34°59′19″ şm. e. 32°54′13″ ş. u.HGYO

Kakopetriya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kakopetriya
Κακοπετριά
34°59′19″ şm. e. 32°54′13″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
Mərkəzin hündürlüyü 665 m[5]
Saat qurşağı
Əhalisi
Əhalisi
Digər
kakopetria.org.cy
Xəritəni göstər/gizlə
Kakopetriya xəritədə
Kakopetriya
Kakopetriya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

KakopetriyaKiprdə, paytaxt Nikosiyanın 55 kilometr (34 mil) cənub-qərbində, Troodos dağlarının şimal ətəklərində yerləşən qəsəbə.[8] Dəniz səviyyəsindən 667 metr yüksəklikdə yerləşən qəsəbə Solea vadisindəki ən yüksək yaşayış məntəqəsidir.[8] Kakopetriyanın 1 200 nəfər daimi sakini var. Bundan əlavə qəsəbədə yazlıq evi olan və ya əslən Kakopetriyadan olsa da Nikosiyada işləyən 100 nəfər daha yaşayır. Qəsəbənin yaxınlığında UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş, 11-ci əsrə aid Müqəddəs Nikolas kilsəsi yerləşir.

Qəsəbənin adının mənşəyi ilə bağlı iki versiya mövcuddur.[8] İlk versiyaya görə Kakopetriya adı yunanca "kako" (pis) və "petra" (daş, qaya) sözlərindən yaranmışdır.[8] İkinci versiyaya görə isə bu ad "Petra tou Androgynou" (Cütlük Qayası) adlı böyük bir qayaya dair bir əfsanədən qaynaqlanır.[8]

Kakopetriya qalın meşəlik ərazi ilə əhatə olunmuş və Karqotis və Qarillis çaylarının sahillərində yerləşir.[8] Bu iki çay qəsəbə daxilində birləşərək Klarios çayını əmələ gətirir. Köhnə Kakopetria vadinin qərbində və iki çay arasında yerləşir. Buradakı evlərin damları maili və kirəmitlidir və demək olar ki, hamısının üst mərtəbəsi və taxta balkonu var. Qradiyent zəmində və çay sahillərində inşa edilmiş geniş, kirəmit damlı müasir evləri olan yeni Kakopetria isə vadinin şərq hissəsində, çayların sahillərində inşa edilib.

Kakopetriya orta əsrlər tarixçiləri tərəfindən qeyd olunsada, ərazinin məskunlaşması ən gec Kipr krallığından bəri mövcuddur.[8] Qəsəbənin yerləşdiyi regionda isə təxminən 6-7-ci əsrlərdə məskunlaşılmışdır və 1938-ci ildə köhnə Kakopetriya kəndi ətrafında aparılan müxtəlif qazıntılar da bunu sübut edir.[8] Qazıntılar zamanı böyük ehtimalla ilahə Afinaya aid olan qədim bir ziyarətgahın qalıqları üzə çıxmışdır.[8] Tapıntılar çox güman ki, Kiprin arxaik və klassik dövrlərinə aiddir. Ərazidə tapılmış heykəlciklərin bəziləri Heraklı təmsil edir və bu ərazidə ilahə Afina ilə birlikdə ona da ibadət olunduğunun göstəricisidir. Bu tapıntılar hal-hazırda Nikosiya Arxeoloji Muzeyində sərgilənir.

Müqəddəs Nikolas kilsəsi

[redaktə | mənbəni redaktə et]

Kakopetria yaxınlığında UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş Müqəddəs Nikolas kilsəsi yerləşir. Kilsə XI əsrdə Kiprdə qalan yegənə orta əsr Bizans kafolikonudur (monastır kilsəsi).

  1. 1 2 STATISTICAL CODES OF MUNICIPALITIES/COMMUNITIES AND QUARTERS OF CYPRUS, 2015 (ing.). CYSTAT.
  2. 1 2 ΣΤΑΤΙΣΤΙΚΟΙ ΚΩΔΙΚΟΙ ΔΗΜΩΝ/ΚΟΙΝΟΤΗΤΩΝ ΚΑΙ ΕΝΟΡΙΩΝ ΤΗΣ ΚΥΠΡΟΥ, 2015 (yun.). Στατιστική Υπηρεσία της Κυπριακής Δημοκρατίας.
  3. ΤΑΞΙΝΟΜΗΣΗ ΓΙΑ ΤΟΝ ΒΑΘΜΟ ΑΣΤΙΚΟΠΟΙΗΣΗΣ ΣΤΗΝ ΚΥΠΡΟ (yun.). Στατιστική Υπηρεσία της Κυπριακής Δημοκρατίας, 2016.
  4. CLASSIFICATION FOR THE DEGREE OF URBANISATION IN CYPRUS (ing.). CYSTAT, 2016.
  5. Κατάλογος κοινοτήτων επιλέξιμων μειονεκτικών περιοχών (yun.). Κυπριακός Οργανισμός Αγροτικών Πληρωμών. S. 2.
  6. Απογραφή πληθυσμού 2011 (yun.). 14 Στατιστική Υπηρεσία της Κυπριακής Δημοκρατίας, 2001.
  7. Census of population 2011 (ing.). 14 CYSTAT, 2001.
  8. 1 2 3 4 5 6 7 8 9 "Kakopetria". 2020-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-14.