Karl Filip Edmund Bertil

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Karl Filip Edmund Bertil, yanvar 2014

Karl Filip Edmund Bertil (ing. Carl Philip Edmund Bertil və ya rəsmi adı: ing. Prince Carl Philip, Duke of Värmland; d. 13 may 1979, Stokholm, İsveç) — Varmland Dükesi. İsveç şahzadəsi.

Şahzadə Karl Filip 13 may 1979-cu ildə Stokholmda anadan olmuşdur. Orta məktəbi bitirəndən sonra İsveçdə və xarici ölkələrdə təhsil almışdır.[1] Daha sonra İsveç Hərbi-Dəniz Qüvvələrində xidmət edib.[1] Hazırda ehtiyatda olan mayordur.[1]

Karl Filip avtoyürüş iştirakçısı, 2008-ci il.

Fotoqrafiya və qrafik dizaynla maraqlanan şahzadə İsveçlə bahəm, ABŞ-də da bu sənətləri öyrənib.[1] O, idmanla məşğul olur, Skandinaviyadakı avtoyürüşlərdə çıxış edir.[1]

13 iyun 2015-ci ildə İsveçin paytaxtı Stokholmdakı kral sarayında, XVIII əsrə aid Slottsçyurk kilsəsində ölkə kralı 16-cı Karlın oğlu, keçmiş erotik qlamur model və realiti-şou iştirakçısı Sofiya Hellkvist ilə toyu olmuşdur.[1][2][3]

  1. 1 2 3 4 5 6 Bu gün gözəl toy var: şahzadə modellə evlənir Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine. milli.az, 13.06.2015  (az.)
  2. "Vigsel mellan Prins Carl Philip och fröken Sofia Hellqvist". 28 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 October 2014.
  3. "Reality starlet to wed prince in Swedish fairytale". Yahoo News. 11 June 2015. 5 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]