Karmen Kas
Karmen Ka | |
---|---|
est. Carmen Kass | |
Doğum tarixi | |
Doğum yeri | Payde, Estoniya SSR, SSRİ |
Milliyyəti | eston |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1997-ci ildən |
Təhsili |
|
Boyu | 178 sm |
IMDb | ID0648345 |
Vikianbarda əlaqəli mediafayllar |
Karmen Kas (est. Carmen Kass d. 14 sentyabr 1978[1], Tallin[1]) — Estoniyanın top-modeli, aktrisası və siyasətçisi. Res Publica partiyasının üzvü, 2000-ci ildə Avropa Parlamentinə namizəd. 2004-cü ildə Estoniya Şahmat Birliyinin prezidenti seçilmiş və şahmat yarışlarında iştirak etmişdir[2].
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]Karmen bir Payde supermarketində bir italyan model agentliyi açılana qədər «Miss Payde» və «Miss Yarvamaa torpağı» daxil olmaqla bir sıra gözəllik müsabiqələrində qalib gəldi.
Yeganə valideyni olan anası ofisiant işləyirdi və qızının üç ay Milana getməsi üçün icazə imzalamaqdan imtina etmişdi. Buna görə Kas sənədlərdə anasının yerinə saxta imza atmalı olmuşdur[2].
Karyerası
[redaktə | mənbəni redaktə et]14 yaşında Karmen yerli Baltic Models agentliyi üçün model olaraq çalışmağa başladı. Bununla yanaşı məşhur markaların üzü oldu:Calvin Klein, Chanel, Chloé, Christian Dior, Donna Karan, Dsquared2, Elle Sport, Emanuel Ungaro, Emilio Pucci, Fendi, General Motors, Givenchy, Gucci, Just Cavalli, Kenzo, Mango, MaxMara, Max Factor, Mercedes, Michael Kors, Omega, Ralph Lauren, Revlon, Salvatore Ferragamo, Swarovski, Tommy Hilfiger, Valentino, Versace, Victoria's Secret və Yves Saint Laurent.
2000-ci ildə Jizel Bündhendən bir il sonra VH1 / Vogue Model of Year mükafatını qazandı.
2010-cu ildə orta təhsili başa vurub ali təhsildə iştirak edəcəyini bildirdi[3].
Şaxmat
[redaktə | mənbəni redaktə et]Kas şahmatçıdır. Ardıcıl 8 il Estoniya Şahmat Federasiyasının prezidenti seçilmişdir və hazırda məsləhətçi kimi çalışır[4]. 2008-ci ildə Şahmat Olimpiadasına ev sahibliyi etmək üçün Tallində bir kampaniya aparsa da Drezden şəhəri qalib gəlir.
İctimai fəaliyyəti
[redaktə | mənbəni redaktə et]2004-cü il seçkilərində Res Publika Partiyasından Avropa Parlamentinə namizəd oldu. Estoniya seçicilərindən 2315 səs topladı, lakin Avropa Parlamentinə seçilə bilmədi[5].
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]2004-cü ildən 2014-cü ilə qədər Kas Alman şahmat qrossmeysteri Erik Lobron ilə münasibətdə idi[6][7].
Eston və İngilis dillərini sərbəst bilir. Rus və italyan dillərində isə danışır.
Qardaşı oğlu Antonio Sebastian Kas da model və musiqiçidir[8].
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Carmen Kass" (ingilis). 2012-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-09.
- "Carmen Kass: FMD" (ingilis). 2012-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-09.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Carmen Kass // Eesti spordi biograafiline leksikon (est.).
- ↑ 1 2 "Турнир в Майнце. Статья о Кармен Касс" (ingilis). chessbase.com. 2012-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-09.
- ↑ "Кармен Кассь пообещала окончить среднюю школу" (rus). 2012-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-25.
- ↑ Vaher, Andres. "Carmen Kass malepresidendi ametist: "Aga miks ka mitte?"" (Estonian). SL Õhtuleht. 24 May 2004. 2012-05-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 April 2010.
- ↑ "Euroopa Parlamendi valimiste tulemused Eestis". Postimees. June 14, 2004. 20 September 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 April 2010.
- ↑ "Arxivlənmiş surət". 2017-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-06.
- ↑ "Arxivlənmiş surət". 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-06.
- ↑ "Modellisaate Antonio avaldas religioonist pajatava räppsingli" [Antonio of the model show published a rap single about religion]. Elu24 (Estonian). Postimees. 2016-02-03. 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-12.