Kabus ada

Vikipediya, azad ensiklopediya
(Kabus-ada səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Carta Marina xəritəsi. Pifey tərəfindən kəşf edilmiş mövcud olmayan Tula adaları
Cənubi Kaliforniya

Kabus ada — əvvəllər coğrafi xəritələrdə göstərilən, indi isə mövcud olmayan adalara deyilir. Kabus adalar mifik adalardan fərqləndirici cəhət ondan ibarətdir ki, mifik adalar kabus adalar kimi müzakirə edilməyib. Kabus adalara aysberqləri göstərmək olar. Bu adalar tədricən yox olmuşlar.

Bəzi kabus adalar haqqında

[redaktə | mənbəni redaktə et]
Ada Kəşf olunduğu il Qeydlər
Tule adası E.ə. 325 Qədim yunan səyyahı Pifey şimalda yerləşən Tule adası haqqında yazmışdır. Tulenin harada yerləşməsi barədə qəti fikir yoxdur.
Aşağı Kaliforniya XIX-XX əsrlər Uzun müddət ada kimi qəbul olunurdu.
Buss adası 1578 Martin Frobişer tərəfindən kəşf edilib. Hal-hazırda mövcud deyil.
Qroklent adası XVI əsrin sonu Qrenlandiyanın ətrafında göstərilirdi.
Frisland adası XVII əsr Farer adaları ilə birlikdə göstərilirdi.
Pips adası XVIII əsr Folklend adaları ətrafında göstərilirdi.
Kruzenştern rifi 1805 Rus səyyahları tərəfindən kəşf edilmişdir. Hal-hazırda mövcud deyil.
Sannikov Torpağı XX əsr xəritələrdə Şimal Buzlu Okeanın ətrafında Sannikov torpağı adlı ada göstərlirdi. Bu ada hal-hazırda mövcud deyil.
  • Henry Stommel Lost Islands: The Story of Islands That Have Vanished from Nautical Charts. University of British Columbia Press, 1984. ISBN 0-7748-0210-3

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]