Kanadada turizm
Kanadada turizm — Kanada ərazisindəki turizm bazaları, istirahət mərkəzləri və səyahətlər.
Dövlət siyasəti
[redaktə | mənbəni redaktə et]Kanada bir çox təkrarolunmaz, nadir cəhətlərinə görə beynəlxalq turizm mərkəzi kimi xarici turistləri özünə cəlb edir[1]. Bu ölkədə turizm müasir tələblərə və istehlakçıların ehtiyaclarına cavab verməklə çoxşaxəlidir. Kanadanın turizm sənayesi çevik, çoxpilləli turizm inzibati-idarəçilik sistemi dövlətin əhəmiyyətli maliyyə dəstəyinə arxalanır. Ona görə də ölkə iqtisadiyyatının həm qabaqcıl, həm də yüksək sərmayə tələb edən əsas sahələrindən birinə çevrilmişdir[2].
Məsələn, 1995-ci il Kanadanın turizm sənayesi üçün olduqca uğurlu olmuşdu[1]. Həmin il əhalisi 25 milyon nəfər olan Kanadaya xaricdən 17 milyon qonaq gəlmişdi[1]. Turizm sənayesində 500 min nəfərdən çox insan çalışır[1]. İllik mənfəət 26 milyard $ təşkil edir, büdcəyə ödənilən vergi 450 milyon $ təşkil edir, bundan 250 milyon $ dövlət xəzinədarlığına, 160 milyon $ əyalət büdcələrinə, 40 milyon $ bələdiyyələrə mədaxil olur[1].
Hökumətin turizm sənayesinə göstərdiyi xüsusi qayğı, həyata keçirdiyi "Kiçik biznesin inkişafı proqramı" çərçivəsində ölkədə turizmin inkişafına himayəsi dövlətin daima diqqət mərkəzindədir. Özəl şirkətlərin və dövlətin turizmə ayırdığı sərmayələrin həcmi hər il artır[1]. Turizm sənayesi yeni iş yerlərinin açılmasına səbəb olur, ölkəyə sərmayə, valyuta cəlb edir[1].
Kanada federal hökuməti turizm sahəsinin idarəçiliyində çevik siyasət yürüdür[3]. Bu yaxınlara qədər turizm sahəsində federal siyasəti Kanada Sənaye Nazirliyi, onun tərkibində olan turizm departamenti, departamentin Kanada əyalətlərindəki bölgə şöbələri həyata keçirirdi[3].
1995-ci ilin fevral ayında Kanada Turizm Komissiyası yaradılmışdır[3]. Bu Komissiyanı yaratmaqda məqsəd federal, əyalət və bələdiyyə idarəetmə orqanlarının, habelə turizm sənayesinin, özəl və ictimai qurumların turizm sahəsində idarəçilik səylərini vahid qurumda birləşdirmək idi[3]. Turizm sahəsinin inkişafı sahəsində dövlət proqramlarının yaradılması və onların icrasına nəzarət, marketinq və tədqiqat proqramlarının, habelə turizm sahəsində yeni texnologiya və informasiya sistemlərinin inkişaf proqramlarının yaradılması Komissiyanın başlıca vəzifələridir[4]. Komissiya səfirliklərin və Xarici Ticarət Nazirliyi nümayəndəlikləri nəzdində fəaliyyət göstərən nümayəndələrinin vasitəsi ilə xaricdə öz fəaliyyətini həyata keçirmək imkanına malikdir[4]. Komissiyanın 26 üzvü var[4]. Onun tərkibi belədir:
- Komissiyanın sədri;
- Kanada Sənaye Nazirinin müavini;
- Kanadanın özəl turizm biznesinin 16 nümayəndəsi;
- Kanadanın əyalət turizm nazirliklərinin 7 nümayəndəsi[4].
Ölkədə bu sahəsdə federal idarəçilik sistemi mövcuddur. Bununla yanaşı əyalət idarələri də fəaliyyət göstərir[4]. On əyalətin hər birində ayrıca turizm nazirliyi və ya müvafiq sahə ilə məşğul olan nazirlik var[4]. Hər nazirliyin yerlərdə və digər ölkələrdə nümayəndələri vardır[4].
Hər əyalət inzibati-idarəçilik strukturuna görə turizm bölgələrinə ayrılıb[4]. Kanada Statistika İdarəsi, tarixi abidələrin, muzeylərin, milli parkların qorunması ilə məşğul olan Kanada Milli İrsin və Milli Parkların Qorunması Təşkilatı da turizm sahəsinin inkişafı fəaliyyətinə cəlb olunub[4].
