Kaktuskimilər

Vikipediya, azad ensiklopediya
(Kaktus səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Kaktuskimilər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Kaktuskimilər (lat. Cactaceae) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]
Kaktus

Təbiətdə 3 mindən çox kaktus növü var. Əksəriyyəti 500 il yaşayır və iri ölçülərə malik olurlar( hündürlüyə 10 m və eni bir neçə metr) Hazırda təbiətdə olan kaktus növlərinin 2/3 hissəsinə Cənubi Amerikada rast gəlinir. Quraqlıq iqlimin əlverişsiz mühitinə dözmək üçün bunlarda min illər ərzində bir sıra uyğunlaşmalar əmələ gəlmişdir. Onların yarpaqları tikana çevrilmiş və üzəri mum maddəsi ilə örtülmüşdür. Kaktuslar quraqlığadavamlı, həm də işıqsevən bitkilərdir. Gün ərzində onlara 3-4 saat gün işığı düşməlidir. Lakin qızmar günəş kaktusun cavan zoğlarını yandırır, onlar üzərində sarı ləkələr əmələ gəlir. Daha da təhlükəli olan yaz günəşidir. Yazda onları günəşə tədricən öyrətmək lazımdır, bunun üçün ağ kağız və ya tənziflə kölgə etmək məsləhətdir. Kaktusların təmiz havaya da ehtiyacları böyükdür. Bunun üçün otaqda havanı tez-tez dəyişmək lazımdır. Bunu da bilmək vacibdir ki, bu bitkilər hava çəkən yerlərdən qorxurlar. Bütün yayı dibçəkdə olan torpaq nəm olmalıdır, torpaq quruduqda cavan köklər quruyacaq, su çox olduqda isə bitki çürüyəcək. İsti yay günlərində kaktuslara həftədə 2-3 dəfə, qızmar istidə tez-tez, yağışlı və tutqun havada isə gec-gec, həm də otaq temperaturunda su vermək məsləhətdir. Bu qaydanı möhkəm mənimsəmək lazımdır. Yayda kaktuslara (uzun ağ tükcüklərlə örtülü olan kaktusları çıxmaqla) hər gün ya səhər tezdən, ya da axşam su çiləmək faydalıdır. Gün işığı altında bunu etmək olmaz, çünki bu bitkidə yanıq əmələ gətirir. Kaktusu suvarmaq üçün suya bir çimdik limon və ya bor turşusu qatılır, lakin elə etmək lazımdır ki, bu su bitkinin üzərinə düşməsin. Kaktuslara düzgün qulluq etdikdə onlar tez böyüyür. Aprelin ortasından sentyabra qədər onların üzərində yeni zoğlar və cavan tikanlar əmələ gəlir. Əksəriyyəti bu dövrdə çiçəkləyir. Noyabrın ortasından fevrala qədər qışa keçidlə əlaqədar onlarda sakitlik mərhələsidir. Bu dövrdə onlara sərin və işıqlı yer ayırmaq lazımdır, yoxsa onlar böyüməkdə davam edəcək, zoğlar uzanaraq nazik və solğun-yaşıl olacaq. Nəticədə yayda zəif böyüyəcək, heç vaxt çiçək açmayacaq. Ona görə də onları pəncərə önünə yığmaq və otaqda temperatur 15º C çox olmamalıdır. Qışda əgər temperatur 6-8º C olarsa ayda 1 dəfə, temperatur 10-15º C-də isə ayda 2 dəfədən çox olmayaraq su vermək olar. Qışdan yaya və yaydan da qışa kaktusları tədricən keçirmək lazımdır.[3]

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Kaktus, cins adı olmamasına baxmayaraq, kaktuskimilər fəsiləsini meydana gətirən gövdələri ətli, yastılaşmış və sulu olan, yarpaqları tikan şəklini almış bütün çiçəkli bitkilərə verilən ortaq addır. Səhralarda və tropiklərdə yayğındılar. Səhrada yetişən Saguaro ən böyük kaktuslardan biridir. Yetkinlərinin hündürlüyü 12 metrə çatır. Nadir hallarda hündürlüyü 15 metrdən artıq olan kaktuslara da rast gəlinir. Kaktuslar yağış və su istəməyən bitkilərdir. Ümumiyyətlə, səhralarda və isti iqlimlərdə yetişirlər. Kökləri çox uzun və qalındır. Bu xüsusiyyətləri və yarpaqlarının tikan şəklində olması, onları digər bitkilərdən fərqləndirir. Kaktusların eni və boyu yaxşı bəsləndiyi təqdirdə olduqca uzun və qalın olur. Bəzi kaktusların tikanları zəhərli ola biləcəyi kimi, hər şəkildə dəriyə batdığında incə tikanları üzündən çox can ağrıdarlar və çıxarılmaları çətindir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda əsasən otaq bitkisi olaraq tanınır. Buranın iqlimi hər növ kaktusların bitməsi və yayılması üçün əlverişlidir. Kaktuslardan qəribə də olsa dekorativ bitki kimi istifadə edilir.

Kosmetika sənayesində aloe-vera adlı kaktusdan istifadə edilir. Azərbaycanda əzvay kimi tanınır. Bu kaktus növü qədimdən indiyədək əvəzedilməz antioksidant təsiri olan kosmetik vasitə kimi tanınır.

  1. Angiosperm Phylogeny Group An update of the Angiosperm Phylogeny Group classification for the orders and families of flowering plants: APG III (ing.). // Botanical Journal of the Linnean Society / M. F. Fay Wiley-Blackwell, Linnean Society of London, OUP, 2009. Vol. 161, Iss. 2. P. 105–121. ISSN 0024-4074; 1095-8339 doi:10.1111/J.1095-8339.2009.00996.X
  2. Jussieu A. d. Genera Plantarum: secundum ordines naturales disposita, juxta methodum in Horto regio parisiensi exaratam, anno M.DCC.LXXIV. 1789. S. 310. doi:10.5962/BHL.TITLE.284
  3. Рогожкин А.Г. Энциклопедический словарь юного натуралиста.