39°31′35″ şm. e. 46°51′22″ ş. u.HGYO

Katarovəng monastırı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Katarovəng monastırı
Monastırın başkilsəsi ermənilər tərəfindən həyata keçirilmiş yenidənqurma işlərindən əvvəl
Xəritə
39°31′35″ şm. e. 46°51′22″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Xocavənd rayonu
Yerləşir ÇaylaqqalaKöhnə Tağlar kəndlərinin arası, Ziyarət dağının zirvəsi
Aidiyyatı Qafqaz Albaniyası
Üslubu Qafqaz Albaniyasının memarlığı
Vəziyyəti xarabalıqları qalır
Katarovəng monastırı (Azərbaycan)
Katarovəng monastırı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Katarovəng monastırıXocavənd rayonunun ÇaylaqqalaKöhnə Tağlar kəndləri arasında, Ziyarət dağının zirvəsində yerləşən tarix-memarlıq abidəsi. Monastrın adı mənbələrdə Qafqaz Albaniyasında IV əsrə aid hadisələrlə bağlı xatırlansa da, dövrümüzə çatmış tikili XVII əsrə aiddir.

Monastır, dəniz səviyyəsindən 2150 metr hündürlükdə yerləşir.[1] Kilsə, planda düzbucaqlı formaya malik birnefli bazilika olmaqla, ikitərəfli damla örtülmüşdür. Tikilinin inşasında kobud yonulmuş yerli daşlardan istifadə edilmişdir.

Moisey Kalankatlı Alban ölkəsinin tarixində Müqəddəs Qriqorisin fəaliyyətindən bəhs edərkən qeyd edir ki, xristianlığı təbliğ etməsi Massaget çarı Sanesanın xoşuna gəlmir. Çarın əmri ilə Müqəddəs Qriqoris Xəzər dənizi sahilindəki Vatnean düzündə vəhşi atın quyruğuna bağlanaraq şəhid edilir.[2] Sanesanın xristianlığı qəbul etmiş oğlanları Massaget ölkəsinin digər xristianları ilə birlikdə müqəddəsin cəsədini götürərək Alban Katolikosluğunun mərkəzi Çolaya qaçırlar. Oğlanlarını təqib edən Saneasan Çolaya girərək şəhəri dağıdır, kilsələri və müqəddəs kitabları yandırır.[2]

Qaçqın xristianlar Qafqaz Albaniyasının içlərinə doğru irəliləyərək Haband vilayətində sığınırlar.[3] Ter Abbasın Alban Həvari Kilsəsinin katolikos taxtına seçilməsindən əvvəl qaçqınları izləyən massaget ordusu Saneasın rəhbərliyində Haband vilayətinə kimi irəliləyərək qaçqınların gizləndiyi Katarovəng monastırını oda verir.[3]

V əsrdə yaşamış erməni tarixçisi Favstos Buzand eyni hadisələri təsvir edərkən, onları massagetlərin Ermənistana yürüşü ilə əlaqələndirir.[4]

2015-2016-cı illərdə abidədə ermənilər tərəfindən təmir işləri aparılmış, dam örtüyü tamamilə yeni və müasir materiallarla qurulmuşdur.[5] İkinci Qarabağ müharibəsi zamanı Katarovəng monastırının yerləşdiyi ərazi işğaldan azad edilmişdir.[6][7]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ş. Mkrtçyan Qarabağın xristian abidələrinə həsr edilmiş kitabında qeyd edir ki, qədim monastırın tikililərindən heç biri dövrümüzə çatmamışdır.[1] Tədqiqatçının fikrincə hətta XVII əsrə aid kilsənin qədim tikililərin təməlində inşa edilməsini də demək çətindir.[1]

Kilsə, planda düzbucaqlı formaya malik birnefli bazilika olmaqla, ikitərəfli damla örtülmüşdür. Tikilinin inşasında kobud yonulmuş yerli daşlardan istifadə edilmişdir. Kilsə divarlarının birnövlü hörgüsünü kiçik və dar pəncərə yerləri pozur.[1]

Kilsənin qərbdə yerləşən yeganə qapısı yaxşı yonulmuş daşlardan hazırlanmış çərçivə və kitabəli plitə istisna olmaqla bütün dekor elementlərindən məhrumdur. Şimal divarı yarıya qədər yerin altındadır, cənub divarı isə çılpaq qaya üzərində tikilmişdir.[1]

  1. 1 2 3 4 5 Мкртчян, 1989. səh. 100
  2. 1 2 Kalankatlı, Moisey. Alban ölkəsinin tarixi, II kitab, XIV fəsil. Матенадаран: Смбатян Ш. 1984. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-07.
  3. 1 2 Kalankatlı, Moisey. Alban ölkəsinin tarixi, II kitab, V fəsil. Матенадаран: Смбатян Ш. 1984. 2010-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-07.
  4. Buzand, Favstos. Tarix. Yerevan: Академия Наук Армянской ССР. 1953. səh. 24. 2020-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-07.
  5. "Դիզափայտի լեռնագագաթի Սուրբ Աստվածածին եկեղեցու օծման արարողությունը". TVArtsakh. 19 авг. 2016. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2021.
  6. "Армения и Азербайджан развязали войну трактовок". kommersant.ru (rus). Kommersant. 16 December 2020. 21 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2020.
  7. "Hadrutun iki kəndi yenidən Azərbaycanın nəzarətindədir". bbc.com/azeri (az.). BBC Azeri service. 13 December 2020. 13 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2020.
  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989