Kamik
Naviqasiyaya keç
Axtarışa keç
Kamik | |
---|---|
37°28′51″ şm. e. 13°32′47″ ş. u.HGYO | |
Kamik (lat. Camicus, q.yun. Καμικός) — Siciliyada yaşayan sikanların paytaxtı. Bu, yunan mifologiyasında Dedalın sikan padşahı Kokal üçün tikdiyi qaladır.[1]
Kamikin yeri müasir arxeoloqlar tərəfindən Sant-Ancelo-Muksaro olaraq müəyyən edilmişdir.[2] Keçmiş istehkamlı yaşayış məntəqəsinin yalnız iki fraqmenti bu günə qədər qalmışdır. Buna baxmayaraq, yaxınlıqda aşkar edilmiş nekropol tunc dövründə burada böyük yaşayış məntəqəsinin mövcudluğundan xəbər verir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Diodor de Sicília. Biblioteca històrica, VI, 78-79
- ↑ Smith, William. "Camicus". Dictionary of Greek and Roman Geography (1854). 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2022.