Kərkük qətliamı (1924)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kərkük qətliamı
Əsas münaqişə: Mahmud Bərzənci üsyanları
Kərkükün qətliamın baş verdiyi tarixi hissəsi.
Kərkükün qətliamın baş verdiyi tarixi hissəsi.
Ümumi məlumatlar
35°28′ şm. e. 44°24′ ş. u.HGYO
Yeri
Hücumun hədəfi Kərkük əhalisi
Tarix 4 may 1924
Hücum metodu gülləbaran, qiyam, qarətçilik
Silah(lar) tüfəng
Ölü sayı 300
Yaralı sayı onlarla
Törədən(lər) İraq çağırışçıları[d]

Kərkük qətliamı — 4 may 1924-cü ildə aysor çağırışçılar tərəfindən İraqda Britaniya mandatlığında, Kərkük şəhərinin əhalisinə qarşı qətliam.[1][2][3][4][5]

1924-cü ilin əvvəlində Mahmud Bərzənci üsyanları zamanı Britaniya imperiyası kürdlərin yaşadığı Süleymaniyyə şəhərini ələ keçirmək məqsədilə quru qoşunları kimi istifadə etmək üçün Kərkük vilayətinə aysor çağırışçıları yerləşdirmişdir.[6][7]

4 mayda yerli bazarda qiymətlərlə bağlı mübahisə baş vermiş və fiziki davaya səbəb olmuşdur.[8][9] Çağırışçılar daha sonra öz düşərgələrinə qayıtmış, tüfəngləri və silahlıları toplamışdılar. "Xarici İşlər üzrə Britaniya Sənədləri – Xarici İşlər Nazirliyinin hesabatları və sənədlərinin məxfi çapı: İbn Səudun genişlənməsi, 1922–1925" nəşrinə görə, "iki aysor batalyonu daha sonra şəhərə qayıtmış, yolda çayxanalarda oturan bir neçə müsəlmana vəhşicəsinə hücum etmiş, mebelləri dağıtmış və müştəriləri döymüşdülər".[10][11] Aysor çağırışçılar damlara çıxaraq küçələri və evlərə atəşi tutmuş, dükanları və evləri qarət etmişdilər.[12]

Qətliam zamanı 300-dən çox kürd, ərəbtürkmən həlak olmuşdur,[4] onlarla daha çoxu yaralanmışdır.[13]

  1. British Documents on Foreign Affairs--reports and Papers from the Foreign Office Confidential Print: The expansion of Ibn Saud, 1922-1925 (ingilis). University Publications of America. 1985. 12–13. ISBN 978-0-89093-603-0. 2022-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29. on 4th May , however , inhabitants of Kirkuk were the victims of an atrocious massacre perpetrated by Assyrian levies , which has changed whole situation.
  2. Great Britain, Colonial Office. Report by His Britannic Majesty's Government to the Council of the League of Nations on the Administration of Iraq (ingilis). 1927. 21. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  3. Great Britain, Colonial Office. Iraq, Report on Iraq Administration (ingilis). H.M. Stationery Office. 1925. 29. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  4. 1 2 Salt, Jeremy. The Unmaking of the Middle East: A History of Western Disorder in Arab Lands (ingilis). Univ of California Press. 2008. 108. ISBN 978-0-520-26170-9. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  5. Rush, Alan de Lacy; Priestland, Jane. Records of Iraq, 1914-1966: 1921-1924 (ingilis). Archive Editions. 2001. 86. ISBN 978-1-85207-820-1. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29.
  6. Jackson, Robert. The RAF in Action: From Flanders to the Falklands (ingilis). Blandford Press. 1985. 20. ISBN 978-0-7137-1419-7. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29.
  7. Great Britain, Colonial Office. Report by His Britannic Majesty's Government to the Council of the League of Nations on the Administration of Iraq (ingilis). 1930. 31. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  8. Fuccaro, Nelida. Violence and the City in the Modern Middle East (ingilis). Stanford University Press. 2016-03-09. 184. ISBN 978-0-8047-9776-4. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  9. Sonyel, Salahi Ramadan. The Assyrians of Turkey: Victims of Major Power Policy (ingilis). Turkish Historical Society. 2001. 177. ISBN 978-975-16-1296-0. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29.
  10. British Documents on Foreign Affairs--reports and Papers from the Foreign Office Confidential Print: The expansion of Ibn Saud, 1922-1925 (ingilis). University Publications of America. 1985. 13. ISBN 978-0-89093-603-0. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29.
  11. Browne, John Gilbert. The Iraq Levies, 1915-1932 (ingilis). Royal United Service Institution. 1932. 34–5. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  12. British Documents on Foreign Affairs--reports and Papers from the Foreign Office Confidential Print: The expansion of Ibn Saud, 1922-1925 (ingilis). University Publications of America. 1985. 13. ISBN 978-0-89093-603-0. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-15.
  13. Bet-Shlimon, Arbella. City of Black Gold: Oil, Ethnicity, and the Making of Modern Kirkuk (ingilis). Stanford University Press. 2019. 115. ISBN 978-1-5036-0812-2. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-29.