Kaloyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Romalı cəlladı Kaloyan
Калоян Ромеоубиец
Kaloyanın Varnadakı heykəli
Kaloyanın Varnadakı heykəli
1197 – 1207
ƏvvəlkiI İvan Asen
SonrakıBoril
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri
Milliyyəti Bolqar
Fəaliyyəti suveren[d]
Atası ?
Anası ?
Həyat yoldaşı Kuman Anna
Uşağı Mariya Asen
Ailəsi Asen sülaləsi
Dini Ortodoks

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kaloyan Romalı cəlladı - İkinci Bolqarıstan imperiyasının üçüncü imperatoru. IV PyotrI İvan Asenin kiçik qardaşıdır.

İlkin həyatı

[redaktə | mənbəni redaktə et]

1168/1169-cu ildə İvan adı ilə doğulmuşdur. 1187-ci ildə Konstantinopolda girov yaşamış və oradan qaçmışdır.[1] 1197-ci ildə qardaşlarının ölümündən sonra hakimiyyətə gəlmişdir.

1197-ci ildə bütün rəqiblərini məğlub edərək hakimiyyətə gəlmiş, 1202-ci iləcən indiki Türkiyə-Bolqarıstan sərhəddinəcən torpaqları işğal etmiş, MakedoniyaSerbiyanı ələ keçirmişdir.

Kaloyanın hakimiyyəti altında Bolqarıstan

Lakin 1202-ci ildə Macarıstan kralı I İmrenin Belqradı işğal etməsi, öz vassalı Vukan Nemanyiçi Serbiya taxtına gətirməsi ilə Kaloyanın macarlara münasibəti pisləşdi. 1203-cü ildə cavab hücumu olaraq Vukanın qardaşı Stefan Nemanyiçi Serbiya taxtına namizəd göstərərək macarları qovdu. Papa III İnnokentinin müdaxiləsinə qədər macarlarla düşmən münasibətləri davam etdi. Kaloyan papaya müraciət edərək özünün imperator kimi tanınmasını istədi.[2] Papa isə sadəcə kral kimi tanımaqla yetindi və ona "rex Bulgarorum et Blachorum" (lat. Bolqarların və Valaxların kralı) titulu verdi.[3]

Latın imperiyası ilə münasibətlər

[redaktə | mənbəni redaktə et]

1204-cü ildə Dördüncü Səlib yürüşünün nəticəsi olaraq I Bolduin Latın imperiyasının hökmdarı elan olunmuşdu. Bundan qorxuya düşən Trakiya yunanları Kaloyana tabe olub qorunma tələb etmişdilər. Böyük Ədirnə döyüşündə Kaloyan və 14.000 kuman əsgəri səlibçiləri ağır məğlubiyyətə uğratmış, imperator Bolduin əsir düşmüş, Blua qrafı I Luiz de Blua isə öldürülmüşdü. Bolduin daha sonra 1205-ci ildə edam edildi.[4] Həmin il Kaloyan Latın imperiyasının Balkan yarımadasındakı digər torpaqlarını da ələ keçirmişdi. 31 yanvar 1206-cı ildə səlibçiləri bir daha məğlub edən Kaloyan Təkirdağı ələ keçirmişdi.

Hakimiyyətinin son illəri

[redaktə | mənbəni redaktə et]

1207-ci ildə Nikeya imperiyası ilə müttəfiq olan Kaloyan həmin il Saloniki krallığının hökmdarı, Montferrat markizi I Bonifatsini öldürərək dövləti öz torpaqlarına daxil etdi. Lakin şəhərin mühasirəsi zamanı öz sərkərdəsi kuman Manastar tərəfindən öldürüldü.

Kaloyan iki dəfə evlənmişdir. Birinci həyat yoldaşının adı bilinmir. Bu evlilikdən Mariya Asen doğulmuşdur. Kaloyan ikinci dəfə kumanların şahzadəsi Anna ilə evlənmişdir. Bu evlilikdən övlad doğulmamışdır.

  1. Dennis P. Hupchick, The Balkans:From Constantinople to Communism, (Macmillan, 2002), 67.
  2. C-tin C. Giurescu, Dinu C. Giurescu, Istoria românilor din cele mai vechi timpuri până astăzi, Bucharest, 1975, p.184
  3. Kievan Rus, the Bulgars and the Southern Slavs, c.1020 - c.1200, Martin Dimnik, The New Cambridge Medieval History, Part 2, ed. David Luscombe, Jonathan Riley-Smith, (Cambridge University Press, 2004), 266.
  4. John V.A. Fine, The Late Medieval Balkans, (University of Michigan Press, 1994), 81-82.