Kadomatsu
Kadomatsu (門松?, "darvaza şamı") – Yaponiyada yeni il ərəfəsində darvazaya qoyulan ənənəvi dekorasiya. Məqsəd ulu ruhları və ya bərəkət kamilərini qarşılamaqdır.[1] Kadomatsu Milad bayramından 5 yanvara qədər (Edo dövründə 7 yanvara) yerləşdirilir və kamilər üçün müvəqqəti ev hesab olunur. Kadomatsunun dizaynı regionlara görə dəyişir, lakin adətən şam, bambuk və ya umedən hazırlanır. Bu bitkilər, uyğun olaraq, uzunömürlülüyü, çiçəklənməni və mətanəti simvolizə edirlər.[2] Yeni il mərasimlərinin fundamental funksiyası bərəkət gətirən və hər kəsə əcdadların hifzini bəxş edən toşiqamini şərəfləndirmək və qarşılamaqdır. 15 yanvardan sonra (və ya 19 yanvardan) kadomatsu yandırılır və kamilərin getməsinə şərait yaradılır. Kadomatsunun Unicode sistemində simvolu da var.[3]
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Kadomatsunun mərkəzi hissəsi üç böyük bambuk çubuğundan ibarətdir. Lakin plastik kadomatsular da satılır. İkebanın oxşar ənənələrinə uyğun olaraq bambuklar müxtəlif hündürlüklərdə yerləşdirilirlər və cənnət, bəşəriyyət və yeri simvolizə edirlər. Cənnəti simvolizə edən ən yüksəkdə, yeri simvolizə edən ən aşağıda olur. Bəzi kadomatsularda yer ilə bəşəriyyəti simvolizə edən çubuqlar eyni hündürlükdə olur. Kadomatsunun əsas elementləri bir araya gətirildikdən sonra həsirlə və yenicə toxunmuş kəndirlə bağlanır. Kadomatsu darvazanın hər iki tərəfinə qoyulur: biri kişini, biri qadını simvolizə edir.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Kanto regionunda kadomatsu.
-
Kansay regionunda.
-
Hər biri 700 yenə satılan 3 miniatür kadomatsu.
-
Mağazada satılan kadomatsu.
-
Kioto stilində kadomatsu.
-
Edo stilində kadomatsu.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2016-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-16.
- ↑ "Lucky food, charming decorations, visiting deities: welcoming the new year with history, tradition | The Japan Times". The Japan Times (ingilis). 2019-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-16.
- ↑ "Pine Decoration Emoji". Emojipedia. 2018-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-16.