Kapilyarlıq
Kapilyarlıq və ya Kapilyarlıq hadisəsi — maddənin başqa bir maddəni özünə çəkmə hadisəsi. Bir bitkinin ötürmə sistemində və ya nahamar kağızda asanlıqla müşahidə oluna bilər. Bir maye ilə başqa bir maddənin molekulyar səviyyədə cazibəsi, mayenin öz molekulları arasındakı cazibə qüvvəsindən daha çox olması nəticəsində meydana çıxır. Bu təsir, mayenin dik bir səthə toxunduğu hissədə maye səthinin menisk adlandırılan konkav halına gəlməsinə səbəb olur. Eyni təsir süngər kimi maddələrin suyu əmməsinədə də görülür.
Kapilyarlığı müşahidə etmək üçün ən çox istifadə edilən qurğu kapilyar borulardır. Şüşə bir borunun, dik vəziyyətdə, su kimi bir mayenin içinə batırılması nəticəsində konvak bir menisk meydana gəlir. Səth gərginliyi, maye sütununu, cazibə qüvəsi ilə molekülllar arası qüvələr tarazlığa gələnə qədər yuxarı çəkir. Maye sütununun ağırlığı borunun raidusunun kvadratı ilə, maye və boru arasındakı uzaqlığı borunun radiusu mütanasüb olduğundan dar boru mayeni geniş bir borudan daha yuxarı aparır. Misal üçün 0,5 mm radiuslu şüşə boru suyu 2,8 mm yuxarıya çatdırır.
Əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Kapilyarlığın təbiətdə rolu böyükdür. Torpaq qatlarında rütubətin ötürülməsi, torpaqdakı qida maddələrinin bitkilər tərəfindən mənimsənilərək, gövdə və budaqlara ötürülməsi, canlı orqanizmdə qanın kapilyar damarlarla verilməsi kapilyarlıq hadisəsi ilə bağlıdır. Kapilyarlıq hadisəsini tikinti işlərində də nəzərə almaq lazımdır. Belə ki, bir çox tikinti materialları (qum, beton, əhəng), keramik məmulatlar, gil və s. kapilyarlara malikdirlər və su da onlar vasitəsilə otağa nüfuz edə bilər. Inşaat işlərində bunun qarşısını almaq üçün binanın bünövrəsinin divarına tol qatı, qatran və ya digər maddələr çəkilir ki, rütubət divar vasitəsilə yaşayış binalarına keçməsin.[1]
BS
[redaktə | mənbəni redaktə et]BS-də maye stünunun qalxdığı hündürlük h aşağıdakı düsturla hesablanır:[2]
Burada
- maye səth gərginliyini (J/m² ya da N/m)
- θ Maye səthinə çəkilmiş toxunanın qabın şaquli divarı ilə
əmələ gətirdiyi bucaq
- ρ mayenin sıxlığı (kg/m³)
- g sərbəst düşmə təcli (m/s²)
- r borunun radiusudur (m)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Ümumi fizika kursu T.M.Pənahov V.İ.Əhmədov səh 170-172[ölü keçid]
- ↑ G.K. Batchelor, 'An Introduction To Fluid Dynamics', Cambridge Üniversitesi Yayınları (1967)