bitirmiş və Toyota şirkətində işə başlamışdır. Şirkətin müxtəlif bölmələrində çalışan Vatanabe 1992-ci ildə İdarə Heyətinə daxil oldu.
2005-ci ilin iyun ayında Fudzio Çonun yerinə "Toyota Motor Company"nin İdarə Heyətinin sədri seçilmişdir.
Evlidir, üç qızı var. Tokioda yaşayır. 2005 və 2007-ci illərdə Time jurnalı tərəfindən dünyanın ən nüfuzlu 100 şəxsi siyahısına daxil edilmişdir.