Karkarodontozavr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Karkarodontozavr (yunanca"Köpək balığı dişli kərtənkələ") — 95 milyon il əvvəl yaşamış nəhəng yırtıcı dinozavr. Məşhur Tironazavr Reksdən belə böyük idi. Əsasən Şimali Afrikada yaşamışdır.

Karkarodontozavrın kəllə sümüyü

İlk Karkarodontozavr qalıqları 1996-cı ildə Şimali Afrikada, Mərakeşdə tapılmışdır.

Karkarodontozavr Allozavr ilə qohum olan bir dinozavr növü idi, amma ondan daha 4 qat daha böyük idi. Dişlərinin hər birinin uzunluğu 16 sm idi və köpəkbalığı qədər iti idi(adını da bundan alıb.) Kəllə sümüyünün ölçüsü isə 1.75 metrə çatırdı. Boyu 13 metr, kütləsi 7 ton idi. yetişkin bir Karkarodontozavr 500.000 m² əraziyə ehtiyacı vardı. Və buna görə Karkarodontozavr arasında açıq davalar olurdu. 2000-ci ildə Çində tapılmış 160 milyon illik bir qalıqda bir yırtıcı Karkarodontozavrın kəllə sümüyündə bir digər Karkarodontozavr tərəfindən edilən yaralar tapıldı. Karkarodontozavrlar əsasən Uronazavrları (yunanca "Ördək burunlu kərtənkələ") ovlayırdılar. Həyatda qalmaları üçün gündə 60 kq ət yeməli idilər. 2008-ci ildə aparılan analizdə onların ovlarına qarşı əsas üstünlükləri olan quşlara bənzər hava kisələrinə malik olduqları ortaya çıxdı. Bu hava kisələri onlar daha az enerji xərcləyərək qaçmalarını təmin edirdi. Karkarodontozavrların zəif tərəfləri də vardı. Kəllə sümükləri çox zəif idi. Buna görə onlar çırpınan qurbanlarından bərk yapışmırdılar. Dişləri iti olsa da, çox incə idi və sümükləri qıra bilməzdi.