Kamerun Prezidenti
Kamerun Prezidenti | |
---|---|
Président de la République du Cameroun President of the Republic of Cameroon | |
| |
Vəzifədədir Paul Biya 6 noyabr 1982-ci ildən | |
Başçılıq edir | Kamerun |
Vəzifənin təsis tarixi | 5 may 1960 |
Vəzifədə birinci | Əhmədu Ahico |
Rəsmi saytı | prc.cm/en/ |
Kamerun Prezidenti
Tarixi
[redaktə | mənbəni redaktə et]1960-cı il yanvarın 1-də Kamerun, Fransadan dövlət müstəqilliyini elan etdi. 1960-cı il mayın 15-də Kamerun Prezidenti vəzifəsinə Fransız Kamerununun Baş naziri Əhmədu Ahico gətirildi. 1960-cı ildən 1965-ci ildə qədər Əhmədu Ahico Kamerunun Prezidenti vəzifəsini icra etdi.
1965-ci il martın 23-də Kamerun tarixində birinci dəfə Prezident seçimləri baş tutdu. Seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və 5 il müddətinə Kamerun Prezidenti seçildi.
28 mart 1970-ci ildə Kamerunda növbəti dəfə Prezident seçimləri baş tutdu. Yenə seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və yenidən 5 il müddətinə Kamerun Prezidenti seçildi.
1975-ci il aprelin 5-də Kamerunda üçüncü dəfə Prezident seçimləri baş tutdu. Seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və üçüncü dəfə 5 il müddətinə Kamerun Prezidenti seçildi.
5 aprel 1980-cı ildə Kamerunda növbəti dəfə Prezident seçimləri baş tutdu. Yenə seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və dördüncü dəfə 5 il müddətinə Kamerun Prezidenti seçildi.
1982-ci il noyabrın 6-da Əhmədu Ahico, səhhətində yaranan problemlərə görə istefa verdi və həmin vəzifəyə Kamerunun Baş naziri Paul Biya gətirildi.
14 yanvar 1984-cü ildə Kamerunda beşinci dəfə Prezident seçimləri baş tutdu. Seçimlərin yeganə nazmidəi olan Paul Biya səslərin 100 faizini topladı və 4 il müddətinə Kamerun Prezidenti seçildi.
1988-ci il aprelin 24-də Kamerunda növbəti dəfə Prezident seçimləri baş tutdu. Yenə seçimlərin yeganə namizədi olan Paul Biya səslərin 100 faizini topladı və yenidən 4 il müddətinə Kamerun Prezidenti seçildi.
11 oktyabr 1992-ci ildə Kamerunda yeddinci dəfə Prezident seçimləri baş tutdu. Kamerun tarixində birinci dəfə baş tutan çox namizədli seçimlərdə Paul Biya səslərin 40 faizini topladı və səslərin 36 faizini toplayan Con Fru Ndini arxada qoyaraq 5 il müddətinə Kamerun Prezidenti seçildi.
1997-ci il oktyabrın 12-də Kamerunda növbəti dəfə Prezident seçimləri baş tutdu. Həmin seçimlərdə Paul Biya səslərin 92.57 faizin topladı və səslərin 2.50 faizini toplayan Henri Hoqbe Nlendi arxada qoyaraq 7 il müddətinə Kamerun Prezidenti seçildi.
9 oktyabr 2004-cü ildə Kamerunda doqquzuncu dəfə Prezident seçimləri baş tutdu. Səslərin 70.92 faizini toplayan Paul Biya, səslərin 17.40 faizini toplayan Con Fru Ndini yenə arxada qoydu və yenidən dəfə 7 il müddətinə Kamerun Prezidenti seçildi.
2011-ci il oktyabrın 11-də Kamerunda növbəti dəfə Prezident seçimləri baş tutdu. Həmin seçimlərdə Paul Biya səslərin 77.99 faizin topladı və səslərin 10.72 faizini toplayan Con Fru Ndini arxada qoyaraq üçüncü dəfə 7 il müddətinə Kamerun Prezidenti seçildi.
7 oktyabr 2018-ci ildə Kamerunda on birinci dəfə Prezident seçimləri baş tutdu. Səslərin 72.28 faizini toplayan Paul Biya, səslərin 14.24 faizini toplayan Maurise Kamtonu arxada qoydu və dördüncü dəfə 7 il müddətinə Kamerun Prezidenti seçildi.
Prezidentilərin siyahısı
[redaktə | mənbəni redaktə et](doğum—vəfat illəri) |
|||||||
(1924—1989) |
1970 1975 1980 |
8220 | |||||
(1933—) |
1988 1992 1997 2004 2011 2018 |
15365 |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstindlar
[redaktə | mənbəni redaktə et]- ↑ 6 noyabr 1982-ci il tarixində istefa verdi