Karlovitsa müqaviləsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Karlovitsa müqaviləsi
İmzalanma tarixi 26 yanvar 1699
İmzalayanlar

Rami Mehmet Paşa
Franz Ulrix Kinski
Karlo Ruzzini
Stanislav Malaçovski

Prokopij Vosnitzin
Tərəflər Türkiyə Türkiyə
Rusiya Rusiya
Müqəddəs Roma İmperiyası
Venesiya Respublikası
Reç Pospolita
Dili latın dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karlovitsa müqaviləsi — 26 yanvar 1699-cu il tarixində Osmanlı ilə əvvəl Müqəddəs Roma-Alman İmperatorluğu olan digər Müqəddəs İttifaq dövlətləri (Avstriya, VenesiyaReç Pospolita) arasında imzalanmış sülh müqaviləsi. Türk tarixşünaslığında Osmanlı imperiyasının "geriləmə dövrü"nün başlanğıcı hesab olunur. Karlovitsa bugünkü (alm. Karlowitz‎, serb. Сремски Карловци (Sremski Karlovci)) Serbiyanın sərhədləri daxilində olan kiçik bir qəsəbədir. Müqavilə 1683–1698-ci illəri əhatə edir.[1]

Sultan II Mustafa öndərliyində Osmanlılar Avstriya imperiyası üzərinə üç böyük səfər təşkil etmişdirlər. Papa XI Innoketti 1684-cü ildə Osmanlı İmperiyasına qarşı "Müqəddəs (Liqa) İttifaq" adı altında Avstriya, Reç-Pospolita və Venesiyadan ibarət ittifaq yaratmış və 1686-cı ildə bu ittifaqa Rusiya da qatılmışdı. Transilvaniyada (Rumıniyanın vilayətlərindən biri) baş verən bir sıra döyüşlər zamanı venesiyalılar Moreya və Dalmaçiyaya hücum etdilər. Uzun müddətli döyüşlər Osmanlı imperiyasını zəiflətmişdi. Bəhs edilən dövrdə Rusiyada I Pyotr hakimiyyətə gəlmişdi. I Pyotr ordusunu möhkəmlədərək, AralıqQara dənizdə Rusiyanın ağalığına nail olmaq istəyirdi. Onun 1695-ci ildəki ilk hücumu uğursuqluzla nəticələndi, lakin bir il sonra Azov qalasını rus qoşunları tərəfindən tutuldu (6 avqust, 1696). Osmanlı ordusunun 11 sentyabr 1697-ci ildə Zenta Müharibəsində məğlubiyyəti və İngilisNiderland hökumətinin araya girməsi nəticəsində II Mustafa sülh müzakirələrinə razı olmuşdur.

Müqavilənin şərtləri

[redaktə | mənbəni redaktə et]
Karlovitsa qəsəbəsinin indiki görünüşü

İki ay davam edən müzakirələrə məsləhətçi olaraq qatılan italyan əslli Luigi Ferdinando Marsigli müqavilə imzalandıqdan sonra 850 km uzunluğunda olan yeni Osmanlı-Avstriya sərhədinin xəritəsinin çəkilib təsbit edilməsi üçün qurulan komissiyanın sədrlik etmişdir. Müzakirələr əsnasında tarixdə ilk dəfə olaraq, tərəflər dairəvi bir masa ətrafında toplandılar. Müzakirələrin aparıldığı böyük çadırın dörd müxtəlif girişi var idi.[2] 26 yanvar 1699-cu il tarixində imzalanan Karlovitsa sülhü ilə Banat və Timişoara istisna olmaqla bütün Macarıstan və Transilvaniya Şahzadəliyi Avstriyaya, Ukrayna və Podolya Reç Pospolitaya, Moreya və Dalmaçya sahilləri venesiyalılara verildi. Bunda başqa Kerç qalası üzərində iddiaları olduğundan (Kerç – Krımın şərq hissəsində qədim şəhər) ruslarla heç bir müqavilə imzalanmadı. Sadəcə olaraq iki illik bir atəşkəs üçün razılığa gəlindi. Sülhün müddəti 25 il olaraq təyin edildi və müqavilənin qarant dövləti də Avstriya seçildi. Karlovitsa Müqaviləsi Osmanlı İmperatorluğunun qərbdə böyük torpaq sahələrini itirdiyi ilk müqavilədir. Karlovitsa müqaviləsindən sonra Osmanlı İmperatorluğu itirdiyi torpaqları geri alma siyasəti aparmağa başladı.

  1. "Treaty of Carlowitz". 2008-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-03.
  2. Nolan, Cathal J. Wars of the Age of Louis XIV, 1650–1715: An Encyclopedia of Global Warfare. Greenwood Publishing. 2008.