Karl Fridrix Qauss
Karl Qauss | |
---|---|
alm. Carl Friedrich Gauß | |
Doğum adı | Johann Carl Friedrich Gauß |
Doğum tarixi | |
Doğum yeri | Braunşveyq, Almaniya |
Vəfat tarixi | 23.2. 1855 |
Vəfat yeri | Göttingen, Almaniya |
Milliyyəti | alman |
Elm sahələri | riyaziyyat, fizika |
Elmi dərəcəsi |
|
İş yeri | |
Təhsili |
|
Tanınmış yetirmələri | Farkaş Bolyay, Avqust Ferdinand Möbius, Peter Qustav Lejyon Dirixle, Qustav Kirxhof |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Yohan Karl Fridrix Qauss (30 aprel 1777[2][3][…], Braunşveyq, Müqəddəs Roma imperiyası[4][3][…] – 23 fevral 1855[2][3][…], Göttingen, Hannover krallığı[d], Almaniya ittifaqı[4][3][…]) — görkəmli alman riyaziyyatçısı, astronom və fiziki, bütün dövrlərin ən yaxşı riyaziyyatçılarından biri, "riyaziyyatın kralı" hesab olunur[5].
Həyatı
[redaktə | mənbəni redaktə et]Göttingen Universitetində oxuduğu müddətdə riyaziyyata aid ciddi tədqiqat işləri aparmış və universiteti qurtararkən "Ədədi tədqiqatlar" adlı əsərini yazmışdır. Bu əsərdə kvadratik çıxıq nəzəriyyəsi, kvadratik formaların qısa ifadəsi, n-dərəcəli tənliklər nəzəriyyəsi öz əksini tapmışdır. Qauss da başqa alimlər kimi paralel xətlərlə maraqlanmışdı. O, XVIII əsrin sonunda Evklid həndəsəsindən fərqli başqa həndəsələrin olmasının mümkünlüyü qənaətinə gəlmişdir. Qauss bu sahədə xeyli tədqiqat işləri apararaq varlığı mümkün olan həndəsəni anti-evklid həndəsəsi adlandırmışdı.[6]
Ədədlər nəzəriyyəsi, riyazı analiz, differensial həndəsə, geodeziya, elektrostatika, astronomiya və optika elmlərinə misilsiz töhfələr vermişdir.
Qaussun fitri istedadı özünü uşaq ikən büruzə verir. Deyilənə görə hələ ibtidai məktəbdə oxuduğu vaxt özünün ilk riyazi kəşfini edir. Belə ki, müəllimi şagirdlərini uzun müddət məşğul etmək məqsədilə onlara 1-dən 100-ə qədər bütün natural ədədlərin cəmini tapmağı tapşırır. Qauss tapşırığı bir neçə dəqiqə ərzində həll etməklə ətrafındakıları heyrətə salır. Gənc Qauss bu ədədi silsilənin sonluğunda duran ədədlərin cəminin 101-ə bərabər olmasını, yəni 1 100=101, 2 99=101 və s. dərhal müəyyən edir. Və bu silsilədəki cütlüklərin sayını, yəni 50-ni 101-ə vurmaqla məsələni asanlıqla və tezliklə həll edir. O, riyaziyyat elmində ən möhtəşəm əsərlərdən biri olan Disquisitiones Arithmeticae əsərini 21 yaşında ikən (1798) tamamlayır. Əsərin özü isə üç il sonra nəşr olunur. Bu əsərlə Qauss müasir ədədlər nəzəriyyəsi elmini riyaziyyatdan ayıraraq müstəqil elmə çevirir.
Karl Qauss 1855-ci ildə vəfat etmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat. Bakı: "Şərq-Qərb", 2008. səh.608
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 verschiedene Autoren Allgemeine Deutsche Biographie (alm.). / Hrsg.: Historische Commission bei der königl. Akademie der Wissenschaften L: Duncker & Humblot, 1875.
- ↑ 1 2 Гаусс Карл Фридрих // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1971. Т. 6 : Газлифт — Гоголево. С. 144–145.
- ↑ Гиндикин С. Г. Рассказы о физиках и математиках. — М.: МЦНМО, 2001. Глава «Король математиков».
- ↑ "Arxivlənmiş surət". 2010-12-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-19.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- 30 apreldə doğulanlar
- 1777-ci ildə doğulanlar
- Göttingen Universitetinin müəllimləri
- Göttingen Universitetinin məzunları
- London Kral Cəmiyyətinin üzvləri
- İsveç Kral Elmlər Akademiyasının üzvləri
- Göttingen Elmlər Akademiyasının üzvləri
- Sankt-Peterburq Elmlər Akademiyasının üzvləri
- Macarıstan Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Bavariya Elmlər Akademiyasının üzvləri
- Rusiya Elmlər Akademiyasının üzvləri
- Prussiya Elmlər Akademiyasının üzvləri
- Niderland Kral İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Maksimilianın "Elm və incəsənət üzrə" Bavariya ordeni kavalerləri
- İncəsənət və elm sahəsində Pour le Mérite ordeninin kavalerləri
- Copli medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə alimlər
- Müqəddəs Roma imperiyasında doğulanlar
- 23 fevralda vəfat edənlər
- 1855-ci ildə vəfat edənlər
- Göttingendə vəfat edənlər
- Alim qaralamaları
- Almaniya riyaziyyatçıları
- Alman riyaziyyatçılar
- Almaniya astronomları
- Alman astronomlar
- Almaniya fizikləri
- Alman fiziklər
- Poçt markalarında şəxslər
- Almaniyada doğulanlar
- Almaniyada vəfat edənlər
- Zehni hesablayıcılar
- Almaniya lüteranları
- Xətti cəbrşünaslar