Aviaşirkətlər, gəmiçilik və dəmir yolları, avto nəqliyyat şirkətlərindən ibarət çox şaxəli nəqliyyat şirkətləri şəbəkəsi, o cümlədən avtomobil kirayəsi şirkətləri, mehmanxana, motel və kempinq sistemləri, sığorta şirkətləri, qonaqları qəbul edən və yola salan turizm firmaları, mövsümü və idman istirahət mərkəzləri, habelə ovçuluq və balıqçılıq klubları, restoran, kafe, bar şəbəkələri bilavasitə Kanadanın turizm sənayesinin tərkibinə daxildir[5].
Bu ölkədə turizm bazarının vəziyyəti ölkənin siyasi-iqtisadi inkişafının durumundan da çox asılıdır[1]. Xüsusilə də Kvebek əyalətinə muxtariyyət statusu verildikdən sonra bu vəziyyət sabitliyi ilə səciyyələnmişdir[1]. Hazırda Kvebek Turizm Nazirliyinin Toronto və Monrealda iki bölgə nümayəndəsi, habelə ABŞ-nin Nyu-York, Çikaqo, Boston şəhərlərində, Avropada Brüssel, Düsseldorf, London, Paris, Roma şəhərlərində və Yaponiyanın paqytaxtı Tokioda nümayəndələri fəaliyyət göstərir[4].
Daxili turizm
[redaktə | mənbəni redaktə et]Daxili turizmdə kanadalıların səyahətlərinin 60 %-i yay mövsümünə, 20 %-i yaz və payız mövsümünə təsadüf edir[6].
Xarici turistlər
[redaktə | mənbəni redaktə et]2015-ci ildə Kanadaya gələn qonaqlar arasında aşağıdakı ölkələr üstünlük təşkil etmişdir:[7]
Yer | Ölkə | Turist sayı | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | ABŞ | 22,057,860 | ||||||||||||||
2 | {{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =
}}|| 733,280 |
3 | ÇXR | 511,234 | ||||||||||||||
4 | Fransa | 507,627 | ||||||||||||||
5 | Almaniya | 343,716 | ||||||||||||||
6 | Avstraliya | 307,123 | ||||||||||||||
7 | Yaponiya | 294,934 | ||||||||||||||
8 | Meksika | 204,756 | ||||||||||||||
9 | Cənubi Koreya | 204,741 | ||||||||||||||
10 | Hindistan | 200,094 | ||||||||||||||
Ümumi turist sayı | 27,554,943 |
Marşurutlar
[redaktə | mənbəni redaktə et]Şərabçılıq turları
[redaktə | mənbəni redaktə et]Bu ölkədə şərabçılıq sənayesinin inkişaf etməsi turistlərin bu sahəyə diqqətini cəlb edir[8]. Hazırda ölkənin Britaniya Kolumbiyasına və Ontario regionlarına şərabçılıq turu populyardır[8].
Monreala səfər
[redaktə | mənbəni redaktə et]Kanadanın ən cazibədar turizm mərkəzlərindən biri Monrealdır. Bu şəhərə hər il dünyanın bütün bölgələrindən xeyli sayda turist gəlir[3].
Monrealda iqlimlə bağlı problemlərdən tamamilə uzaq olan yeraltı şəhər salınıb. Orada poçt şöbələri, bank filialları, mağazalar, restoran, kafe və s. obyektlər fəaliyyət göstərir[6]. Yeraltı keçidlərin, habelə metro və dəmir yol vağzalı vasitəsi ilə bir kompleksdən digərinə asanlıqla keçmək olur[6].
Monrealda və onun ətrafındakı ərazilərdə istirahət və əyləncə üçün çoxsaylı parklar təşkil olunub[6]. Mont-Royal Park, Müqəddəs Yelena və Notr-Dam adalarında yerləşən parklar, Lafonten Parkı, Jin Mais Parkı, Site 84 Avr Parkı, Anqrinyon Parkı, Rene Lepek Parkı, Kap Sant Jak bölgə parkı, Pont o Preri Parkı.
Buşervil adasındakı Park və başqaları qonaqlar arasında böyük şöhrət qazanıb[3]. Bütün parklarda pullu avtomobil dayanacaqları xidmət göstərir[3]. Təbiət qoynunda yeyib-içmək üçün yerlər təchiz olunub, idman oyunları keçirmək üçün şərait yaradılıb[3].
Monrealdan cənubda Nemminqford "Safari Parkı" yerləşir, buraya şəhərdən yarım saata çatmaq mümkündür. Parkda dünyanın bütün yerlərindən gətirilmiş 600 növdə vəhşi heyvan məskunlaşıb[3]. Park eyni zamanda attraksionlarla təchiz olunub[3].
