Kürkənd (Neftçala)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kürkənd
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı

Kürkənd, Novo VasilyevkaAzərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd.

15 may 2003-cü ilə qədər kəndin adı Novovasilyevka olmuşdur. Bu tarixdən sonra kəndin adı Kürkənd olaraq dəyişdirilmişdir.[1]

17 iyun 2003-cü il tarixində Kürkənd kəndi Neftçala şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kürkənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yenikənd kənd inzibati ərazi dairəsinin tərkibindəki 2 №-li Mayak qəsəbəsi Kürkənd kənd inzibati dairəsinin tərkibinə verilmişdir.[2]

Neftçala Peşə Məktəbi burada yerləşir. Məktəb 1978-ci ildə yaradılıb. Məktəbdə aşağıdakı ixtisasalar üzrə kadr hazırlanır:[3]
1. Elektrik sayğaclarının istismarı üzrə elektrik montyoru və enerji nəzarətçisi
2. Traktorçu – maşinist
3. Geniş profilli traktorçu – maşınist, təmirçi – çilingər
4. Kimyəvi bakterioloji analiz lobarantı
5. Avtomobil və kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər

Azərbaycan Respublikasının Milli Məclisi № 458-IIQ qərarı.

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 15 may 2003-cü il № 458-IIQ". 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2010.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 17 iyun 2003-cü il. № 476-IIQ". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-15.
  3. "Neftçala Peşə Məktəbi". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-02.