Kür çılpaqçası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kür çılpaqçası
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Ranqsız:
Ranqsız:
Fəsilə:
Növ:
Kür çılpaqçası
Beynəlxalq elmi adı

Kür çılpaqçası (lat. Oxynoemacheilus brandtii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin nemacheilidae fəsiləsinin çılpaqça cinsinə aid heyvan növü.

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Qarın üzgəcləri anal dəliyinə çatır. Bədənində çox xırda pulcuqlar və bütün üzgəclərində də ifadə olunmuş, düzgün yerləşməmiş tünd qonur xallar vardır. Başqa çılpaqçalardan iri gözləri güclü kəsilmiş quyruq üzgəci və aşağı quyruq gövdəsi ilə fərqlənir. Quyruq üzgəcləri dərin haçalıdır, ucları sivridir. Üst çənəsində zəif etmiş diş şəkilli çıxıntı vardır. Bədəninin uzunluğuna görə başının uzunluğu 20-25 %, orta hesabla 22,8%, bədəninin ən çox hündürlüyü 13-19%, orta hesabla 15,2%, antedorsal məsafə 47-55% təşkil edir. Bədəninin üzərində nizamsız düzülən qonur rəngli ləkələr vardır. Üzgəclərinin üzərində sıra ilə yerləşən ləkələr olur.

Kürdə Mingəçevir su anbarından yuxarılaradək, Alazandan tutmuş Ağsuçaya qədər Kürün qollarında, eləcə də Tərtər, Qarqar, Əlincə, Araz və Şamaxı rayonunda Pirsaat çaylarında yayılmışdır.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq iti axarlı, daşlı, iri çaydaşlı dibi olan sahələrdə yaşayır. Bədəninin uzunluğu 80 mm-ə, kütləsi 4,3 q-a çatır. Bentos yeyən balıqdır, kiçik su cücüləri ilə qidalanır. Bundan başqa suyun dibində olan digər balıqların kürülərini də yeyir.

Dişilərdə cinsi yetkinlik 38 mm uzunluqda olarkən başlayır. Yastıqlarda kürü 3 ölçüdə qeydə almışdır. Yetişməyə yaxın mərhələdə iri kürülərin diametri ortalama 0,71 mm, ortalarınkı 0,56, xırdalarınkı 0,26 mm olur. Əldə olan cüzi materiala görə 38-51 mm-lik balıqların məhsuldarlığı 516-964 iri kürü arasında olmuşdur.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Kür çılpaqçası təsərrüfat əhəmiyyəti olmayan balıqlardandır.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Kür çılpaqçasının təsərrüfat əhəmiyyəti olmayan balıqlardandır.