Monrealdan şərqdə, Qrenbi adlanan yerdə Kanadanın ən böyük zooparklarından biri yerləşir[3]. Bundan başqa Oka, Polsev, Mont-Sant Bruno parklarına, həmçinin Estri bölgəsinə və Lorentyen dağına ekskursiyalar təşkil edilir. Parkların əksəriyyətində giriş haqqı pulsuzdur. Bəzi parklarda illik giriş bileti satışı tətbiq olunur. Milli parkların ərazisində və ətraflarında mehmanxana və motellər yerləşir. Arzu edənlərə bu ərazilərdə kempinq qurmaq üçün avadanlıq da kirayə verilir[3].
Xarici sərmayə
[redaktə | mənbəni redaktə et]Ölkədə xarici turizm və nəqliyyat şirkətləri fəaliyyət göstərir[2]. Bu şirkətlərin hər birində müxtəlif turizm xidmətlərini bazara çıxaran turizm agentlikləri şəbəkəsi mövcuddur[2].
Güzəştlər
[redaktə | mənbəni redaktə et]Xarici ölkələrdən olan turistlərin Kanadaya cəlb edilməsi məqsədilə hökumət qanunvericilik səviyyəsində qonaqlar üçün bir sıra güzəştlər tətbiq edir. Buraya mehmanxanalarda yerləşmə, məmulat və xidmət alışı ilə bağlı vergi güzəştləri də daxildir[2]. Güzəştlə bağlı xərclədikləri vəsaitin bir hissəsini geri almaq hüququndan istifadə etmək üçün turistlərin Kanadanın vergi xidmətinə müraciət etmələri kifayətdir[2]. Dostlarına, qohumlarına tütün məmulatları, alkoqollu içkilər istisna olmaqla, bu ölkəyə hədiyyə gətirən turistlər 60 min Kanada dolları məbləğində olan mallara görə gömrük rüsumundan azad edilir[2]. Şəxsi istifadə, idman və ya ovçuluq məqsədi ilə ölkəyə azad surətdə tüfəng, balıqçılıq ləvazimatları gətirilə bilər[2].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 İlqar Hüseynov, Nigar Əfəndiyeva. Turizmin əsasları Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine (dərslik), Bakı, 2007. səh. 203, anl.az (az.)
- ↑ 1 2 3 4 5 6 7 İlqar Hüseynov, Nigar Əfəndiyeva. Turizmin əsasları Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine (dərslik), Bakı, 2007. səh. 207, anl.az (az.)
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 İlqar Hüseynov, Nigar Əfəndiyeva. Turizmin əsasları Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine (dərslik), Bakı, 2007. səh. 205, anl.az (az.)
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 İlqar Hüseynov, Nigar Əfəndiyeva. Turizmin əsasları Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine (dərslik), Bakı, 2007. səh. 206, anl.az (az.)
- ↑ İlqar Hüseynov, Nigar Əfəndiyeva. Turizmin əsasları Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine (dərslik), Bakı, 2007. səh. 206-207, anl.az (az.)
- ↑ 1 2 3 4 İlqar Hüseynov, Nigar Əfəndiyeva. Turizmin əsasları Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine (dərslik), Bakı, 2007. səh. 204, anl.az (az.)
- ↑ Service bulletin International Travel: Advance Information Arxivləşdirilib 2016-06-02 at the Wayback Machine, December 2015
- ↑ 1 2 “Mədəni layihələrlə əlaqələrimizin yaxşı başlanğıcını qoymuşuq” Arxivləşdirilib 2021-06-25 at the Wayback Machine. medeniyyet.az, 01.02.2017 (az.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- VikiSəyahətdə Canada haqqında səyahət məlumatları var.
- Canadian Tourism Commission (Official Government Website)
- Ontario Tourism (ON)
- Tourism Québec (QC)
- Tourism British Columbia (BC)
- Tourism Vancouver (BC)
- Tourism Victoria (BC)
- Travel Alberta (AB)
- Banff Lake Louise Tourism (AB)
- Edmonton Tourism (AB)
- Tourism Calgary (AB)
- Travel Manitoba (MB)
- Destination Winnipeg (MB)
- Tourism Toronto (ON) Arxivləşdirilib 2007-05-15 at the Wayback Machine
- Tourism Montreal (QC) Arxivləşdirilib 2009-04-13 at the Wayback Machine
- Tourism Yukon (YT) Arxivləşdirilib 2006-01-14 at the Wayback Machine
- Annapolis Valley Tourism (NS)
- Nunavut Tourism
- Travel Canada
- Canadian Travel Site Arxivləşdirilib 2018-11-06 at the Wayback Machine
- Popular Canadian Travel Destinations Arxivləşdirilib 2019-02-01 at the Wayback Machine