Kəlbəli xan Naxçıvanski (general-mayor)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kəlbəli xan Naxçıvanski
31 mart 1919 – 27 aprel 1920
General-qubernatorBəhram xan Naxçıvanski
ƏvvəlkiKərim xan İrəvanski
SonrakıVəzifə ləğv edildi
Şəxsi məlumatlar
Doğum tarixi 20 oktyabr 1891(1891-10-20)
Doğum yeri
Vəfat tarixi 1931
Vəfat yeri
Təhsili
  • Nikolayev Süvari Məktəbi[d]
Fəaliyyəti hərbi qulluqçu
Atası Cəfərqulu xan Naxçıvanski
Hərbi xidmət
Döyüşlər
Rütbəsi general-mayor

Kəlbəli xan Naxçıvanski və ya III Kəlbəli xan (20 oktyabr 1891, Naxçıvan1931, İran) — Cənub-Qərbi Azərbaycan general-qubernatorunun hərbi işlər üzrə müavini, İran general-mayoru.

20 oktyabr 1891-ci ildə Naxçıvan şəhərində anadan olub.[1] 19 oktyabr 1909-cu ildə 18 yaşlı Kəlbəli xan kadet korpusunu bitirib və Qafqaz hərbi məktəbinin Nikolayevski eskadronuna sıravi yunker kimi təhsilini davam etdirmək üçün qəbul edilib. 6 avqust 1911-ci ildə Əlahəzrətin saray qvardiyasında kornet rütbəsində hərbi xidmətə göndərilib.[1]

1925-ci ildən sonra hakimiyyəti ələ keçirən Pəhləvilər Kəlbəli xan və onun qardaşına qənim kəsildilər. Bəzi sənədlərdə III Kəlbəli xanın 1931, bəzilərində isə 1934-cü ildə Rza şahın tapşırığı ilə öldürüldüyü haqqında məlumat var. Əkbər xan Naxçıvanskinin 68 səhifəlik istintaq işində olan məlumat 1934-cü ilə aiddir və bizcə, bu tarix dürüstdür. Rusiyanın hərbçi şərqşünası Smirnov yazır ki, III Kəlbəli xanın ulu babası kimi əvvəlcə gözlərini çıxarıb, sonra öldürüblər. Bununla ürəyi soyumayan Rza şah Cəfərqulu xanın oğlu Davud xanı da məhv etdirdi. Hətta, Naxçıvanskilərə çox rəğbət göstərən və qohumları olan Makı sərdarı Mürtəzaqulu xanı zəhərlədib öldürtdü.

Hərbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

O, Qafqaz hərbi məktəbinin Nikolayevski eskadronunda da tam kurs (iki illik) keçmiş və onun təhsili 1-ci dərəcəyə layiq görülüb. Sonralar o, ulan polkunun tərkibində Varşavaya göndərilib. Varşavaya gələn kimi beşinci eskadronun kiçik zabiti rütbəsində polkda hərbi xidmətdə olub. Birinci Dünya müharibəsi başlayanda III Kəlbəli xanı da müharibəyə göndərirlər. Bu zaman o, 23 yaşında idi. Ondan 3 yaş kiçik olan qardaşı III Ehsan xan da müharibədə vuruşurdu. Kəlbəli xan 30 iyul 1915-ci ildə poruçik, 5 avqust 1916-cı ildə isə ştabs-rotmistr hərbi rütbələrini alıb.

Sənədlərdə onun bu müharibədə yaralandığı haqda da məlumat var. 1917-ci ildə Rusiya imperiyasında baş verən hadisələr Qafqazdan olan döyüşçüləri öz vətənlərinə qayıtmağa məcbur edir. Çünki qafqazlı döyüşçülər Müvəqqəti Hökumətə inanmır və onun uğrunda döyüşmək istəmirdilər.

Kəlbəli xan və qardaşı Ehsan xan, eyni nəsildən, həm də bibisi oğlu Murad xan, dayısı Kərim xan İrəvanski, əmisi oğlu İskəndər xan və Naxçıvanskilərin oğulluğa götürdükləri Məhəmməd xan Təkinski Naxçıvana qayıdırlar.

1918-ci ilin əvvəlindən Şərqi Anadoluda və cənubi, həm də qərbi Qafqazda erməni daşnakları qanlı cinayətlərə başlayırlar. Ermənilər Naxçıvana və Şərur-Dərələyəz qəzasına hücumları başlamışdı. Həmin dövrdə yaradılmış Araz Türk Cümhuriyyətinin silahlı dəstələrinin komandiri III Kəlbəli xan təyin edildi.

1919-cu ildə ADR-in hərbi naziri qəhrəman hərbçini döyüş hünərinə görə polkovnik hərbi rütbəsi ilə təltif edir. ADR hərbi nazirliyi isə daşnaklarla döyüşlərdə göstərdiyi igidliyə görə ona general-mayor rütbəsi verdi.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

31 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarı ilə Kəlbəli xan Naxçıvanski Qarabağ general-qubernatorunun hərbi işlər üzrə müavini təyin edildi. Kərim xan İrəvanski isə vəzifəsindən kənarlaşdırıldı.[2]

Diplomat Makınskilər də onların yaxın qohumlarıdır. I Kəlbəli xanın qızı Gülşənbəyim Makı sərdarının nənəsidir.

Kəlbəli xan Kəngərli
 
 
Ehsan xan Kəngərli
(1789—1846)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

İsmayıl xan
Naxçıvanski

(1819—1909)

Kəlbəli xan
Naxçıvanski

(1824—1883)

Qönçəbəyim
(1827—?)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ehsan xan
Naxçıvanski

(1855 — 1894)
 

Cəfərqulu xan
Naxçıvanski

(1859—1929)

Hüseyn xan
Naxçıvanski

(1858-1919)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Kəlbəli xan
Naxçıvanski

(1891—1931)
 

Cəmşid
Naxçıvanski

(1895—1938)
Davud xan
Naxçıvanski

(?—1934)


Kəlbəli xan bir neçə ordenlə təltif edilib. Üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni qılıncla və bantla birlikdə (1914-cü ildə), həmin ordenin 2-ci dərəcəlisini qılıncla birgə (1915-ci ildə), üzərində "İgidliyə görə" yazılmış 4-cü dərəcəli Müqəddəs Anna ordeni (1914-cü ildə), 1915-ci ildə həmin ordenin 3-cü dərəcəlisini (qılıncla və bantla) alıb. Avstriya qoşunlarına qarşı cəsurluqda döyüşən Kəlbəli xan 2 may 1915-ci ildə Qızıl Georgi Silahı ilə təltif olunmuşdur.

Türkiyə III Kəlbəli xanı özünün ən yüksək ordeni "Məcidiyyə" ilə təltif etdi.

  • Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
  1. 1 2 Əhməd, Dilqəm. Mühacirlər Güney Azərbaycanda (1921-1941) (az.). Bakı: Çapar nəşriyyatı. 2024. 125. ISBN 978-9952-5661-5-4.
  2. Qanunverici aktlar, 1998. səh. 492